QANLI LƏKƏ
Xalqımıza qarşı iki əsr davam edən soyqırım düşünülmüş, genişmiqyaslı qanlı aksiya olub.
1813-1828-ci illərdə Rusiya-İran müharibəsi Azərbaycanı ikiyə böldü. Türkmənçay və Gülüstan müqavilələri bu bölgüyə öz möhürünü vurdu.
Ermənilər 1905-1906-cı illərdə İrəvan və Gəncə quberniyalarının 200, Şuşa, Cəbrayıl və Zəngilanın 75 kəndini viran etmişdi. Həmin dövrdə İrəvan quberniyasında ermənilərin sayı köçürülmə yolu ilə artmış, azərbaycanlıların sayı azalmışdı.
Birinci dünya müharibəsindən sonra ermənilər öz istəklərinə bolşevizm bayrağı altında nail oldular. Bakıdan azərbaycanlıların çıxarılması planını həyata keçirməyə başladılar. Ermənilər evləri yandırır, insanları diri-diri oda atırdılar. Qubada, Şamaxıda insanları məscidə doldurub od verirdilər. Bu vəhşilik Qarabağda, Zəngəzurda, Naxçı-vanda, Lənkəranda da həyata keçirilirdi. 1918-ci ilin mart-aprel aylarında bu qırğın daha dəhşətli oldu. Daha ətraflı »


Tarix hər şeyi–hər bir hadisəni yadda saxlayır. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və eləcə də Bakı quberniyasının müxtəlif bölgələrində–Şamaxı, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnaq erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın nəticəsində rəsmi mənbələrə əsasən 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüdür. 1919 və 1920-ci illərin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Elə buna görə də Azərbaycan Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.
Çox fikirləşdikdən sonra qərara aldım ki, sənə məktub yazım. Amma necə müraciət edəcəyimi bilmirəm. Qardaşmı, əmimi, dayımı deyim?
Kollektivimizin üzvləri Heydər Əliyev Mərkəzində Xocalı qətliamına həsr olunmuş “25 il əvvəl törədilmiş faciə” adlı tədbir keçiriblər. Əvvəlcə bu qanlı qətliam haqqında geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan xalqının başına gətirilən bu müsibət öz qəddarlığı, vəhşiliyi və amansızlığı ilə tarixdə misli görünməmiş bir faciədir. Biz çalışmalıyıq ki, bu tarix unudulmasın və gələcək nəsillərə də unutmamağı öyrətməliyik.
Madagiz uğrunda gərgin döyüşlər gedirdi. Bu odun-alovun içinə jurnalistlər də gəlib çıxmışdılar. Vəzir Orucov təkidlə onları uzaqlaşdırmağa çalışsa da, öhdələrindən gələ bilmirdi.
Azərbaycan! Mən azərbaycanlı olmağımla fəxr edirəm. Doğulub boya-başa çatdığım qəhrəman Tərtərimlə fəxr edirəm.
Cənubi Qafqaz və Ön Asiya yaylasında çoxluq təşkil edən azərbaycanlıların (azəri türklərin) dəfələrlə öz tarixi torpaqlarından kütləvi şəkildə köçürülməyə, qovulmağa məruz qaldıqları haqqında məlumatlar inkarolunmaz gerçəkliklərdir. 1828-1832, 1877-1878, 1905-1907, 1918-1920, 1948-1953 və 1988-ci illərdə çirkin etnik təmizləmə, qırğınlar, talanlar törədən ermənilər daha hansı qəddarlıqları etməlidirlər ki, qulaqları kar olmuş bu dünya doğrunu doğru kimi eşitsin?!
“…ölkəmizdə Yaz bayramı mədəni irsə qayğıkeş münasibətin və ənənəvi dəyərlərə bağlılığın rəmzinə çevrilmişdir. Müstəqil Azərbaycanın dinamik inkişafla səciyyələnən müasir həyatı və yurdun bütün guşələrini əhatə edən genişmiqyaslı quruculuq-abadlıq işləri isə bayramın yeniləşdirici ab-havası ilə həmahəngdir.”
Yeni ismarıclar