Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,620
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 25Fev

    Xocalı faciəsi qan yaddaşımızdır. İndi Azərbaycan xalqı Xocalının işğal tarixini yox, azad olunduğu günü qeyd edir.
    Xocalılar öz yurd-yuvalarına qalib xalqın qalib camaatı kimi qayıdırlar. Başları uca. Əliyalın, gözüyaşlı soyuq qış günündə öz ocaqlarından didərgin düşmüş Xocalı sakinləri gözlərində sevinc yaşları, ürəklərində qürur hissi, başları dik evlərinə dönürlər.
    1992-ci ilin fevral ayında ermənilər yer üzərində heç yerə sığmayan qətliam törətdilər. Suyumuzu içib çörəyimizi yeyən insanlar bizə düşmən oldular. Ancaq 44 günlük Vətən mühari-bəsi zamanı Prezident İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuz öz qisasını döyüş meydanında düşmənlərdən aldı. Onların keçilməz sandığı səngərləri dağıtdılar, 32 ildə özününküləşdirdikləri, darmadağın, talan etdikləri torpaqlarımızdan düşməni qovdular. 2023-cü ildə antiterror əməliyyatı zamanı Xocalı şəhəri düşməndən azad edildi. Tarixi və əzəli torpaqlarımız öz sahiblərinə geri qayıtdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev 15 oktyabrda Xocalıda üçrəngli bayrağımızı ucaltdı.
    Bu günlərdə isə Prezident İlham Əliyev xocalılarla Ballıca kəndində görüşdü, onların evlərinin qonağı oldu, ürək sözlərini dinlədi.
    Artıq Xocalı çiçəklənir. Sanki torpaq da, daş da, ağaclar da hiss edir ki, camaatı geri dönür. Elə bil Xocalı insanların üzünə gülümsəyir.. Darmadağın edilmiş, xarabalığa çevrilmiş Xocalını bu gün öz əvvəlki vəziyyətindən də gözəl qurub yaradırlar. Bu yazın gəlişini Xocalı öz sakinlərilə qarşılayacaq. Bu bahar onun üçün başqa cür olacaq.
    Evlərini tərk edən insanlar bu illər ərzində çox əziyyətlər çəkiblər. Xocalının hər bir sakini yaralıdır. Orada elə bir ailə yoxdur ki onun itkisi olmasın. Ancaq şəhərlərinin düşməndən azad edilməsi o yaraları sağaldacaq.
    Bu gün bütün şəhid ruhları şaddır. Canlarını verdikləri vətən torpaqları azaddır. Orada həyat yenidən başlayır. Məktəblər, bağçalar, xəstəxanalar inşa edilir. Yeni yollar salınır. İnsanların yaşaması üçün nə lazımdırsa dövlətimiz tərəfindən yüksək səviyyədə icra edilir.
    Bu faciənin ağrı-acısını çiyinlərində daşıyan xalq qamətini düzəldib, birlikdə yeni həyat quracaq, xöşbəxt yaşayacaq. Çünki qisas qiyamətə qalmadı.

    İlahə PAŞAZADƏ

    Müəllif: Redaktor, 10:38

İsmarıclar bağlıdır.