1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Tərtər rayon İcra Hakimiyyətinin, “Paşa Sı-ğorta” şirkətinin birgə təşkilatçılığı və “Paşa Holdinqin” dəstəyi ilə şəhərimizin parkında şəhid olan qəhrəmanlarımızın və qazilərin övladlarının iştirakıyla tədbir keçirilib.
Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov iştirakçıları 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi tarixi Zəfərdən danışıb. Tor-paqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını söyləyib. Rayon rəhbəri qeyd edib ki, ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğı, onlara yaradılan hərtərəfli şərait dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət artıq milli strategiya kimi formalaşıb. Bu siyasətin davamı olaraq son illərdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqlarla bağlı məsələlərə xüsusi diqqət yetirmələri həmin sahəyə qayğının daha da artmasına səbəb olub. Həmçinin Heydər Əliyev Fondunun uşaqların in-tellektual və fiziki inkişafında həyata keçirdiyi mühüm layihələrin rolu danılmazdır.
Tədbirdə çıxış edən şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonra konsert proqramı təqdim olunub, balacaların ifasında şeirlər səsləndirilib.
Tədbirin sonunda “Paşa Holdinq” tərəfindən göndərilən hədiyyələr uşaqlara paylanıb, Uşaq-Gənclər İnkişaf mərkəzinin şagirdlərinə rayon icra hakimiyyəti tərəfindən diplomlar və qiymətli hədiyyələr təqdim olunub.