Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 09Fev

    2017-ci ilin noyabrın 28-də Tərtərə səfəriniz, burada Tarix-Diyarşünaslıq Muzeyinin, Tərtər–Seydimli–Qapanlı– Qaradağlı–Sarov–avtomobil yolunun, 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin açılışlarında iştirak etməyiniz, Tərtərdə “N” saylı hərbi hissədə yaradılan şəraitlə tanış olmağınız Sizin bölgələrin inkişafına göstərdiyiniz hədsiz qayğının təzahürüdür.
    Möhtərəm cənab Prezident!
    Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf kursunu ardıcıl həyata keçirməyinizi və ölkəmizin hərtərəfli tərəqqisinə hesablanmış siyasətinizi tərtərlilər ürəkdən bəyənir və dəstəkləyirlər.
    Xüsusən də 2017-ci ildə kənd təsərrüfatının inkişafına yönəlmiş tədbirlər rayonumuzun sakinləri tərəfindən böyük rəğbətlə qarşılanıb. Bunun nəticəsidir ki, vacib bir məsələ kimi qarşıya qoyduğunuz pambıqçılığın inkişafı nəticəsində Tərtər rayonu ötən il respublikada ən yüksək məhsuldarlıq əldə etmişdir. Bu tədbirlər ölkəmizi daha qüdrətli etməklə yanaşı, sadə kəndlilərin güzəranını da yaxşılaşdırır.
    Zati-aliləri!
    Qarşıdan Prezident seçkiləri gəlir. Sizi əmin edirik ki, dövlətə və dövlətçiliyə həmişə sadiq olan tərtərlilər bu dəfə də siyasi fəallıq göstərərək, Azərbaycanı işıqlı gələcəyə aparan, millətini sevən və ona həmişə diqqət və qayğı göstərən, beynəlxalq aləmdə böyük nüfuz qazanan öz əvəzolunmaz liderinə səs verəcəklər. Bu, həm də dövlətimiz üçün zamanın tələbindən irəli gəlir.
    Bildiririk ki, bundan sonra da qarşıya qoyulan məsul vəzifələrin yerinə yetirilməsi, iqtisadiyyatımızın davamlı inkişafının təmin edilməsi üçün qüvvə və bacarığımızı əsirgəməyəcəyik.
    Yeni dünya düzənində doğma Azərbaycanımızın inkişafı, Vətənimizin ərazi bütövlüyünün təmin olunması, xalqımızın xoşbəxt və firəvan həyata qovuşması naminə şərəfli və məsul vəzifənizdə Sizə uğurlar arzulayırıq.

    Müraciət Tərtər Rayon İcra Hakimiyyəti başçısının 5 fevral 2018-ci il tarixli hesabat yığıncağının iştirakçıları tərəfindən qəbul edilmişdir.

    Müəllif: Redaktor, 14:07

    Teqlər:

İsmarıclar bağlıdır.