İnsanlar da pul kimidir. Funksiyaları var. Pula çevrilib bəzi insanlar. Pul əlində çox olduqca, pul funksiyalarını daşıyır onlar.
Pulla bu həyatda az qala hər şeyi almaq olar. Pula satılır. Bəzi insanlar belə pula satılır.
Xoşbəxtliyini də pulla ala bilərsən. Sağlamlığını da.
Pulun olmayanda xoşbəxt ola bilmirsən, pulla satılanları ala bilmirsən deyə. Ac qarnına xoşbəxtlik olacaq? Əsla!
Pulsuz olsan, sağlamlığın da, gedər əlindən. Daha ətraflı »
-
18YanDigər PULA SATILMIŞ İNSANLAR üçün şərhlər bağlıdır
-
14YanDigər PREZİDENT İLHAM ƏLİYEV: “DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ KEÇMİŞDƏ QALIB” üçün şərhlər bağlıdır
Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.Görüşün məqsədi 2020-ci il noyabrın 10-da Dağlıq Qarabağa dair imzalanmış üçtərəfli Bəyanatın reallaşdırılmasının gedişini, mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın qaydaya salınmasına dair sonrakı addımları birlikdə müzakirə etmək olub.
10 noyabr üçtərəfli Bəyanatının videoformat şəklində imzalandığını və bununla bağlı təmasların telefon danışıqları ilə baş tutduğunu nəzərə alsaq, bu, Vətən Müharibəsində Azərbaycanın tarixi zəfəri və Ermənistanın hərbi kapitulyasiyasından sonra üç ölkə liderinin ilk birbaşa danışıqları idi.
Azərbaycan Rusiyanın tərəfdaşlıq və mehriban qonşuluq jestlərini qiymətləndirərək görüşdə iştiraka razılıq verib. Daha ətraflı »
-
11YanDigər PREZİDENT İLHAM ƏLİYEV: BİZ TARİXİ ƏDALƏTİ BƏRPA ETDİK. üçün şərhlər bağlıdır
Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi. Şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi.Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videoformatda keçirilən 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirə zamanı deyib.
Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır.
Azərbaycanın dövlətinin gücü yürüdülən siyasət, iqtisadi uğurlar, xalq-iqtidar birliyi, hərbi qüdrəti, regionda oynadığı müsbət roldan qaynaqlanır. Bu Qələbə tarixdə əbədi qalacaq. Bu Qələbə bütün dünyaya sübut etdi ki, Azərbaycan dövlətinin sözü ilə əməli arasında heç bir fərq yoxdur. Daha ətraflı »
-
08YanDigər AZƏRBAYCANIN ZƏNGİN VƏ TƏKRAROLUNMAZ MƏDƏNİYYƏTİ BİZİM QÜRUR MƏNBƏYİMİZDİR üçün şərhlər bağlıdır
Özünəməxsusluğun və milli dəyərlərin qorunması mədəniyyət siyasətinin qarşısında duran strateji prioritetlərdəndir. Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub.
Zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır. Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir.
Azərbaycan muğamı xalqın milli sərvətidir. Mövcud istiqamətdə UNESCO ilə əməkdaşlıq qarşılıqlı maraqlar əsasında davam etdirməlidir.
Mədəniyyət sahəsində strateji fəaliyyət istiqamətləri bunlardır: mə-dəni irsin qorunması, Azərbaycan mədəniyyətinin dünyada təbliği, gənc nəslin milli ruhda tərbiyə olunması, istedadlı mədəniyyət xadimlərinin mükafatlandırılması zamanı obyektivliyin gözlənməsi, tarixi abi-dələrin qorunması, yararsız vəziyyətdə olan mədəniyyət ocaqlarının qısa müddət ərzində təftişinin aparı-lıb yenidən siyahıya alınması, azad edilmiş Daha ətraflı » -
08YanDigər AZƏRBAYCANDA BENZİNİN QİYMƏTİ ƏKSƏR ÖLKƏLƏRDƏKİNDƏN AŞAĞIDIR üçün şərhlər bağlıdır
Pandemiya səbəbindən 2020-ci ilin əvvəlindən dünya bazarlarında neftin qiymətlərində azalma müşahidə olunsa da, ilin sonuna yaxın COVİD-19-a qarşı vaksinin tapılması və əksər ölkələrdə məhdudiyyətlərin nisbətən yumşaldılması enerji qiymətlərində artıma gətirib çıxarıb. Bu, benzin, dizel yanacağın və digər neft məhsullarının qiymətinə də təsir edir. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2019-cu ildə dünyada benzinin orta qiyməti bir litrə görə 0,91 dollar olduğu halda, 2020-ci il dekabrın sonunda artıq 1,04 dollar (1,77 manat) təşkil edib ki, bu da il ərzində 14% artım deməkdir: Daha ətraflı » -
08YanXəbərlər RAYON XƏBƏRLƏRİ üçün şərhlər bağlıdır
İCRA BAŞCISI ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏRLƏ GÖRÜŞDÜ
44 günlük Vətən müharibəsində Tərtər rayonuna 16277 mərmi, 21 raket düşüb. Rayon 40 hərbi, 17 mülki şəhid verib. 200-ə yaxın həmyerlimiz qazi olub, 3 nəfər isə itkin düşüb.
Tərtərə düşən mərmilər nəticəsində minlərlə fərdi yaşayış evləri dağılıb, ictimai binalara, sosial obyektlərə ziyan dəyib. Bunlara baxmayaraq, tərtərlilər böyük vətənpərvərlik və təəssüb göstərərək öz yurd-yuvalarından ayrılmamışlar
Yeni il ərəfəsində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı cənab Müstəqim Məmmədov rayon polis şöbəsinin rəisi Elçin Qasımov ilə birlikdə 128 şəhid və qazi ailəsində olub, onların qayğıları ilə maraqlanıb, problemlərinin yerində həll olunmasına köməklik göstərib, şəhid və qazi ailələrinə bayram sovqatları veriblər. -
08YanXəbərlər DEZİNFEKSİYA TƏDBİRLƏRİ üçün şərhlər bağlıdır
Tərtər rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı rayon ərazisində yerləşən çoxmənzilli yaşayış binalarında və küçələrdə dezinfeksiya işləri mütəmadi olaraq davam etdirilir. Bu tədbirlərin tərkib hissəsinin əsasını epidemiyaya qarşı mubarizə təşkil edir. Rayonda vaxtaşırı olaraq vətəndaşlarla maarifləndirici söhbətlər aparılır, bu təhlukəli xəstəliyin fəsadları izah olunur, onun qarşısının alınması üçün göruləsi vacib profilaktik tədbirlər, gigiyenik qaydalar haqqında məlumatlar verilir. Vaxtaşırı reydlər keçirilir, əhalinin qoruyucu vasitələrdən istifadə etmələri, ara məsafəsi saxlamaları və tez-tez dezinfeksiyaedici maddələrdən istifadə etmələri ön plana çəkilir -
08YanDigər VƏTƏN MÜHARİBƏSİNDƏ TƏRTƏRİN HƏRBİ ŞƏHİDLƏRİ üçün şərhlər bağlıdır
Bayraqları bayraq yapan üstündəki qandır,
Toprak, əgər uğrunda ölən varsa, Vətəndir










-
08YanSosial ƏLİLLİK, ŞƏHİD STATUSLARI VƏ ƏMƏK PENSİYALARI HAQQINDA üçün şərhlər bağlıdır
Müharibə ilə əlaqədar əlillik təyinatı aparılanlar:
1.ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar (ARƏBM)
2.hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar (HXVYY)
Müharibə ilə əlaqədar əlillik təyinatı üçün tələb olunan sənəd:
Xəstəlik haqqında Şəhadətnamə- hərbi-həkim komissiyaları tərəfindən rəsmiləşdirilir və xəstəliyin, yaralanmanın və zədənin yuxarıdakı səbəblərdən biri ilə əlaqəsini təsbit edir.
Göndəriş (forma 88) – öncəki sənəd əsasında müharibə səbəbilə göndəriş rəsmiləşdirilir (elektron) və şəxsin orqanizminin sağlamlıq vəziyyəti, müalicələr, müayinələr və digər tibbi məlumatlar qeyd edilir.
Müraciət edilən dövlət qurumu:
Xəstəlik haqqında Şəhadətnamə üçün- Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası və ya digər hərbi həkim komissiyaları (xidmət keçdiyi orqandan asılı olaraq).
Göndəriş (forma 88) üçün – şəxsin qeydiyyatda olduğu və yaxud xidmət keçdiyi qurumun tibb müəssisəsi tərəfindən rəsmiləşdirilir. Daha ətraflı » -
08YanSəhiyyə İnsan həyatının gözəlliyi onun sağlamlığıdır üçün şərhlər bağlıdır
QIŞ FƏSLİNİN XƏSTƏLİKLƏRİ
Havaların kəskin soyuması özü ilə bərabər bəzi mövsümi xəstəlikləri də gətirir. Bu zaman xroniki xəstəliklər daha da kəskinləşməyə başlayır. Soyuq hava şəraiti angina, bronxial-astma və digər xəstəliklərin yayılmasına münbit şərait yaradır. Bəzən bir çoxumuz yaranan xəstəliklərə etinasız yanaşırıq. Amma unutmayaq ki, bu xəstəliklər insanların normal əmək fəaliyyətinə mane olan əsas amillər sırasında birinci yerdə dayanır.
Payızın son günlərində havaların soyuması immuniteti zəif olan orqanizmlər üçün daha təhlükəli hesab edilir. Ümumiyyətlə, fəsi l dəyişkənliyinə hər orqanizm fərqli reaksiya verir.
Əgər insan tam sağlamdırsa, bunun ona hər hansı təsiri olmur. Amma sağlamlığında problem yaşanan, immun sistemi zəif olanlar tez bir zamanda bu dəyişkənliyə reaksiya verirlər. Bəs soyuq qış aylarında xəstəliklərdən necə qorunmaq olar? Daha ətraflı »


Yeni ismarıclar