Tərtərdə 17 iyun–Tibb işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirildi.
Tədbir iştirakçıları ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad etdilər.
Sonra tədbir YAP Tərtər Rayon Təşkilatının inzibati binasında davam etdirildi.
Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq, tibb işçilərini peşə bayramları münasibəti ilə təbrik edib, son illərdə ölkəmizdə səhiyyənin inkişaf səviyyəsinin dünya standartlarına cavab verməsini, hazırda ölkə-mizdə ən mürəkkəb və unikal tibbi əməliyyatların belə yüksək peşəkarlıqla həyata keçirildiyini, respublikada tibbin bütün sahələri üzrə ixtisaslı kadrların yetişdirildiyini nəzərə çatdıraraq, bütün bu uğurların əldə olunmasında ölkəmizin artan iqtisadi imkanlarının və bu imkanlardan səhiyyənin maddi-texniki bazasının tam yenilənməsi istiqamətində ölkə başçımız cənab İlham Əliyevin uzaqgörən siyasətinin və gərgin fəaliyyətinin nəticəsi olduğunu bildirdi.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Yaşar Hüseynov tibb işçilərinin peşə bayramı günü ilə əlaqədar məruzə etdi.
Tərtər Rayon Uşaq Xəstəxanasının müdiri İntiqam Mustafayev, Səhləbad kənd həkim məntəqəsinin müdiri Gülüstan Bağırova və Sarov kənd həkim məntəqəsinin müdiri Zoya Muradova çıxış edərək dövlətimiz tərəfindən Səhiyyəyə göstərilən qayğıdan, əhalinin sağlamlığının qorunması istiqamətində möhtərəm Prezident İlham Əliyevin verdiyi göstərişlər və qarşıda qoyduğu vəzifələrdən danışaraq, əmin etdilər ki, rayonun çoxsaylı tibb işçiləri üzərlərinə düşən şərəfli vəzifələrinin öhdəsindən bundan sonra da ləyaqətlə gəlməyə çalışacaqlar.
Tədbirdə bir qrup tibb işçisi işlərində fərqləndiklərinə görə rayon icra hakimiyyətinin başçısı tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırıldılar.
-
20İyn
Müəllif: Redaktor, 10:50