2017-ci ildə Tərtər rayonunda Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi uğurla davam etdirilib. Rayonda sosial infrastrukturun, əhalinin həyat şəraitinin və sosial müdafiəsinin yaxşılaşdırılması, kənd təsərrüfatının inki-şafı, tikinti-quruculuq və abadlıq işlərinin aparılması sahəsində nailiyyətlər əldə olunub.
Bu barədə Tərtər rayonunda 2017-ci ilin yekunlarına həsr olunan hesabat yığıncağında bəhs edilib. Yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül-çiçək dəstələri düzüb, 2017-ci ildə rayonun sosial-iqtisadi göstəricilərini əks etdirən stendlərə, istehsal edilən məhsullara və videoslayda baxıblar. Daha ətraflı »
-
09FevTərtər RİH-də 2017-ci İL TƏRTƏR RAYONU ÜÇÜN UĞURLU OLUB üçün şərhlər bağlıdır
Teqlər: Tərtər RİH-də
-
09FevTərtər RİH-də 2017-ildə rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar Tərtər Rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevə MÜRACİƏTİ üçün şərhlər bağlıdır
Möhtərəm cənab Prezident!
Tarixə qovuşmuş 2017-ci il Azərbaycanda Sizin rəhbərliyinizlə dərin və köklü islahatlar ili oldu.
Azərbaycan dövlətinin xilaskarı, ümummilli lider Heydər Əliyevin əbədiyaşar ideyalarına sadiqliyiniz, müdrik bir lider kimi apardığınız düşünülmüş, məqsədyönlü və ardıcıl siyasət nəticəsində ötən ildə dünya ölkələrində tüğyan edən maliyyə və iqtisadi böhrana, regional səviyyədə gedən mürəkkəb siyasi və iqtisadi proseslərin mənfi təsirlərinə baxmayaraq, Azərbaycan apardığı islahatlar nəticəsində çətin vəziyyətdən şərəflə çıxa bilmiş, xalqımız sabitlik şəraitində yaşamışdır. Məhz Sizin gərgin səyləriniz nəticəsində siyasi sabitlik və iqtisadi potensial Azərbaycan iqtisadiyyatını böhrana qarşı dayanıqlı edib, ölkəmizi ən yaxşı inkişaf perspektivlərinə malik dövlətlərdən birinə çevirib. Daha ətraflı »Teqlər: Tərtər RİH-də
-
09FevTərtər RİH-də 2017-ildə rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar Tərtər Rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevə MÜRACİƏTİ üçün şərhlər bağlıdır
2017-ci ilin noyabrın 28-də Tərtərə səfəriniz, burada Tarix-Diyarşünaslıq Muzeyinin, Tərtər–Seydimli–Qapanlı– Qaradağlı–Sarov–avtomobil yolunun, 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin açılışlarında iştirak etməyiniz, Tərtərdə “N” saylı hərbi hissədə yaradılan şəraitlə tanış olmağınız Sizin bölgələrin inkişafına göstərdiyiniz hədsiz qayğının təzahürüdür.
Möhtərəm cənab Prezident!
Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf kursunu ardıcıl həyata keçirməyinizi və ölkəmizin hərtərəfli tərəqqisinə hesablanmış siyasətinizi tərtərlilər ürəkdən bəyənir və dəstəkləyirlər.
Xüsusən də 2017-ci ildə kənd təsərrüfatının inkişafına yönəlmiş tədbirlər rayonumuzun sakinləri tərəfindən böyük rəğbətlə qarşılanıb. Bunun nəticəsidir ki, vacib bir məsələ kimi qarşıya qoyduğunuz pambıqçılığın inkişafı nəticəsində Tərtər rayonu ötən il respublikada ən yüksək məhsuldarlıq əldə etmişdir. Bu tədbirlər ölkəmizi daha qüdrətli etməklə yanaşı, sadə kəndlilərin güzəranını da yaxşılaşdırır. Daha ətraflı »Teqlər: Tərtər RİH-də
-
07FevTərtər RİH-də 2017 TƏRTƏRDƏ BÖYÜK UĞURLAR QAZANILIB 2018 üçün şərhlər bağlıdır
…Bu gün Tərtər rayonu uğurla inkişaf edir. Sosial-iqtisadi inkişaf göz qabağındadır. Düşmənlə üz-üzə dayanan tərtərlilər həmişə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində xüsusi rol oynamışlar.
İlham Əliyev,
Azərbaycan Respublikasının
PrezidentiTərtər rayonunda işlər düzgün qurulub. Mən rayonda dəfələrlə olmuşam. Xüsusilə son vaxtlar burada gedən quruculuq-abadlıq işləri məni çox sevindirir. Əminəm ki, sizi də sevindirir.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti2017-Cİ İLDƏ RAYONUN SOSİAL-İQTİSADİ İNKİŞAFININ YEKUNLARI VƏ QARŞIDA DURAN VƏZİFƏLƏR BARƏDƏ TƏRTƏR RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI MÜSTƏQİM MƏMMƏDOVUN HESABAT MƏRUZƏSİ
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kurs möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirildiyindən, tarixə çevrilmiş 2017-ci il Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrində köklü dəyişikliklər və dinamik inkişafla, zəngin tarixi hadisələrlə yadda qalmış, tariximizə sürətli və uğurlu inkişaf ili kimi düşmüşdür.
Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, respublikamız son bir il ərzində rəqabətədavamlılıq qabiliyyətinə görə dünya sıralanmasında daha iki pillə irəliləyərək, 138 ölkə arasında 35-ci yerdə qərarlaşmış, MDB ölkələri arasında liderlik mövqeyini qoruyub saxlamışdır. Daha ətraflı »Teqlər: Tərtər RİH-də
-
07FevTərtər RİH-də AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN TƏRTƏRƏ SƏFƏRİ (28 noyabr 2017-ci il) üçün şərhlər bağlıdır
MƏN TƏRTƏR RAYONUNA MÜNTƏZƏM OLARAQ GƏLİRƏM. KEÇƏN İL İKİ DƏFƏ GƏLMİŞDİM. KEÇƏN İL İÇMƏLİ SU LAYİHƏSİNİN AÇILIŞINI BİRLİKDƏ QEYD ETMİŞİK. ŞADAM Kİ, BU LAYİHƏ İNDİ TƏRTƏR SAKİNLƏRİNƏ GÖZƏL XİDMƏT EDİR.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Teqlər: Tərtər RİH-də
-
06FevTərtər RİH-də üçün şərhlər bağlıdır
TƏRTƏR ŞƏHƏRİ ABADLAŞIB, GÖZƏLLƏŞİB. BU GÜN TƏRTƏR MÜASİR, ABAD ŞƏHƏRDİR, RAYON İNKİŞAF EDİR, VƏTƏNDAŞLAR DAHA DA YAXŞI YAŞAYIRLAR.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Rayonda 1170 məcburi köçkün ailəsi üçün yeni qəsəbənin tikintisi başa çatdırılmışdır. Bundan başqa Şıxarx qəsəbəsində, Həsənqaya və Çaylı kəndlərində məskunlaşmış 78 məcburi köçkün ailəsinə yaşadıqları həyətlərdə fərdi yaşayış evləri tikilib istifadəyə verilmişdir. Şıxarx kəndi ərazisində “Marağa-150” tarixi abidə – kompleksinin ətrafında abadlıq işləri başa çatdırılmışdır.
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə rayonda 5 Qarabağ müharibəsi əlili və şəhid ailəsi üçün öz həyətlərində fərdi yaşayış evləri tikilib istifadəyə verilmişdir. Hazırda bu kateqoriyadan olan vətəndaşlar üçün 5 yaşayış evinin tikintisi davam etdirilir. Daha ətraflı »Teqlər: Tərtər RİH-də
-
06FevTərtər RİH-də üçün şərhlər bağlıdır
TƏRTƏR ŞƏHƏRİNİN SAKİNLƏRİNƏ TƏMİZ İÇMƏLİ SU VERİLƏCƏK VƏ EYNİ ZAMANDA, KANALİZASİYA XƏTLƏRİ DƏ TAM İSTİSMARA HAZIRDIR . GƏLƏCƏK MƏRHƏLƏDƏ ƏTRAF KƏNDLƏRƏ DƏ İÇMƏLİ SU VERİLƏCƏK.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Sevindirici haldır ki, rayon üzrə 2017-ci ildə pambıqçılıqdan 5,5 milyon manat, şəkər çuğundurundan 4,5 milyon manat, günəbaxandan 3 milyon manat gəlir əldə olunmuşdur. Bu da əhalinin rifah halının yüksəlməsinə təkan vermişdir.
2017-ci ildə 31,1 hektar yeni salınmış meyvə bağları və giləmeyvə əkmələri də nəzərə alınmaqla, 1257,8 hektar, o cümlədən, bar verən yaşda 1078,7 hektar meyvə bağları və giləmeyvə əkmələri mövcud olmuşdur ki, həmin meyvə bağlarından 9193,4 ton meyvə və gilə-meyvə toplanmışdır. Rayonda 10,3 hektar sahədə xurma, 5,4 hektar sahədə fındıq, 3,4 hektar sahədə qoz bağları salınmışdır. Daha ətraflı »Teqlər: Tərtər RİH-də
-
06FevTərtər RİH-də ÜMUMRAYON TƏDBİRLƏRİ üçün şərhlər bağlıdır
BU GÜN TƏRTƏR MÜASİR, ABAD ŞƏHƏRDİR. RAYON İNKİŞAF EDİR, VƏTƏNDAŞLAR DAHA DA YAXŞI YAŞAYIRLAR.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Tərtər şəhər Kommunal Təsərrüfatı İdarəsi tərəfindən 23 min 106 kubmetr məişət tullantıları vaxtında təmizlənib daşınmış, əhaliyə 441 min 396 manat məbləğində kommunal xidmət göstərilmişdir.
Hesabat dövründə mövcud istilik-qazanxana sistemlərində təmir-bərpa işləri aparılmışdır.
Təhsil, səhiyyə, mədəniyyət, turizm və idman sahələri
Hesabat ilində rayonun ümumtəhsil müəssisələrində təlim-tərbiyə işlərinin yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülmüşdür. Daha ətraflı »Teqlər: Tərtər RİH-də
-
06FevTərtər RİH-də TƏRTƏRİN QONAQLARI üçün şərhlər bağlıdır
TƏRTƏR SAKİNLƏRİ QƏHRƏMANDIRLAR . ONLAR BURADA -DÖYÜŞ BÖLGƏSİNDƏ, DÜŞMƏNLƏ ÜZ-ÜZƏ MÖHKƏM DAYANIBLAR
VƏ ATILAN, EVLƏRİNƏ DƏYƏN MƏRMİLƏR ONLARIN İRADƏSİNƏ ZƏRRƏ QƏDƏR TƏSİR ETMƏMİŞDİR.İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən bütün ölkə vətəndaşlarının icbari tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığına rayonumuzda yüksək səviyyədə əməl olunmuşdur. 2017-ci ilin fevral ayının 15-dən may ayının 15-dək rayon əhalisinin 57 min 845 nəfəri tibbi müayinədən keçirilmiş, onlardan 3658 nəfəri ambulator, 47 nəfər stasionar müalicəyə cəlb olunmuşdur.
Dövr ərzində nikaha daxil olan 266 cütlük qan müayinəsindən keçirilmiş, 6 nəfər isə tək yoxlanılmışdır. Bunların 16 nəfərində talassemiya daşıyıcılığı, 6 nəfər patoloji hemoqolibin C, 1 nəfərində sifilis aşkar olunmuşdur. Daha ətraflı »Teqlər: Tərtər RİH-də
-
06FevTərtər RİH-də RAYONDA TƏMİR-BƏRPA İŞLƏRİ üçün şərhlər bağlıdır
KƏND YOLLARI SALINIR. BİR YOLUN AÇILIŞINI BU GÜN QEYD ETDİK. ARTIQ BİR NEÇƏ KƏND YOLU LAYİHƏSİ İCRA
EDİLİBDİR. GƏLƏN İL DƏ BİR NEÇƏ KƏNDİ BİRLƏŞDİRƏN YOLLARIN SALINMASI NƏZƏRDƏ TUTULUB.İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
İl ərzində “Yeni Tərtər” qəzetinin elektron saytı da fəaliyyət göstərmişdir. Saytın məlumatına görə, hazırda qəzet 20 xarici ölkədə oxunur və izlənir. Xarici ölkələrdə onun minlərlə oxucusu vardır. İl ərzində “Yeni Tərtər” qəzeti öz fəaliyyətini zamanın tələbi səviyyəsində qurmağa çalışmış və əksərən buna nail olmuşdur. Qəzetin baş redaktoru Tofiq Yusif və foto müxbiri Kənan Hüseynzadənin xidmətləri nəzərə alınaraq “Vətən naminə” medalı ilə təltif olunmuşlar. Baş redaktorun müavini Svetlana Bağırova Azərbaycan Mətbunat Şurasının Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi müsabiqədə, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun respublika üzrə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqələrində qalib olmuş, təşəkkürnamə və pul mükafatları almışdır. Daha ətraflı »
Teqlər: Tərtər RİH-də
Yeni ismarıclar