Mayor Baxış Baxışlı: O, bir möcüzəydi, bu dünyaya gəldi, getdi…


8 iyun 2024-cü il, adi bir yay günü idi. Bürkülü hava insanları tıncıxdırmışdı. Onlar göyün üzündəki qara buludlara baxıb, yağışın yağmasına sevinirdilər.
Mayor Baxış Baxışlının ailəsində isə vəziyyət fərqliydi. Hər şey – havanın dəyişməsi, yağan yağış, şimşəyin çaxması, əsən külək onların fikirlərini quş qanadlarına alıb, Lənkərana, Astaraya, Baxışın xidmət etdiyi, komendant olduğu zastavaya aparırdı. Axı, sərhədçilər üçün gecə, gündüz söhbəti olmur. Havanın dəyişməsi isə işlərini daha da çətinləşdirir. Belə günlərdə valideynləri ona zəng vurmurdular. “Sərhəddədir, diqqətli, məsuliyyətli olmalıdır”, – düşünüb, telefonu yerə qoyurdular.
Yağış getdikcə güclənir, ildırım göyün üzünü işıqlandırırdı…
…Həmin gecənin səhəri Elşən ata arzularının zirvəsi – oğlu Baxışı gətirmək üçün Astaraya gedirdi. Deyilən xəbər rəsmi olsa da, o, buna inanmırdı. Baxış heç vaxt belə edə bilməzdi. O, söz vermişdi. Özü gəlməliydi. Böyüyüb orta məktəbi bitirəndən oğlu heç vaxt valideynlərinə əziyyət verməmişdi. Bütün problemlərini özü həll edir, hər cür çətinliyin öhdəsindən gəlirdi. Göyün gurultusu, şimşək çaxması deyilənlərin həqiqət olduğunu xatırladır, atanı keçmişdən ayırıb gerçəkliyə qaytarırdı. Elşən müəllimə elə gəlirdi ki, bu yol heç zaman bitməyəcək… Daha ətraflı »



9 il əvvəl başlayan və tarix boyu xalqımıza qarşı törədilən soyqırım hadisələrilə mübarizədə dönüş nöqtəsi olan Aprel hadisələri bizim qəhrəmanlıq salnaməmizdir.
Erməni hücumlarının qarşısının alınması və əks-hücum əməlliyyatları zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ağdərə, Füzuli və Cəbrayıl rayonlarında vacib yüksəkliklər və strateji əhəmiyyətli ərazilər işğaldan azad edilib.
ŞƏHİDLƏRİN XATİRƏSİ ƏZİZ TUTULUR
Bu günlərdə Həbib Hüseynov adına Mamırlı kənd tam orta məktəbində “Təbiətə qayğı” və “Təbiətsevərlər” dərnəyinin üzvləri dərnək rəhbəri Səbuhi Kərimovla birlikdə kəndin şəhidləri olan Pərviz Orucovun və Füzuli Qəhrəmanovun məzarlarını ziyarət ediblər.
Vətən Müharibəsi şəhidi Aysənan Abbasovun uzun müddətdir ürək xəstəliyindən əziyyət çəkən atası Əsgər Abbasov vəfat edib.
Artıq bir neçə ildir ki, işğaldan azad edilmiş ərazilərimizdə bayram tonqalları qalanır. 30 ildən artıq bir müddətdə doğma yurd-yuvalarından didərgin düşmüş insanlar sonsuz sevinc hissi ilə evlərinə qayıdırlar. Bəli, hər kəs şaddır, qürurludur, ancaq eyni zamanda, olub keçənlər, erməni cinayətləri unudulmayıb və heç zaman unudulmayacaq. Şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin torpaq uğrunda apardıqları qanlı döyüşlər insanların dilində dastana çevrilərək, nəsildən-nəsilə ötürüləcək.
“Konstitusiya və Suverenlik İli” ilə bağlı, Tərtər rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun Mamırlı kəndində Birinci Qarabağ müharibəsi şəhidi Məmmədov Vüqar Telman oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıb.

“Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi – Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır – vəhşiliyin görünməmiş təzahürüdür”.
Tərtər Rayon İcra Hakimiyyətinin və Tərtər Peşə Məktəbinin təşkilatçılığı ilə məktəbdə “Peşə təhsilinin şəhid məzunları” kitabının təqdimat mərasimi keçirilib.
Valideynlər övladları arasında fərq qoymazlar. Eyni qayğı, eyni sevgi və əziyyətlə böyüdürlər onları. Ancaq gəlin etiraf edək ki, ailədə sonbeşik övladın yeri bambaşqadır.
Yeni ismarıclar