Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 13İyn
    Sosial SU HƏYATDIR, BƏS ONA MÜNASİBƏTİMİZ NECƏDİR? üçün şərhlər bağlıdır

    77_1440680700скачанные файлыHamımız bilirik ki, havadan sonra insan həyatı üçün vacib olan əsas element sudur. Qida qəbul etmədən insan bir aydan artıq yaşaya bilər, amma susuz bir neçə gün dözmək mümkün deyil.
    Insan orqanizminin 2/3 hissəsini su təşkil edir. Bunu bizə məktəb vaxtından öyrədiblər. Reallıqda isə insan orqanizmində olan suyun həcmi daim dəyişir və 45 faizdən 60 faizə qədər ola bilər.
    Bu suyun böyük hissəsi hüceyrələrin içərisində, daha az hissəsi hüceyrələr arasındakı boşluqlarda və damarlarda olur. Orqanizmdə gedən bütün proseslər məhz suyun vasitəsilə tənzimlənir. Bu səbəbdən də deyirlər ki, su insan üçün həyat deməkdir.
    Gəlin bəzi faktlara müraciət edək. Son 100 ildə əhalinin sayı 3, içməli sudan istifadə 6 dəfə artdığı üçün alimlər çıxış yolu axtarmaqdadırlar. Silahlı münaqişələr, müharibələr təhlükəsi bəşəriyyətin başını onsuz da qatdığı bir vaxtda indi də dünyanın içməli su qıtlığı ilə üz-üzə qaldığını deyirlər. NASA-nın elmi heyəti kosmik müşahidələr əsasında belə nəticəyə gəlib ki, ildən-ilə şiddətlənən quraqlıq nəinki yerüstü, hətta yeraltı içməli su ehtiyatlarının da tükənməsinə səbəb olmaqdadır.
    Hazırda dünyanın 80 ölkəsində əhalinin 40 faizindən çoxu şirin su çatışmazlığından əziyyət çəkir. Belə ölkələrin arasında Çin, ABŞ, Hindistan, Səudiyyə Ərəbistanı və Liviya da vardır.
    Azərbaycanda əhalinin içməli su ilə təminatı dövlətin daimi diqqət mərkəzindədir. Daha ətraflı »

    Teqlər:

  • 01İyn
    Sosial RAYONUMUZUN SOSİAL-İQTİSADİ HƏYATI üçün şərhlər bağlıdır

    2016-cı İLİN BİRİNCİ RÜBÜNÜN YEKUNLARI

    Kənd təsərrüfatı. 2016-cı ilin birinci rübündə rayonda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5 milyon 506,5 min manat olmuşdur. Onun sabit qiymətlərlə dəyəri keçən ilin müvafiq dövrü ilə müqayisədə 7,3 faiz artmışdır. Onun 130,5 min manatı bitkiçiliyin, 5 milyon 376 min manatı heyvandarlığın hesabına formalaşmışdır.
    Bitkiçilik. Rayonda yazlıq bitkilərin kütləvi əkininə başlanmışdır. Aprelin 1-i vəziyyətinə 3149.4 hektar sahədə yazlıq bitkilər əkilmişdir. Mövsümün əvvəlindən 81,5 hektarda dənli və dənli paxlalı bitkilər (qarğıdalı da daxil olmaqla), 20 hektarda pambıq, 929 hektarda emal üçün şəkər çuğunduru, 366 hektarda dən üçün günəbaxan, 448,1 hektarda kartof, 362,8 hektarda tərəvəz, 942 hektarda çoxillik otlar (yonca) əkilmişdir. Ümumi əkinin 25,7 faizini, yaxud 810,9 hektarını kartof və tərəvəz, 29,9 faizini, yaxud 942 hektarını çoxillik otlar, 2,6 faizini, yaxud 81.5 hektarını dənli və dənli paxlalılar (qarğıdalı da daxil olmaqla), 41,8 faizini, yaxud 1315 hektarını texniki bitkilər təşkil edir.
    Heyvandarlıq. 2016-cı ilin birinci rübündə diri çəkidə 766 ton ət, 4804.7 ton süd, 2 milyon 495 min ədəd yumurta istehsal edilmiş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,7 faiz, süd istehsalı 13,6 faiz, yumurta istehsalı 1,2 faiz, artmışdır. Daha ətraflı »

    Teqlər:

  • 01İyn
    Sosial SOSİAL SAHƏDƏ VƏZİYYƏT NECƏDİR? üçün şərhlər bağlıdır

    20151006_2Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrin icrasına həsr olunmuş iclasında möhtərəm Prezidentimiz cənab İlham Əliyev bütün sahələrin inkişafı ilə yanaşı sosial siyasətin də həmişə prioritet olduğunu, bu siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının dayandığını bildirmişdir. Bu gün dünyada iqtisadi və maliyyə böhranının yaşanmasına baxmayaraq, 2016-cı ilin birinci rübündə ölkəmizdə əhalinin, o cümlədən onun aztəminatlı təbəqəsinin alıcılıq qabiliyyətinin artırılması üçün müxtəlif tədbirlər görülür. Milli manatın devalvasiyasının və qiymət artımının təsirlərinin azaldılması məqsədilə müxtəlif sosial ödənişlərin, o cümlədən əməkhaqqıların, pensiyaların, müavinətlərin, təqaüdlərin və kompensasiyaların artırılması ilə bağlı möhtərəm Prezidentimizin imzaladığı 20-dən artıq sərəncam bunu bir daha təsdiq edir.
    Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi də 2016-cı ilin birinci rübündə bu sahədə üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışmışdır.
    Mərkəzdə yaşa və əlilliyə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə əlillik dərəcəsi alanlara, şəhid ailələrinə, müharibə veteranlarına, ailə başçısını itirmiş və digər kateqoriyadan olan 4000-ə yaxın ailəyə xidmət göstərilir, onların müavinət və təqaüdlərinin vaxtlı-vaxtında ödənilməsi təmin edilir. Daha ətraflı »

    Teqlər:

  • 18May
    Sosial İNSANLARIN SOSİAL MÜDAFİƏSİNƏ HESABLANMIŞ TƏDBİRLƏR üçün şərhlər bağlıdır

    Azərbaycanda yoxsulluq səviyyəsinin getdikcə aşağı enməsinin əsas səbəblərindən biri yeni iş yerlərinin yaradılmasına xüsusi diqqət yetirilməsidir. Dövlət başçısı əhalinin məşğulluq məsələlərində problemlərin olmaması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə dövlət şirkətlərinə birgə işləməyi tapşırmışdır. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident məşğulluq idarələrinə müraciət edən insanların işlə təmin olunması üçün dövlət şirkətlərinin yeni vakansiyalar açmalı olduğunu bildirmişdir. Dövlət şirkətlərinə və sözügedən nazirliyə Bakıda və bütün bölgələrdə əhalinin işlə təminatında birlikdə nümunə göstərməyi tövsiyə etmişdir.
    Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığına uyğun olaraq əhalinin məşğulluğunu artırmaq məqsədi ilə qısa müddət ərzində rayonumuzda da xeyli iş görülmüşdür. Belə ki, dövlət şirkətlərinin rayon ərazisində yerləşən idarələrində 160, rayon icra hakimiyyəti tərəfindən aparılan abadlıq və təmir-tikinti sahələrində 170 iş yeri açılaraq, ümumilikdə 330 iş yeri məşğulluq mərkəzinə təqdim edilmişdir. Daha ətraflı »

    Teqlər:

  • 18Apr
    Sosial ƏSAS PRİNSİP İNSANSEVƏRLİKDİR üçün şərhlər bağlıdır

    скачанные файлы1923-cü ildən 1991-ci ilə kimi Azərbaycan Qızıl Aypara Cəmiyyəti keçmiş SSR-i Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Birliyi daxilində fəaliyyət göstərmişdir. İkinci dünya müharibəsi zamanı cəmiyyət tərəfindən təşkil edilmiş şəfqət bacıları kurslarını xüsusi qeyd etmək lazımdır. O zaman bu kursları bitirənlər döyüş bölgələrində minlərlə insanın həyatını xilas etmişlər. Şəfqət bacılarından 2 nəfəri xüsusi fədakarlıqlarına görə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının yüksək mükafatı- “Florens Naytingel” medalı ilə təltif edilmişlər.
    1992-ci ilin martında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin müraciəti ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Respublikada nümayəndəliyi açılmışdır.
    Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 7 fundamental prinsipləri var. Bunlar-İnsansevərlik, qərəzsizlik , neytrallıq, müstəqillik könüllülük, birlik, universallıqdır. Daha ətraflı »

    Teqlər:

  • 07Apr
    Sosial Minnətdarlıq üçün şərhlər bağlıdır

    Изображение 011MAHİR ƏSƏDOV KÜÇƏSİ ABADLAŞDIRILIB

    Hörmətli redaksiya! Oğlum Mahir Əsədov çox gənc yaşlarında torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub.
    O, orta məktəb partasından yenicə ayrılmışdı. Könüllü olaraq döyüşlərə qatıldı. Vətənin ağ gününü şəxsi xoşbəxtliyindən üstün tutdu. Nə evlənməyə macal tapdı, nə də övladı yadigar qaldı. Təsəllim bircə budur ki, Mahir unudulmayıb. Şəhərimizin ən yaraşıqlı küçələrindən birinə onun adı verilib. Bu yaxınlarda həmin küçədə abadlıq və yenidənqurma işləri aparıldı, səkilər təmir edildi, yeni işıq sistemi quraşdırıldı. Həmçinin burada şəhid Mahir Əsədovun adına tikilmiş bulaq təmir olunaraq, yaraşıqlı görkəm aldı. Mən bu küçə ilə addımlayanda övladımın arzularının gerçəkləşməsinin şahidi oluram. Axı, o, şəhərimizi beləcə gözəl, onun sakinlərini isə xoşbəxt görmək istəyirdi. Daha ətraflı »

    Teqlər:

  • 09Fev
    Kənd təsərrüfatı 2016-cı İL YANVARIN 1-i VƏZİYYƏTİNƏ TƏRTƏR RAYONUNDA MAL-QARA VƏ QUŞLARIN TAM UÇOTA ALINMASININ YEKUNLARI HAQQINDA üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın 5.3.10-cu maddəsinə və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin statistik işlər haqqında proqramına uyğun olaraq, rayon statistika idarəsinin rəhbərliyi altında və ərazi icra nümayəndəliklərinin iştirakı ilə 2015-ci il yanvarın 1-i vəziyyətinə rayon ərazisində mal-qara və quşların tam uçotu aparılmışdır. Daha ətraflı »

    Teqlər: ,

  • 30Yan
    Sosial SÜNİ QİYMƏT ARTIMINA QARŞI REYDLƏR KEÇİRİLİR üçün şərhlər bağlıdır

    DSC_4171Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin yerli icra strukturlarının qarşısında qoyduğu vəzifələri yüksək səviyyədə həyata keçirmək, süni qiymət artımının qarşısını almaq, kiçik və orta sahibkarlıqla məşğul olan iş adamlarının fəaliyyətinə stimul vermək məqsədilə Tərtər rayonunda mühüm addımlar atılır. Daha ətraflı »

    Teqlər:

  • 30Yan
    Sosial ƏLİLLƏRİMİZƏ NECƏ QAYĞI GÖSTƏRİLİR? üçün şərhlər bağlıdır

    8869Bu problem cəmiyyətimizdə daim ən həssas məsələlərdən biri olub. Etiraf etməliyik ki, döyüş meydanlarında qəhrəmancasına vuruşaraq yaralanmış və həqiqətən əlil olan insanlar illərlə müxtəlif distansiyalardan keçərək gün kimi aydın olan həqiqəti sənədlərlə təsdiqlədə bilmirlər. Daha ətraflı »

    Teqlər:

  • 06Yan
    Sosial VƏTƏNDAŞLARIN MƏŞĞULLUĞUNUN TƏMİN EDİLMƏSİ BAŞLICA VƏZİFƏMİZDİR üçün şərhlər bağlıdır

    logoÖlkəmiz üçün gərgin hadisələrlə dolu olan 2015-ci il arxada qaldı. Xüsusən də ilin sonunda dolların məzənnəsinin artması insanları çaşdırdı. Bunun ardınca bir sıra ərzaq məhsullarının bahalaş-ması və s. problemlər qarşıya çıxdı. Daha ətraflı »

    Teqlər: