MƏKTƏBLƏR ƏSASLI TƏMİRDƏN SONRA İSTİFADƏYƏ VERİLDİ

Bu günlərdə Tərtər şəhər 6 nömrəli tam orta və Qazyan kənd ümumi orta məktəblərinin binaları müasir tələblər səviyyəsində yenidən qurulub, zəruri məktəb avadanlıqları və mebel dəstləri ilə təchiz olunaraq istifadəyə verilib. Bu münasibətlə Təhsil Nazirliyinin nümayəndələrinin, ictimaiyyətin, ziyalıların, valideynlərin iştirakı ilə açılış mərasimləri keçirilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev tədbirlərdə çıxış edərək, müəllim, şagird və valideynləri təbrik edib, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsil sahəsində əldə olunan uğurlardan danışıblar. Daha ətraflı »



Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının hazırlıq planına müvafiq olaraq Tərtər rayonunda ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə müdafiə məşqi keçirilib.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Tərtər şəhərində “Heydər parkı”nda Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bayram tədbiri keçirilib.
Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Bəyimsarov kəndində oldu.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məktəblilərin respublika fənn olimpiadasının rayondan olan qalibləri ilə görüşdü. Tədbirdə coğrafiya fənni üzrə 3-cü yerə layiq görülmüş Ələsgərli kənd tam orta məktəbin 11-ci sinif şagirdi Gültac Paşazadə, tarix fənni üzrə 3-cü yerə layiq görülmüş şəhər 2 saylı məktəb-liseyin 11-ci sinif şagirdi Nuranə Kərimova, qaliblərin valideynləri və müəllimləri də iştirak etdilər.
Tərtər Rayon Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə tədbir keçirildi.
Şəhərimizin Elman Səfərov küçəsində yeni 100 yerlik körpələr evi-uşaq bağçası inşa olunur. Binanın birinci mərtəbəsində işlər başa çatmışdır. İndi ikinci mərtəbədə inşaat işləri davam etdirilir. Hər gün tikintidə 14-16 nəfər işləyir.
Şəhərimizn Heydər Əliyev prospektində yeni Olimpiya Kompleksinin inşasına başlanmışdır. İdman kompleksi gənclər arasında idmanın inkişaf etdirilməsi və onların asudə vaxtlarıının səmərəli keçirilməsi üçün şərait yaradacaqdır.
Rayonumuzun Nizami küçəsində xalça istehsalı ema-latxanasının tikintisinə başlanıb. Emalatxananın tikintisi üçün 0,42 hektar torpaq sahəsi ayrılıb. Burada 180 nəfər xalça toxuyan qadın işlə təmin olunacaq.
Yollar… yollar!… Hava yolu, su yolu, maşın yolu, piyada yolu, ömür yolu, düz yol, əyri yol… Hər yolun bir sonu, bir dayanacaq nöqtəsi… Bu yolların uzanıb gedəni, mənzil başına çatmaq üçün həm qısa, həm də uzun olanı var. Arzulayaq ki, yollarımız asan keçidlərdən keçsin.
Yeni ismarıclar