2016-cı İLİN BİRİNCİ RÜBÜNÜN YEKUNLARI
Kənd təsərrüfatı. 2016-cı ilin birinci rübündə rayonda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5 milyon 506,5 min manat olmuşdur. Onun sabit qiymətlərlə dəyəri keçən ilin müvafiq dövrü ilə müqayisədə 7,3 faiz artmışdır. Onun 130,5 min manatı bitkiçiliyin, 5 milyon 376 min manatı heyvandarlığın hesabına formalaşmışdır.
Bitkiçilik. Rayonda yazlıq bitkilərin kütləvi əkininə başlanmışdır. Aprelin 1-i vəziyyətinə 3149.4 hektar sahədə yazlıq bitkilər əkilmişdir. Mövsümün əvvəlindən 81,5 hektarda dənli və dənli paxlalı bitkilər (qarğıdalı da daxil olmaqla), 20 hektarda pambıq, 929 hektarda emal üçün şəkər çuğunduru, 366 hektarda dən üçün günəbaxan, 448,1 hektarda kartof, 362,8 hektarda tərəvəz, 942 hektarda çoxillik otlar (yonca) əkilmişdir. Ümumi əkinin 25,7 faizini, yaxud 810,9 hektarını kartof və tərəvəz, 29,9 faizini, yaxud 942 hektarını çoxillik otlar, 2,6 faizini, yaxud 81.5 hektarını dənli və dənli paxlalılar (qarğıdalı da daxil olmaqla), 41,8 faizini, yaxud 1315 hektarını texniki bitkilər təşkil edir.
Heyvandarlıq. 2016-cı ilin birinci rübündə diri çəkidə 766 ton ət, 4804.7 ton süd, 2 milyon 495 min ədəd yumurta istehsal edilmiş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,7 faiz, süd istehsalı 13,6 faiz, yumurta istehsalı 1,2 faiz, artmışdır.
Aprel ayının əvvəlinə rayon üzrə 26636 baş qaramal, o cümlədən 11888 baş inək və camışlar, 73104 baş qoyun və keçi mövcud olmuşdur. Qaramal naxırının təxminən 44,6 faizini inək və camışlar təşkil edir. Əvvəlki ilin müvafiq dövrünə nisbətən qaramalın sayı 1,6 faiz, qoyun və keçilərin sayı 1,4 faiz artmışdır. Rayonda mövcud olan iribuynuzlu mal-qaranın 99,2 faizi və xırda-buynuzlu mal-qaranın 97,6 faizi fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarına məxsusdur.
Tikinti. İlkin məlumata əsasən 2016-cı ilin yanvar-mart aylarında Tərtər rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1 milyon 837,3 min manat və ya əvvəlki ilin müvafiq dövründəkindən 91,6 faiz çox vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilən investisiyaların 1milyon 660,8 min manatı və ya 90,3 faizi tikinti-quraşdırma işlərinə yönəldilmişdir. Tikinti-quraşdırma işlərinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 788,3 min manat və ya 90,3 faiz artmışdır.
2016-cı ilin yanvar-mart aylarında əsas kapitala yönəldilmiş bütün vəsaitin 0,1 faizi sənaye sahələrinin, 32,5 faizi kənd təsərrüfatı və meliorasiya işlərinin, 5,5 faizi tikinti işlərinin, 6,1 faizi təhsil sahəsinin, 30,2 faizi rabitə və 25,6 faizi nəqliyyat sahəsinin inkişafına sərf edilmişdir.
Əsas kapitala yönəldilmiş investisiyanın 1 milyon 569,3 min manatı və ya 85,4 faizi dövlət mülkiyyətinə məxsus müəssisələr, 268,0 min manatı və ya 14,6 faizi qeyri-dövlət müəssisə və təşkilatlar tərəfindən yönəldilmişdir.
2016-cı ilin yanvar-mart aylarında 3 milyon 440.8 min manat əsas fondlar istifadəyə verilmişdir ki, onun da 3 milyon 172,8 min manatı dövlət, 268,0 min manatı isə qeyri-dövlət mülkiyyətinə məxsusdur.
Rayonda vətəndaşların şəxsi vəsaiti hesabına ümumi sahəsi 2922 kv. metr olan 30 yeni fərdi ev tikilmişdir.
İnformasiya və rabitə. 2016-cı ilin yanvar-mart aylarında rayonun informasiya, rabitə müəssisələri tərəfindən göstərilmiş xidmətlərin faktiki qiymətlərlə ümumi həcmi 145.5 min manat, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,2 min manat və ya 14,3 faiz çox olmuşdur.
Göstərilmiş informasiya və rabitə xidmətlərinin 99,3 faizi dövlət rabitə müəssisələri tərəfindən yerinə yetirilmişdir.
Rabitə xidmətlərinin 129,5 min manatı və ya 89,0 faizi bilavasitə əhaliyə göstərilmişdir.
2016-cı ilin yanvar-mart aylarında əhaliyə göstərilmiş pullu xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü illə müqayisədə 11,3 faiz artmışdır.
Əmtəə bazarı. 2016-cı ilin yanvar-mart aylarında ticarət dövriyyəsinin həcmi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz artaraq 38 milyon 860,4 min manat olmuşdur. Hesabat dövründə bazar və yarmarkalarda əmtəə satışının həcmi 16 milyon 880,0 min manat olmaqla, ümumi satışın 46,9 faizinə bərabər olmuşdur.
Pərakəndə ticarət dövriyyəsi üzrə real artımın 56,6 faizi hüquqi və fiziki şəxslərə məxsus ticarət subyekt-lərinin, 43,4 faizi yarmarka və bazarların fəaliyyəti sayəsində yaranmışdır.
2016-cı ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsindən hər bir istehlakçı orta hesabla ayda 126.2 manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 19 manat çox əmtəə almışdır.
Pərakəndə ticarət şəbəkəsindən istehlakçılara satılmış ərzaq məhsullarının həcmi 4,3 faiz artaraq 22 milyon 868,4 min manata, qeyri ərzaq mallarının həcmi 3,6 faiz artaraq 15 milyon 992,0 min manata bərabər olmuşdur. 2016-cı ilin yanvar-mart aylarında pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində ərzaq malları xüsusi üstünlük təşkil edərək 58,8 faiz olmuşdur.
İaşə xidmətləri. 2016-cı ilin yanvar-mart aylarında əhaliyə göstərilən iaşə xidmətlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz artaraq 638,6 min manata çatdırılmışdır.
İaşə dövriyyəsi özəl sektorun hesabına formalaşmışdır.
Əhaliyə göstərilən pullu xidmətlər. 2016-cı ilin yanvar-mart aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,0 faiz artaraq 5 milyon 868,6 min manat təşkil etmişdir.
2016-cı ilin yanvar-mart ayları ərzində ötən ilin müvafiq qeyri dövlət mülkiyyətində 1,9 faiz çox pullu xidmətlər göstərilmişdir.
TƏRTƏR RAYON
STATİSTİKA İDARƏSİ