2017-ci ildə Tərtər rayonunda Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi uğurla davam etdirilib. Rayonda sosial infrastrukturun, əhalinin həyat şəraitinin və sosial müdafiəsinin yaxşılaşdırılması, kənd təsərrüfatının inki-şafı, tikinti-quruculuq və abadlıq işlərinin aparılması sahəsində nailiyyətlər əldə olunub.
Bu barədə Tərtər rayonunda 2017-ci ilin yekunlarına həsr olunan hesabat yığıncağında bəhs edilib. Yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül-çiçək dəstələri düzüb, 2017-ci ildə rayonun sosial-iqtisadi göstəricilərini əks etdirən stendlərə, istehsal edilən məhsullara və videoslayda baxıblar.
Mədəniyyət Mərkəzində keçirilən yığıncaqda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, ötən il rayonda ümumdaxili məhsulun (ÜDM) həcmi 254,1 milyon manat olub. Bu, əvvəlki ilin eyni dövrünə nisbətən 28,4 faiz çoxdur. Sənaye məhsulunun həcmi 3,3 faiz artaraq 12 milyon 377,5 min manata, kənd təsərrüfatı məhsullarının həcmi 10,3 faiz artaraq 61 milyon 908,1 min manata çatıb. Ötən ildə 119 milyon 181,9 min manatlıq əsas fondlar istifadəyə verilib, əsas kapitala 140 milyon 228,3 min manat investisiya yönəldilib. 2016-cı ilə nisbətən investisiyaların həcmi 80,5 faiz, tikinti-quraşdırma işlərinin həcmi 60,8 faiz artıb. Rayonda 1308-i daimi olmaqla, 5008 yeni iş yeri açılıb. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonun iqtisadiyyatı daha da inkişaf edib, əhalinin yaşayış səviyyəsi yüksəlib, şəhər və kəndlərdə tikinti-quruculuq işləri geniş vüsət alıb.
Qeyd olunub ki, rayonda yolların təmiri və yenidən qurulması da diqqətdə saxlanılıb. Sarov kəndi ərazisində İncəçay çayı üzərində yeni körpü tikilib istifadəyə verilib, Tərtər-Seydimli-Qaradağlı-Sarov yolu yenidən qurulub. Tərtər şəhərinin 17 küçəsində ümumi uzunluğu 8,6 kilometr olan yollara asfalt-beton örtük salınıb.
Ötən il rayonda 1170 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsi, Şıxarx qəsəbəsində, Həsənqaya və Çaylı kənd-lərində məskunlaşmış 78 məcburi köçkün ailəsinə fərdi yaşayış evləri tikilib istifadəyə verilib.
Diqqətə çatdırılıb ki, dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Tərtər rayonunda pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Keçən il rayonda 3123 hektar sahədə pambıq becərilib, 8419,9 ton məhsul əldə edilib. Əvvəlki ilə nisbətən pambıq əkini 3 dəfə, məhsul istehsalı 3,6 dəfə çoxdur. Pambıq sahəsinin hər hektarından orta məhsuldarlıq da keçən ilə nisbətən 4,5 sentner artaraq 27 sentnerə çatıb. Pambığın hektar üzrə məhsuldarlığına görə Tərtər rayonu ölkə üzrə birinci olub.
İpəkqurdunun yem bazasını təmin etmək üçün son 2 ildə 124 min ədəd tut tingi əkilib. Rayon kümçüləri tərəfindən keçən il 4610 kiloqram barama istehsal edilib.
Yığıncaqda əhalinin təbii qaz, elektrik enerjisi, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, təhsil, mədəniyyət, səhiyyə sahələrindəki vəziyyətdən də ətraflı bəhs edilib, mövcud problemlərə toxunu-lub, onların həllindən və qarşıda duran vəzifələrdən danışılıb.
Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, Milli Məclisin deputatı Sahib Alıyev çıxış edib.
Sonda qərar layihəsi oxunub, yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.
Tədbirdə rayon icra hakimiyyəti tərəfindən bir qrup sahibkara Fəxri Fərmanlar təqdim olunub.
-
09Fev
Müəllif: Redaktor, 14:16
Teqlər: Tərtər RİH-də