…Bu gün Tərtər rayonu uğurla inkişaf edir. Sosial-iqtisadi inkişaf göz qabağındadır. Düşmənlə üz-üzə dayanan tərtərlilər həmişə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində xüsusi rol oynamışlar.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Tərtər rayonunda işlər düzgün qurulub. Mən rayonda dəfələrlə olmuşam. Xüsusilə son vaxtlar burada gedən quruculuq-abadlıq işləri məni çox sevindirir. Əminəm ki, sizi də sevindirir.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
2017-Cİ İLDƏ RAYONUN SOSİAL-İQTİSADİ İNKİŞAFININ YEKUNLARI VƏ QARŞIDA DURAN VƏZİFƏLƏR BARƏDƏ TƏRTƏR RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI MÜSTƏQİM MƏMMƏDOVUN HESABAT MƏRUZƏSİ
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kurs möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirildiyindən, tarixə çevrilmiş 2017-ci il Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrində köklü dəyişikliklər və dinamik inkişafla, zəngin tarixi hadisələrlə yadda qalmış, tariximizə sürətli və uğurlu inkişaf ili kimi düşmüşdür.
Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, respublikamız son bir il ərzində rəqabətədavamlılıq qabiliyyətinə görə dünya sıralanmasında daha iki pillə irəliləyərək, 138 ölkə arasında 35-ci yerdə qərarlaşmış, MDB ölkələri arasında liderlik mövqeyini qoruyub saxlamışdır.
Bütün bunlar barədə yanvar ayının 10-da Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtsadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ətraflı danışmış, Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni və mənəvi həyatının bütün sahələri ilə bağlı məsələlərə toxunmuş, görülmüş işlərə layiqli qiymət vermiş, qarşıda duran vəzifələri müəyyənləşdirmişdir.
Möhtərəm Prezidentimizin müşavirədəki proqram xarakterli nitqindən aydın olmuşdur ki, keçən il ölkəmizdə ümumdaxili məhsul nəzərəçarpacaq dərəcədə artmış, qeyri-neft sektoru 2,5 faiz, o cümlədən, sənaye sahəsində artım 3,6 faiz, kənd təsərrüfatında isə 4,1 faiz təşkil etmişdir.
Ölkəmizin valyuta ehtiyatları keçən il 4,5 milyard dollar çoxalaraq, 42 milyard dollar təşkil etmişdir. Adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə Azərbaycan dünyada ön yerlərdən birinin sahibidir.
2017-ci ildə ölkəmizdə 177 mini daimi olmaqla 221 min yeni iş yeri açılmışdır. İlin yekunlarına görə Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsində olmuşdur. Keçən il infrastruktur layihələrinin icrası üçün böyük vəsait ayrılmış, bölgələrdə sürətli qazlaşma işləri həyata keçirilmiş, 100 min hektardan çox sahə suvarılmağa başlanmış, 1300 kilometr avtomobil yolu salınmış, o cümlədən, 500-dən çox kəndə yeni yol çəkilmişdir.
Əhalinin sosial rifah halının yaxşılaşdırılması ilə bağlı tədbirlər davam etdirilmiş, ölkə üzrə 116 min ailə sosial yardım ilə əhatə olunmuşdur. Məcburi köçkünlərin də problemləri diqqət mərkəzində saxlanılmış, il ərzində 2300 ailə və ya 12 mindən çox məcburi köçkün yeni evlərə köçürülmüşdür.
Möhtərəm Prezident çıxışında onu da qeyd etmişdir ki, tarixi nailiyyət hesab olunan Cocuq Mərcanlı kəndinin bərpası ilə Azərbaycan xalqı bir daha sübut etmişdir ki, mövcud vəziyyət ilə heç vaxt barışmayacaq, köçkünlərimiz öz doğma torpaqlarına qayıdacaqlar. Bu istiqamətdə görülən işlərin daha bir bariz nümunəsi isə ötən il Şıxarx qəsəbəsində 1170 ailə üçün yeni, böyük şəhərciyin salınmasıdır. Bu şəhərciyin salınması onu göstərdi ki, Dağlıq Qarabağ bizim əzəli torpağımızdır.
Möhtərəm Prezidentimiz onu da vurğulamışdır ki, iqtisadi potensialımız siyasi gücümüzü artırdığından, bölgədə vəziyyətimiz daha da möhkəmlənir və imkan yaranır ki, uzunmüddətli strategiyamızı düzgün qiymətləndirək və icra edək. “Cənub Qaz Dəhlizi”, “Bakı-Tbilisi-Ceyhan”, “Bakı-Tbilisi-Qars”, “Şimal-Cənub” layihələrinin və digər önəmli layihələrin maliyyələşdirilməsində iqtisadi gücümüz mühüm rol oynamışdır.
2017-ci ildə Azərbaycanın kənd təsərrüfatında ənənəvi sahələr olan pambıqçılıq, baramaçılıq, tütünçülük, fındıqçılıq, sitrus bitkiləri istehsalında əvvəlki illərlə müqayisədə məhsul istehsalı sahəsində daha yaxşı nəticələr əldə edilmişdir.
Regionların inkişafını daim diqqət mərkəzində saxlayan möhtərəm Prezident ötən il 30-dan çox rayona səfər etmiş, bu səfərlər çərçivəsində yeni müəssisələrin açılışları, təməl qoyuluşları həyata keçirilmiş, həm də bölgələrdəki mövcud vəziyyətlə bağlı hərtərəfli məlumatlar əldə etmişdir.
2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilməsi bir daha onu göstərdi ki, biz tarixi, dini köklərimizə bağlıyıq, nəinki ölkəmizin ərazisində İslam Həmrəyliyi təmin edilir, həm də bütövlükdə bütün dinlərin nümayəndələri ilə bir ailə kimi yaşayırıq
Möhtərəm Prezidentin ilin yekunlarına dair iclasdakı yekun nitqində 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi də dövlət başçısının tariximizə, dövlətçiliyimizə böyük hörmətinin bariz nümunəsidir.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində görülmüş işlər
2017-ci il hər bir tərtərli üçün də son dərəcə unudulmaz, yaddaqalan bir il olmuşdur. Bütün tərtərlilər bu gün də 28 noyabr 2017-ci ilin sevincini yaşayırlar. Çünki həmin gün xalqımızın böyük oğlu, Heydər Əliyev irsinin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev rayonumuza səfər etmişdir. Bu tarixi səfər təmas xəttində yaşayan rayonumuzun əhalisi tərəfindən rəğbətlə qarşılanmışdır. Möhtərəm Prezidentimiz səfəri zamanı 24 min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun, Tarix-diyarşünaslıq muzeyinin, 1170 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin açılışında iştirak etmiş, Tərtər rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlərlə görüşmüşdür.
Həmin görüşdə möhtərəm Prezidentimiz cənab İlham Əliyev demişdir: “…Bu gün Tərtər rayonu uğurla inkişaf edir. Sosial-iqtisadi inkişaf göz qabağındadır. Düşmənlə üz-üzə dayanan tərtərlilər həmişə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində xüsusi rol oynamışlar”. Bu, dövlət başçımız tərəfindən Tərtərə və tərtərlilərə verilən ən yüksək qiymət kimi dəyərləndirilir.
Cənab Prezidentin rayonumuza tarixi səfərindən sonra Tərtər Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat vəsait ayırması insanlarımızın qurub-yaratmaq əzmini qat-qat yüksəltmişdir.
Geniş vüsət almış tikinti-quruculuq-abadlıq işləri rayonun sosial simasını nəzərəçarpacaq dərəcədə dəyişdirmişdir. İl ərzində ölkə Prezidentinin tapşırıq və sərəncamına uyğun olaraq. Tərtər şəhərində 42 çoxmənzilli yaşayış binasının giriş və fasad hissələrinin köhnə suvağı qaşınıb yenidən suvanıb, rənglənmiş, dam örtükləri sökülüb yenidən qurulmuş, giriş bloklarının qapı və pəncərələri dəyişdirilmişdir. Binaların həyətlərində səki daşları düzülmüş, asfalt örtüyü qoyulmuş, yaşıllıq zolaqları salınmışdır. Bu işlərin görülməsində 200-dən çox Tərtər sakini işlə təmin olunmuşdur.
Ölkə rəhbərinin Sərəncamına əsasən Tərtər şəhərində çoxmənzilli yaşayış binalarının əsaslı təmiri məqsədi ilə rayon icra hakimiyyətinə 3 milyon manat vəsait ayrılmışdır. Həmin vəsait hesabına 24 çoxmənzilli yaşayış binasının əsaslı təmirinə başlanılmışdır.
Şəhərin Heydər Əliyev prospektində müasir memarlıq üslubunda Tarix-diyarşünaslıq muzeyi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xətti ilə modul tipli Bayandur ibtidai məktəbi tikilib istifadəyə verilmişdir. Poladlı əsas məktəbinin tikintisi davam etdirilir. Seydimli kənd tam orta məktəbi əsaslı təmir olunub, istifadəyə verilmişdir. Şəhər 6 saylı tam orta və Qazyan kənd ümumi orta məktəblərinin binalarının əsaslı təmiri davam etdirilir.
“Azəravtoyol” ASC tərəfindən Sarov kəndi ərazisində İncəçay üzərində yeni körpü tikilib istifadəyə verilmiş, Tərtər-Seydimli-Qaradağlı-Sarov yolunun yenidən qurulması işləri başa çatdırılmışdır.
Tərtər şəhərinin 17 küçəsində ümumi uzunluğu 8,6 km olan yollara asfalt-beton örtük salınmış, yerli əhəmiyyətli Kovdadıq-Rəcəbli avtomobil yolunda 1,5 km, Təzəkənd avtomobil yolunda 2 km, Seydimli yolunda 1 km, Səhləbad-Qaraağacı avtomobil yolunda 4 km, Hacıqərvənd avtomobil yolunda 2 km çınqıl örtük salınmışdır.
2017-ci il ərzində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik tərəfindən rayonda aparılmış əməliyyatlar nəticəsində 1 milyon 415 min 552 kvadratmetr ərazi təmizləmə və ləğvetmə üsulu ilə təmizlənmiş, 135 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilmişdir.