Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,287
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 24Noy

    Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Qaradağlı kəndində Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş Abbasov Vəli Tapdıq oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.

    Qeyd edək ki, 1961-ci il noyabr ayının 7-də Tərtər rayonunun Qaradağlı inzibati ərazi vahidinin Qaradağlı kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində almışdır. 1979-1982-ci illərdə keçmiş Sovet Ordusu sıralarında xidmət etmişdir.Sonra Qazax Kənd Təsərrüfatı texnikumunu bitirib, baytar texniki ixtisasına yiyələnmişdir.Rayonun Mərkəzi Xəstəxanasında sürücü işləyirdi.

    1992-ci ildə könüllü olaraq Azərbaycan Milli Ordusu sıralarına daxil olmuşdu.1992-ci il aprel ayının 10-da keçmiş Ağdərə rayonunun Marquşavan kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.

    Ailəli idi.Tapdıq və Rafiq adlı iki oğlu var.Qaradağlı kənd qəbiristanlığında dəfn edilib.

    Ailəsi Tərtər rayonunun Qaradağlı inzibati ərazi vahidinin Qaradağlı kəndində yaşayır.

    Abbasov Vəlinin valideynləri şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnnətdarlıqlarını bildiriblər.

     

    Müəllif: Redaktor, 09:15

İsmarıclar bağlıdır.