Ölkəmiz üçün gərgin hadisələrlə dolu olan 2015-ci il arxada qaldı. Xüsusən də ilin sonunda dolların məzənnəsinin artması insanları çaşdırdı. Bunun ardınca bir sıra ərzaq məhsullarının bahalaş-ması və s. problemlər qarşıya çıxdı.
Lakin möhtərəm Prezident İlham Əliyev bir daha bəyan etdi ki, belə vəziyyətdə dövlət həssas təbəqəyə aid insanların təminatını yenə də lazımi qaydada ödəyəcəkdir, yəni büdcə-dəki azalmaya baxmayaraq, sosial-yönümlü layihələr əvvəlki kimi yerinə yetiriləcək.
Bu istiqamətdə ötən il bizim Mərkəzdə də xeyli iş görülüb. 2015-ci il ərzində Mərkəzə 273 vətəndaş müraciət edib və onlardan 185-i rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlarda peşə və ixtisaslarına uyğun işlə təmin olunub. Bunlardan 20 nəfəri sosial müdafiəyə daha çox ehtiyacı olan vətəndaşlardır .
Həmçinin il ərzində 32 nəfərə işsizlik statusu, 36 nəfərə isə işsizlik müavinəti təyin olunub. 24 nəfər maksimum, 12 nəfər isə minumum məb-ləğdə müavinət alır.
Gənclərin peşəyönümü məsələsi də diqqət mərkəzində saxlanılıb. Rayonun ümumtəhsil məktəblərində bu mövzu-da tədbirlər keçirilib, şagirdlərə lazımi tövsiyələr verilib. Həmçinin qeydiyyatda olan vətəndaşların işlə təmin olunmasını asanlaşdırmaq məq-sədilə “Satıcı-nəzarətçi kassir” peşəsi üzrə kurslar təşkil olunub və 20 nəfər bu peşəyə yiyələnib. Onlardan 10 nəfəri rayonun ticarət və iaşə obyektlərində işə düzəlib.
Əhali ilə əlaqələri daha da möhkəmləndirmək, onların ehtiyaclarını yaxından öyrənmək məqsədilə yola saldığımız ildə “Sosial tərəfdaşların məşğulluq xidmətində yeri və rolu” mövzusunda “Dəyirmi masa” və “Əmək yarmarkası” keçirmişik.
2016-cı ildə qarşımızda daha məsul vəzifələr durur. Əhalinin həssas təbəqəsinin ehtiyaclarının ödənilməsində və bütövlükdə rayon sakin-lərinin sosial müdafiəsinin təmin edilməsində üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacağıq.
Azər Ağayev,
Tərtər Rayon Məşğulluq Mərkəzinin direktoru