31Yan
TƏRTƏR QƏHRƏMANLAR DİYARIDIR
Bu yerlərin havası təmiz, suyu saf, torpağı münbit, insanları qoçaq və zirəkdir. Tərtərlilər Qarabağ savaşında sözün həqiqi mənasında qəhrəmanlıq nümunəsi göstərmiş, doğma yurdun hər qarışını Ermənistan silahlı qüvvələrinin təcavüzündən qurbanlar bahasına fədakarlıqla qorumuşlar. Vətən uğrunda döyüşlərdə şəhid olan çoxsaylı tərtərli igidlər öz adlarını yurdun şanlı tarixinə qanları ilə yazmışlar.
Milli qəhrəmanlar Elman Hüseynovun və Vəzir Orucovun adları bu gün Tərtərdə hörmət və ehtiramla çəkilir. Qürurverici faktdır ki, tərtərlilər Qarabağ müharibəsində bir qarış torpaq da itirməmişlər. Əksinə, dədə-baba torpaqlarımızda məskunlaşmış ermənilərin yaşadığı ərazilər tamamilə təmizlənmiş, nankor və xain qonşular bölgədən çıxarılmışdır. Hələ savaş bitməyib, müharibə başa çatmayıb. Ermənistan silahlı qüvvələri isə təxribatlarını davam etdirir, atəşkəs rejimini vaxtaşırı pozur. Daha ətraflı »
Teqlər: Sosial
19Yan
Ötən il bizim mərkəzə 1406 nəfər işaxtaran vətəndaş müraciət etmişdir ki, bunlardan da 390 nəfəri rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlarda peşə və ixtisaslarına uyğun daimi işlə təmin olunmuşlar.
İşlə təmin olunan 20 nəfərini sosial müdafiəyə daha çox ehtiyacı olan, yəni KVOTA yerləri təyin olunmuş vətəndaşlar, 92 nəfərini 29 yaşadək gənclər, 19 nəfərini qaçqın və məcburi köçkünlər, 67 nəfərini qadınlar təşkil edir.
2017-ci il ərizində mərkəzdə işaxtaran kimi qeydiyyatda olan 65 nəfərə işsizlik statusu və 72 nəfərə işsizlik müavinəti təyin olunmuşdur. Rayon ərazisində yerləşən 99 müəssisədən toplanılmış statistik hesabatlarda olan vakant yerlər hər ayın sonunda DMX-nin internet sayıtında yerləşdirilir.
Ötən il mərkəzə 42 ərizə və teleqram daxil olmuşdur. Daxil olan ərizələrə vaxtında baxılmış, icrası qanuna müvafiq surətdə yerinə yetirilmişdir. Daha ətraflı »
Teqlər: Sosial
29Dek
Həmişə olduğu kimi, cari ildə də təşkilatımızın əsas məqsədi rayonumuzda yaşayan şəhid, ailələrinə, Qarabağ müharibəsi veteranları və əlillərinə qayğı göstərilməsi olub. Bu təbəqədən olan insanların arasında əlillər xüsusi yer tutur. Çünki vaxtilə döyüş meydanlarında, düşmənə qarşı ölüm-dirim savaşında qəhrəmanlıq göstərən bu igidlər indi əlillik həyatı sürməyə məhkumdurlar. Rayonumuzda 310 şəhid ailəsi, 780 Qarabağ müharibəsi veteranı var. Müharibə əlillərinin sayı isə 335 nəfərdir.
Cari ildə 4 şəhid ailəsi evlə təmin olundu, 5 Qarabağ əlilinə minik avtomobili verildi. 7 nəfər əlilə təşkilatımız tərəfindən maddi yardım göstərildi. Bundan başqa, bu təbəqədən olan insanların müalicəsi və istirahəti də diqqət mərkəzində saxlanılıb. Səhhətlərindəki problemlərlə bağlı onlar vaxtaşırı Əlillərin Bərpa Mərkəzinə və istirahət üçün “Şaqan” pansionatına göndəriliblər. Bayram günlərində ilk olaraq yada salınan insanlar da əlillər olublar. Yeni ildə, Novruz və Qurban bayramlarında onların qapıları döyülüb, adları anılıb. Daha ətraflı »
Teqlər: Sosial
20Dek
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Tərtər rayonunda mühüm sosialyönümlü infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən Rayon Mərkəzi Xəstəxanası, Mədəniyyət Mərkəzi əsaslı təmir edilmiş, Tarix-Diyarşünaslıq Muzeyi, Bayraq Meydanı, Gənclər Mərkəzi, Uşaq–Gənclər Şahmat Məktəbi, əlil və şəhid ailələri üçün ümumilikdə 110 mənzilli 4 yaşayış binası inşa edilmiş, təhsil müəssisələri və digər obyektlər istifadəyə verilmiş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, Tərtər şəhərinin içməli su təchizatı sistemi yenidən qurulmuş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Tərtərdə abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 20 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə qərara alıram: Daha ətraflı »
Teqlər: Sosial
30Noy
Azərbaycanın hər bir bölgəsində olduğu kimi, Tərtər rayonunda da aztəminatlı ailələr xüsusi dövlət qayğısı ilə əhatə olunublar. Dövlət bu sosial qrupa aid edilən insanların gəlirinin artırılması üçün müxtəlif yardımlar edir, onlara müavinət və pensiyalar verir.
Aztəminatlı dedikdə, özündən asılı olmayan səbəblərdən aşağı gəlirə sahib olan insanlar nəzərdə tutulur. Bura əmək fəaliyyəti ilə məşğul olub, lakin yoxsulluq həddindən aşağı gəlirə sahib olanlar, həmçinin əlillər, ailə başçısını itirən uşaqlar, əmək fəaliyyətini itirən şəxslər və digər təminat səviyyəsi aşağı olan insanlar aid edilir.
Aztəminatlı ailələrin və insanların müdafiəsini gücləndirmək üçün dövlət hazırda 2 vasitədən istifadə edir–sosial müavinətlər sistemindən və ünvanlı sosial yardımdan.
Sosial müavinətlər ayrı-ayrı şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vasitəsidir. Daha ətraflı »
Teqlər: Sosial
10Noy
Mənfur ermənilərlə 48 kilometr təmas xəttində yerləşən Tərtərimiz günü-gündən qurulur, dəyişir, öz gözəl görkəmi ilə göz oxşayır. Buna yaşadığımız çoxmənzilli yaşayış binalarının təmirini və dam örtüyünün dəyişdirilməsini misal göstərmək olar.
Binaların bir çoxunun dam örtükləri köhnəlib, sıradan çıxmışdı. Yağan yağışlar evin içinə tökülürdü. Ölkə Prezidentinin göstərişinə əsasən rayon mərkəzindəki 50-yə yaxın çoxmənzilli yaşayış binalarının dam örtükləri tamam dəyişdirilməyə başlanmışdır. Damlar müasir mansard üslubunda vurulur, binaların fasad hissələri rənglənir. Bu işlər rayondakı Mehdi Hüseynzadə, Nəriman Nərimanov, Ədalət Paşayev, Elman Hüseynov, Nizami və Vüqar Həsənov küçələrindəki binalarda görülür. Bizim Mehdi Hüseyn küçəsində yaşadığımız bina da təmir olunur.
Əvvəllər payız gələndə yağışlardan ciddi narahatçılıq keçirərdik. Amma indi bütün bu narahatçılıqlarımız arxada qalıb.
Bütün bunlara görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə təşəkkürümüzü bildiririk.
Zərnişan TANRIVERDİYEVA,
şəhər sakini
Teqlər: Sosial
08Sen
SOSİAL MÜDAFİƏ NÜMUNƏSİ
Tərtərdə qaçqın və məcburi köçkünlər üçün inşa olunan ən böyük yaşayış kompleksi Prezident İlham Əliyevin bu kateqoriyadan olan soydaşlarımıza göstərdiyi diqqət və qayğının bariz ifadəsidir
“Azərbaycan dövləti məcburi köçkünlərin problemləri ilə mütəmadi qaydada məşğuldur və bu məsələlərin həlli üçün böyük vəsait ayrılır… Hər il ən azı 20 min köçkün yeni evlərə köçürülür, onların şəraiti yaxşılaşır. Yəni, bir sözlə, biz hər il demək olar ki, bir kiçik şəhər yaradırıq və bunu davam etdirəcəyik. Əminəm ki, növbəti illərdə bu proses daha da sürətlə gedəcək”.
İlham ƏLİYEV
Hər cür infrastrukturu olan yeni qəsəbələr, şəhərciklər salınır
Dövlət müstəqilliyinin 25-ci ildönümünü arxada qoyan Azərbaycan Respublikasında sosial-iqtisadi modernləşməyə əsaslanmaqla yüksək əzmkarlıq və yaradıcılıqla həyata keçirilən inkişaf strategiyası bütün sahələrdə öz müsbət nəticələrini göstərməkdədir. Daha ətraflı »
Teqlər: Sosial
08Sen
AİLƏMİZ YENİ EVƏ KÖÇƏCƏK
Qarabağ müharibəsi əliliyəm. 1994-cü ilin noyabrın 22-də Qarabağ torpağı uğrunda gedən döyüşlərdə yaralanmışam.
Ailəm, üç övladım var. Mənzil şəraitimiz yaxşı deyildi. Hamımız, xüsusən uşaqlar, yeni ev arzusu ilə yaşayırdıq. İndi xəyallarımız həqiqətə çevrilib. Dövlətimiz tərəfindən bizə çox rahat, hər cür şəraiti olan fərdi ev tikilir. Yeni evimiz 2 otaqdan, mətbəxdən və dəhlizdən ibarətdir.
Artıq tikinti işləri yekunlaşmaq üzrədir. Hər gün gedib inşaatçılarla görüşür, evimizə köçəcəyimiz günü səbirsizliklə gözləyirik.
Onu da bildirmək istəyirəm ki, cari ildə rayonumuzda 5 şəhid və əlil ailəsi üçün fərdi ev tikilib istifadəyə verilib. Bu yaxınlarda isə bizim ailəmizlə birlikdə daha 5 ailə sevinəcək. Övladlarımız rahat şəraitdə böyüyəcək, dərslərini yaxşı oxuyacaqlar.
Şəhid ailələrinə və əlillərə böyük qayğı göstərən Prezident İlham Əliyevə, dövlətimizə ailəmiz adından dərin minnətdarlığımı bildirirəm.
Nağı TEYMUROV,
Kəngərli kəndi
Teqlər: Sosial
28İyl
Bizim M.F. Axundov küçəsi Tərtər şəhərinin gözəl və böyük küçələrindən biridir. Hər iki tərəfdən arxların əhatəsində olan bu küçənin yolu indiyədək bərbad vəziyyətdəydi. Sakinlər həm piyada, həm də maşınla gedəndə, çox əziyyət çəkirdilər.
Yolumuzun asfaltlanması burada yaşayan ailələr tərəfindən minnətdarlıq hissi ilə qarşılanıb.
Bilirik ki, cəbhə bölgəsi olan Tərtər rayonunda insanların həyat şəraitinin yaxşılaşdırılması Prezident İlham Əliyevin daimi diqqət mərkəzindədir. Bizim küçənin asfaltlanması da bu qayğının təzahürüdür. Buna görə ölkə başçısına bütün sakinlər adından minnətdarlığımı bildirirəm.
Elxan Alıxanov,
Qarabağ müharibəsi veteranı
Teqlər: Sosial
21İyn
TƏRTƏRDƏ TƏMAS XƏTTİNƏ YAXIN
ƏRAZİDƏ YENİ YAŞAYIŞ MƏHƏLLƏSİ SALINIR
Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərə qayğı və diqqətin dövlət üçün daim prioritet olduğunu dəfələrlə bəyan etmişdir. Cəbhə bölgəsi olan Tərtərdə məcburi köçkünlər üçün tikilməkdə olan yeni yaşayış məhəlləsi də bu qayğının təcəssümüdür. 1170 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastruktura malik yeni yaşayış məhəlləsi üçün bütövlükdə 50 hektar sahə ayrılmışdır.
Bunun 27 hektarı tikinti altına düşür. 23 hektar ərazi isə əkinəyararlı torpaq sahəsi kimi məhəllə sakinlərinin istifadəsinə veriləcəkdir.
Yeni məhəllə düşmənlə təmas xəttinə yaxın bir ərazidə inşa olunur. Daş üstə daş qoyulduqca, binalar mərtəbə-mərtəbə ucaldıqca yeni bir şəhər canlanır. Daha ətraflı »
Teqlər: Sosial
Yeni ismarıclar