Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 28İyl
    Ədəbiyyat GİZLƏNƏR üçün şərhlər bağlıdır

    52323HÜSEYN  KÜRDOĞLU

    Kor quyudur qəlbin sənin,
    İçində ilan gizlənər.
    Gülüşündə qara böhtan,
    Gözündə şeytan gizlənər.
    ***
    Gülüş pərdədir üzündə,
    Torpaq qan ağlar izində.
    Sənin bir yaxşı sözündə
    Neçə cür yalan gizlənər.
    ***
    Özünü çox qoyma dəmə,
    Ağzın öyrənməyib kəmə.
    Doğruluqdan şüar demə,
    Səsində yalan gizlənər. Daha ətraflı »

    Teqlər:

  • 28İyl
    Ədəbiyyat ÖZ ƏLİNDƏ üçün şərhlər bağlıdır

    1212ŞƏKƏR  ASLAN

    Düzlərdən çəkilib getdi duman ki,
    Böyüdü, gün oldu kiçik bir an ki…
    Qüdrətli sellərin cilovu sanki
    Çıxıb dağ əlindən, düz əlindədir!
    ***
    Qəmlidi bu günüm, şəndi dünənim,
    Canıma o ala gözlərin qənim;
    Nə etmək, dözürəm, taleyim mənim
    İndi göz əlində, göz əlindədir!
    ***
    Bu təzə cığırlar, izlər köhnələr…
    Yer nələr deyəcək, bir vaxt göy nələr!
    Eh mənim əlimdən indi nə gələr,
    Hər şey öz əlində, öz əlindədir!

    Teqlər:

  • 28İyl
    Ədəbiyyat BÜTÜN SUALLARIN CAVABI BİRDİ… üçün şərhlər bağlıdır

    561576_542924699109007_1904943773_n-213x221MƏMMƏD İSMAYIL

    Ölümə gedərsən yol yora-yora,
    Gedərsən, peşinə yüz fikir düşər.
    Atsan, balıq düşməz atdığın tora,
    Tutduğun zərə də iki-bir düşər…
    Nə səbr gərəkmiş, nə də tək səbir,
    Sən gedən yolları gedər ilan da…
    Əlidolu da bir, əliboş da bir,
    Aldadan da birdi, aldadılan da.

    Bütün sualların cavabı birdi,
    Yatmaq istəsən də yuxuna girməz.
    Bəlkə söz sarıdan bəxtin gətirdi,
    Varsan, var sarıdan əlin gətirməz… Daha ətraflı »

    Teqlər:

  • 20İyl
    Ədəbiyyat ÖMRÜN ÖTƏN İLLƏRİ üçün şərhlər bağlıdır

    новый-1Texnik elmlər doktoru, professor Rasim Fərrux oğlu Axundovu neçə illərdir ki, tanıyıram. Hərdən müştərək elmi tədqiqatlar da aparmışıq. O həm gözəl alim, dost, həm də dəyərli bir nəslin yadigarıdır. Bu yaxınlarda Rasim müəllimin öz ailə üzvlərinin–valideynləri və bacı-qardaşlarının həyatına həsr etdiyi, “Keçmişə nəzər salanda…” kitabını oxudum.
    Kitabın məndə buraxdığı təəssüratları əziz oxucularla bölüşməyi özümə borc bildim. Valideynlərini xatırlayaraq Rasim müəllim onların yüksək əxlaqi keyfiyyətlərindən söz açır. Övladlarına həmişə düzlük, xeyirxahlıq, fədakarlıq, səmimiyyət öyrətməyə çalışan bu insanlar, şübhəsiz, öz məqsədlərinə tamamilə nail olmuşlar.
    Atası Fərrux Axundov ali təhsil almasa da, dövründə xalqının, vətəninin gələcəyi naminə böyük işlərə imzalar atmış ziyalılarımızdan olmuşdur. Daha ətraflı »

    Teqlər:

  • 10İyl
    Ədəbiyyat MARAQLI KİTAB üçün şərhlər bağlıdır

    0102Tofiq Yusif

    Bu günlərdə həmyerlimiz Vaqif İsaoğlunun (Səmədov Vaqif İsa oğlu) “Dərələyəz mahalım, Ağkənd elimdir” adlı maraqlı bir kitabı (“Kooperasiya” nəşriyyatı, 2017-ci il) işıq üzü görmüşdür. Topluda əsas diqqət Azərbaycanın qədim ərazisi olan Dərələyəz mahalının Səlim çayı hövzəsində yaşayan ellərimizin tarixi, etnoqrafiyası, adət və ənənələri barədə, o yerlərdə yaşamış soydaşlarımızın keçmişinə və indisinə dair geniş, əhatəli bilgilər verilib.

    Bununla yanaşı kitabda ermənilərin zaman-zaman o yurdlarda yaşayan azərbaycanlıların başına açdığı müsibətlər, soyqırımlar və faciələr burada öz əksini tapıb. “Qərbi Azərbaycanın tarixi keçmişindən bəhs edən olaylar”, “Ermənilər kimdir?”, “Ermənilər haqqında deyilənlər,” “Ermənilərin özləri haqqında dedikləri”, “Daşnaqlar gəldilər–milli ədavət gətirdilər”, “Əsrin ən böyük faciəsi”, “Qan yaddaşımıza yazılan tarixi faktları hamı bilməlidir”, “XX əsrin sonunda Azərbaycan ərazisində erməni terroru”, “Z.Balayanın “Ocaq” kitabı nəyə xidmət edir?” kimi yazı başlıqları bu kitabın nə qədər əhəmiyyətli və sanballı bir əsər olduğuna dəlalət edir. Yəni Vaqif İsaoğlunun “Dərələyəz mahalım, Ağkənd elimdir” əsəri təkcə bu ad çərçivəsinə sığışıb qalmır, daha geniş dairəni əhatə edən fundamental bir əsərə çevrilir. Daha ətraflı »

    Teqlər:

  • 30İyn

    ANA

    Ədəbiyyat ANA üçün şərhlər bağlıdır

    (Hekayə)

    image– Sabahın xeyir, ay Nigar xala!
    – Aqibətin xeyir, ay qızım!
    – Uşaqlarından nə xəbər, Nigar xala? Danışırlarmı?
    – Hərdən zəng eləyirlər, danışırıq, ay Telli. Çox şükür, yaxşıdırlar.
    – Bə niyə kefsizsən? Ağrıyıb – eləmirsən ki?
    – Üstünə sağlıq, nə isə birtəhərəm. Elə ağrımağım – filan yoxdur, ancaq hərdən başım fırlanır, bədənimə soyuq tər gəlir.
    – Bə niyə uşaqlara xəbər eləmirsən gəlib səni doxtura göstərsünlər?
    – Demişəm, gələsidirlər, inşallah!
    Tellinin oğlunun səsi qonşuların söhbətini yarımçıq kəsdi:
    – Ay ana, gəl mənim paltarlarımı ütülə, getməliyəm, axı.
    Telli istədi oğluna nəsə desin, Nigar xala imkan vermədi:
    – Get uşağı yola sal, sonra keçərsən bizə.
    Telli getdi. Daha ətraflı »

    Teqlər:

  • 30İyn
    Ədəbiyyat KAMİL TƏRTƏRLİ üçün şərhlər bağlıdır

    kamil qaqamKamil Tərtərli (Süleymanov Kamil Şəmil oğlu) 1955-ci il aprel ayının 26-da Tərtər rayonunun Qaynaq kəndində anadan olub.
    2015-ci ildə onun “Ana yurdum vətənim Tərtər” adlı şeirlər kitabı çapdan çıxıb.
    Aşağıda şeirlərini olduğu kimi dərc edirik.

    TƏRTƏR, SƏNİN QUCAĞINDA

    Sən qəhrəman şəhərimsən
    Düşmənlərin qabağında.
    Keçilməzdi sərhədlərin
    Tərtər, sənin qucağında.

    Qaçqınlara açdın qucaq,
    Məlhəm oldu ana torpaq.
    Gör neçə ev oldu dayaq
    Tərtər, sənin qucağında.

    Oğlun-qızın qəhrəmandı,
    Düşmənlərin bağrın yardı.
    El orduya havadardı
    Tərtər, sənin qucağında. Daha ətraflı »

    Teqlər:

  • 21İyn
    Ədəbiyyat POEZİYA üçün şərhlər bağlıdır

    QINAYIN MƏNİ

    Yenə qatar-qatar, yenə nizamsız.
    Şükür, sağ-salamat, uğurgüzarsız.
    Mənəm eli perik, mənəm nizamsız,
    Qınayın durnalar, qınayın məni.
    ***
    Siz uçan səmada xəyalım ötər,
    Nə həsrət əriyər, nə hicran bitər.
    Köçəri həyatdan köçgünlük betər,
    Qınayın durnalar, qınayın məni.
    ***
    Keçib dərə-təpə, düz, qayıdırsız,
    Doğma ünvanlara düz qayıdırsız.
    Mən dönə bilmirəm, siz qayıdarsız…
    Qınayın durnalar, qınayın məni.
    *** Daha ətraflı »

    Teqlər:

  • 21İyn
    Ədəbiyyat BƏNZƏR üçün şərhlər bağlıdır

    Əzizim Gülnara

    Həyatdır, ömr edir hərə bir cürə,
    Nisgilə, həsrətə, qübara bənzər.
    Hələ nə yaşayıb, nə də gün görə?
    Təzə pöhrələnmiş çinara bənzər.
    ***
    Hələ qönçə olan dağ çiçəyidir,
    Lalə yarpağıdır, gül ləçəyidir.
    Bu qız bənövşənin yaz diləyidir,
    Duyğusu, sevgisi bahara bənzər.
    ***
    Acı xatirələr səfə düzülür,
    Ürəkdi sızlayır, candı üzülür.
    Şirin danışığı baldır süzülür,
    Hər sözü bir əhdə, ilqara bənzər.
    *** Daha ətraflı »

    Teqlər:

  • 31Mar
    Digər Erməni vandalizmi və onun acı nəticələri üçün şərhlər bağlıdır

    TARİXİN QANLI GERÇƏKLİKLƏRİ

    q1378q12Cənubi Qafqaz və Ön Asiya yaylasında çoxluq təşkil edən azərbaycanlıların (azəri türklərin) dəfələrlə öz tarixi torpaqlarından kütləvi şəkildə köçürülməyə, qovulmağa məruz qaldıqları haqqında məlumatlar inkarolunmaz gerçəkliklərdir. 1828-1832, 1877-1878, 1905-1907, 1918-1920, 1948-1953 və 1988-ci illərdə çirkin etnik təmizləmə, qırğınlar, talanlar törədən ermənilər daha hansı qəddarlıqları etməlidirlər ki, qulaqları kar olmuş bu dünya doğrunu doğru kimi eşitsin?!
    1828-ci ildən bu yana İran və Türkiyədən gəlmə ermənilər «Böyük Ermənistan İmperiyası» yaratmaq xülyası altında millətimizə qarşı nə qədər qanlı münaqişələr, qətlamlar törətdilər! Bütün bunlara tarix şahiddir. Daha ətraflı »

    Teqlər: ,