Əvvəlcə tədbir iştirakçıları Mərkəzi Meydanda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoydular, onun həyat və fəaliyyətini əks etdirən kitab sərgisinə baxdılar.
Sonra tədbir YAP Tərtər Rayon Təşkilatının Qərargahında davam etdirildi. Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq tərtərliləri Milli Qurtuluş Günü münasibəti ilə təbrik etdi, ulu öndərin Azərbaycan xalqının xilaskarı olduğuna diqqəti cəlb etdi. Rayon rəhbəri ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının rifahı naminə gördüyü möhtəşəm işlərdən və həyata keçirdiyi qlobal tədbirlərdən ətraflı bəhs etdi, əvəzsiz xidmətlərindən danışdı.
Sonda nəzərə çatdırdı ki, xalqın təkidli tələbi və iqtidarın xahişi ilə Heydər Əliyev 1993-cü il iyunun 15-də Ali Sovetə sədr seçildi. O gündən insanlarda inam yarandı ki, faciələrdən, fəlakətlərdən, ölüm və qandan qurtulacaqlar. Bu, doğrudan da milli qurtuluş idi.
Sonra polis şöbəsinin rəisi Elçin Qasımov, rayon prokuroru Şıxəli Alməmmədov, Tərtər hərbi məhkəməsinin sədri İlqar Quliyev, YAP rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov, Heydər Əliyev Mərkəzinin əməkdaşı Nəcmiyyə Zeynallı çıxış etdilər.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə rayon icra hakimiyyəti tərəfindən Fəxri fərmanlar təqdim edildi.
Tədbir axşam saatlarında ulu öndərin adını daşıyan parkda konsert proqramı ilə davam edib.
“Yeni Tərtər”