HÜSEYN KÜRDOĞLU
Kor quyudur qəlbin sənin,
İçində ilan gizlənər.
Gülüşündə qara böhtan,
Gözündə şeytan gizlənər.
***
Gülüş pərdədir üzündə,
Torpaq qan ağlar izində.
Sənin bir yaxşı sözündə
Neçə cür yalan gizlənər.
***
Özünü çox qoyma dəmə,
Ağzın öyrənməyib kəmə.
Doğruluqdan şüar demə,
Səsində yalan gizlənər.
GÖZÜNÜ YUMMA , GÜLÜM
Ömür göz qırpımıdır,
Axan ulduzlar kimi
O da bir anlıq olur .
Gözünü yumma, gülüm,
Günün gunortaçağı
Dünya qaranlıq olur!