Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,287
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 24Noy

    Dövlət Məşğulluq Agentliyinin Qarabağ RMF filialı və Tərtə rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tərtər şəhərində 20.11.2026-cı il tarixində 14 işəgötürən ilə əmək yarmarkası təşkil olunmuşdur.

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq Filialının müdir müavini Anar Əzəmmədov və Qarabağ RMF-nin Tərtər xidmət şöbəsinin müdiri Ağamoğlan İsmayılov yarmarkaya qatılan sakinlərlə görüşüb, onların qayğıları ilə maraqlanıb, yarmarkanın təşkili və prosesin dinamikası ilə tanış olublar.

    İşəgötürənlər tərəfindən müvafiq vakansiyalara dair tələblər barədə ətraflı məlumat verilmiş, işsiz və işaxtaran şəxslərə 113 sayda boş iş yerləri təqdim olunmuşdur. Filial tərəfindən təqdim olunmuş vakansiyalara dair tələblər təhlil olunaraq Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Əmək və Məşğulluq Alt Sistemində işsiz və işaxtaran şəxs kimi qeydiyyatda olan 214 vətəndaşla iş aparılmış və məlumatları götürülmüşdür. Əmək yarmarkasına cəlb edilmiş şəxslər arasında şəhid ailələri, müharibə iştirakçıları və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər yer almaqdadır. İşəgötürən tərəfindən boş vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilmiş, uyğun namizədlər növbəti mərhələyə dəvət olunacaqları barədə məlumatlandırılmışdır.

     

    Müəllif: Redaktor, 09:30

İsmarıclar bağlıdır.