06Fev
BU GÜN TƏRTƏR MÜASİR, ABAD ŞƏHƏRDİR. RAYON İNKİŞAF EDİR, VƏTƏNDAŞLAR DAHA DA YAXŞI YAŞAYIRLAR.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Tərtər şəhər Kommunal Təsərrüfatı İdarəsi tərəfindən 23 min 106 kubmetr məişət tullantıları vaxtında təmizlənib daşınmış, əhaliyə 441 min 396 manat məbləğində kommunal xidmət göstərilmişdir.
Hesabat dövründə mövcud istilik-qazanxana sistemlərində təmir-bərpa işləri aparılmışdır.
Təhsil, səhiyyə, mədəniyyət, turizm və idman sahələri
Hesabat ilində rayonun ümumtəhsil müəssisələrində təlim-tərbiyə işlərinin yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülmüşdür. Daha ətraflı »
Teqlər: Tərtər RİH-də
06Fev
TƏRTƏR SAKİNLƏRİ QƏHRƏMANDIRLAR . ONLAR BURADA -DÖYÜŞ BÖLGƏSİNDƏ, DÜŞMƏNLƏ ÜZ-ÜZƏ MÖHKƏM DAYANIBLAR
VƏ ATILAN, EVLƏRİNƏ DƏYƏN MƏRMİLƏR ONLARIN İRADƏSİNƏ ZƏRRƏ QƏDƏR TƏSİR ETMƏMİŞDİR.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən bütün ölkə vətəndaşlarının icbari tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığına rayonumuzda yüksək səviyyədə əməl olunmuşdur. 2017-ci ilin fevral ayının 15-dən may ayının 15-dək rayon əhalisinin 57 min 845 nəfəri tibbi müayinədən keçirilmiş, onlardan 3658 nəfəri ambulator, 47 nəfər stasionar müalicəyə cəlb olunmuşdur.
Dövr ərzində nikaha daxil olan 266 cütlük qan müayinəsindən keçirilmiş, 6 nəfər isə tək yoxlanılmışdır. Bunların 16 nəfərində talassemiya daşıyıcılığı, 6 nəfər patoloji hemoqolibin C, 1 nəfərində sifilis aşkar olunmuşdur. Daha ətraflı »
Teqlər: Tərtər RİH-də
06Fev
KƏND YOLLARI SALINIR. BİR YOLUN AÇILIŞINI BU GÜN QEYD ETDİK. ARTIQ BİR NEÇƏ KƏND YOLU LAYİHƏSİ İCRA
EDİLİBDİR. GƏLƏN İL DƏ BİR NEÇƏ KƏNDİ BİRLƏŞDİRƏN YOLLARIN SALINMASI NƏZƏRDƏ TUTULUB.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
İl ərzində “Yeni Tərtər” qəzetinin elektron saytı da fəaliyyət göstərmişdir. Saytın məlumatına görə, hazırda qəzet 20 xarici ölkədə oxunur və izlənir. Xarici ölkələrdə onun minlərlə oxucusu vardır. İl ərzində “Yeni Tərtər” qəzeti öz fəaliyyətini zamanın tələbi səviyyəsində qurmağa çalışmış və əksərən buna nail olmuşdur. Qəzetin baş redaktoru Tofiq Yusif və foto müxbiri Kənan Hüseynzadənin xidmətləri nəzərə alınaraq “Vətən naminə” medalı ilə təltif olunmuşlar. Baş redaktorun müavini Svetlana Bağırova Azərbaycan Mətbunat Şurasının Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi müsabiqədə, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun respublika üzrə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqələrində qalib olmuş, təşəkkürnamə və pul mükafatları almışdır. Daha ətraflı »
Teqlər: Tərtər RİH-də
06Fev
…HESAB EDİRƏM Kİ, TƏRTƏR ZƏHMƏTKEŞLƏRİNİN TƏCRÜBƏSİ DİGƏR BÖLGƏLƏRDƏ DƏ TƏTBİQ OLUNMALIDIR. ÇÜNKİ HEÇ DƏ HƏR BİR RAYONDA MƏHSULDARLIQ SİZDƏ OLDUĞU KİMİ DEYİL.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Rayon icra hakimiyyəti başçısının 7 dekabr 2017-ci il tarixli, 198 nömrəli əmri ilə 2018-ci ildə rayon icra hakimiyyəti başçısı aparatında vətəndaşların qəbulu haqqında cədvəl təsdiq edilmişdir. Cədvəl Tərtər Rayon İcra Hakimiyyətinin orqanı olan “Yeni Tərtər” qəzetində vətəndaşların məlumatlandırılması üçün dərc edilmişdir. Həftənin beş günü rayon icra hakimiyyətinin başçısı, başçının birinci müavini, başçının müavinləri və şöbə müdirləri vətəndaşları qəbul edəcəklər. Daha ətraflı »
Teqlər: Tərtər RİH-də
31Yan
Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar, ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirdilər.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Teqlər: Digər
31Yan
Tərtər rayonunda 20 Yanvar faciəsinə həsr olunmuş tədbir Şəhidlərin abidəsi önündən başlandı. Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov şəhidlərin ruhuna dua oxudu. Tərtərlilər abidənin önünə gül-çiçək dəstələri qoydular.
Tədbir iştirakçıları əvvəlcə məktəblilərin əl işlərindən ibarət 20 Yanvar faciəsinə həsr olunmuş sərgiyə baxdılar. Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirildi. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov məruzə ilə çıxış etdi. O bildirdi ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrindən 28 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Daha ətraflı »
Teqlər: Xəbərlər
31Yan
MÜSƏLMAN ŞƏRQİNDƏ İLK DEMOKRATİK RESPUBLİKA
Xalq Cümhuriyyətinin yaradılması bütövlükdə Azərbaycan tarixinin şərəf və ləyaqət səhifəsidir. Çünki bu tarix Azərbaycanın dövlət müstəqilliyinin elan olunduğu tarixdir, Azərbaycanın öz ərazisinə sahib çıxdığı, dünya dövlətləri sırasına qoşulduğu bir gündür. Yəni bu, adi tarixlərdən deyil.
Həmin dövrdə zaman məsələni kəskin qoymuşdu. Məsələnin mahiyyəti ondan ibarət idi ki, Rusiya imperiyası dağılmış, onun tərkibində olan xalqların müstəqilliyi üçün münbit şərait yaranmışdı. Reallıq belə idi. Xalqımız ya ayağa qalxıb öz dövlətini qurmalı idi, ya da torpağımız parçalanıb bölünməli idi.
Məhz o dövrdə Azərbaycanın tarixi taleyini həll etmək iqtidarında olan ziyalılar, ictimai-siyasi xadimlərimiz bu reallığı dərk edərək müstəqilliyimizin elan olunması üçün mücadilə etdilər. Onların bir qrupu Avropada təhsil almışdılar, digərləri isə yüksək demokratik düşüncəyə sahib idilər. Həmin insanlar Azərbaycanın tarix qarşısında bu çətin məsuliyyətini kifayət qədər dərk edib ayağa qalxaraq istiqlaliyyətimizi elan etdilər. 1918-ci il may ayının 28-də Tiflisdə altı maddəlik “İstiqlaliyyət Bəyannaməsi” elan edildi. Daha ətraflı »
Teqlər: Digər
31Yan
ŞƏHƏRİN İQTİSADİYYATI MÖHKƏMLƏNİB
Rayon İcra Hakimiyyəti başçısının Tərtər şəhər İƏD üzrə nümayəndəliyinin 2017-ci ildə gördüyü işlərə həsr olunmuş hesabat yığıncağı keçirildi.
Tədbirdə şəhər İƏD üzrə nümayəndə Sahib Həsənov məruzə ilə çıxış etdi. Göstərdi ki, ötən ilin yekunları Tərtər şəhəri üçün də uğurlu olmuşdur.
Həyata keçirilən məqsəd-yönlü tədbirlər nəticəsində şəhərin iqtisadiyyatı daha da güclənmiş, əhalinin ya-şayış səviyyəsi yüksəlmiş, tikinti-abadlıq, quruculuq işləri geniş vüsət almışdır.
Sevindirci haldır ki, ölkə Prezidenti İlham Əliyev ötən il Tərtərdə olmuş, bir sıra obyektlərin açılışında iştirak etmişdir. Sahib Hə-sənov bildirdi ki, son illər görülən məqsədyönlü tədbirlər nəticəsində şəhərdə qaz, su, elektrik enerjisi sahəsində heç bir problem qalmayıb. 2017-ci ildə şəhərdə daha 2 ədəd transformator yenisi ilə əvəz edilib.
İcra nümayəndəliyi şəhərin təmizliyinin təmin edilməsi, yaşıllıqların genişləndirilməsi və qorunub mühafizə edilməsi üçün ardıcıl tədbirlər görmüşdür. Daha ətraflı »
Teqlər: Xəbərlər
31Yan
Seydimli kənd İƏD üzrə nümayəndəliyin ötən ilin yekunlarına dair hesabat yığıncağı keçirildi.
Tədbiri giriş sözü ilə açan Seydimli kənd İƏD üzrə nümayəndə Nərmin Vəliyeva məruzə etdi.
Məruzəçi görülən işlərlə yanaşı, kənddə olan problemlərdən də danışdı. Göstərdi ki, kənddə elektrik xətlərinin və dirəklərinin yenisi ilə əvəz olunmasına, suvarma üçün 2 ədəd subartezian quyusunun qazılmasına, kəndarası yolların təmirinə ehtiyac var.
Məruzə ətrafında bələdiyyə sədri Mədinə İmanova, tam orta məktəbin direktoru Nurəddin İbrahimov, körpələr evi-uşaq bağçasının müdiri Hicran Hüseynova, kənd ağsaqqalı Sayəddin Musayev və həkim məntəqəsinin müdiri Məlahət Hüseynova çıxış etdilər.
Seydimli kənd İƏD üzrə nümayəndəliyin hesabat yığıncağında iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun sosial-iqtisadi inkişafından, həyata keçirilən məqsədyönlü tədbirlərdən, qarşıda duran vəzifələrdən danışdı, ölkə rəhbərinə Tərtərə göstərdiyi diqqət və qayğıya görə sakinlər adından minnətdarlığını bildirdi.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
31Yan
Bu günlərdə Sarov kənd İƏD-də ötən il görülən işlərə həsr olunmuş hesabat yığıncağı keçirildi. Tədbiri Sarov kənd İƏD üzrə nümayəndə İnqilab Hətəmov açdı. Bildirdi ki, Sarov kənd İƏD Sarov, Rəcəbli, Kovdadıq, Umudlu və Bildirçinli kəndlərini əhatə edir. Ərazidə 99 nəfəri birləşdirən 32 qaçqın və məcburi köçkün ailəsi məskunlaşıb.
Sonra məruzəçi görülən işlərdən və mövcud nöqsanlardan ətraflı bəhs etdi.
Hesabat yığıncağında kənd bələdiyyəsinin sədri Yusif Paşayev, Sarov kənd sakinləri Mənsim Allahverdiyev, Səkinə Kərimova, kənd tam orta məktəbinin direktoru Rüfət İsmayılov, Rəcəbli kənd əsas məktəbinin direktoru Mayıl Asla-nov, Sarov kənd həkim məntəqəsinin müdüri Zoya Muradova çıxışlarında işdə yol verilmiş nöqsanlara toxundular.
Sarov İƏD üzrə nümayəndəliyin illik hesabatında rayon icra hakimiyyətinin birinci müavini Ramiz Şabanov iştirak etmiş, qeyd olunan nöqsanların tezliklə aradan qaldırılması barədə tapşırıqlar vermişdir.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
Yeni ismarıclar