Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 30Noy

    photo_86745Azərbaycanın hər bir bölgəsində olduğu kimi, Tərtər rayonunda da aztəminatlı ailələr xüsusi dövlət qayğısı ilə əhatə olunublar. Dövlət bu sosial qrupa aid edilən insanların gəlirinin artırılması üçün müxtəlif yardımlar edir, onlara müavinət və pensiyalar verir.
    Aztəminatlı dedikdə, özündən asılı olmayan səbəblərdən aşağı gəlirə sahib olan insanlar nəzərdə tutulur. Bura əmək fəaliyyəti ilə məşğul olub, lakin yoxsulluq həddindən aşağı gəlirə sahib olanlar, həmçinin əlillər, ailə başçısını itirən uşaqlar, əmək fəaliyyətini itirən şəxslər və digər təminat səviyyəsi aşağı olan insanlar aid edilir.
    Aztəminatlı ailələrin və insanların müdafiəsini gücləndirmək üçün dövlət hazırda 2 vasitədən istifadə edir–sosial müavinətlər sistemindən və ünvanlı sosial yardımdan.
    Sosial müavinətlər ayrı-ayrı şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vasitəsidir.
    1 oktyabr 2017-ci il tarixə Tərtər rayonunda 10.019 nəfər pensiyaçı vardır. Onlardan 8, 985 nəfəri işləməyən, 1.034 nəfəri işləyənlərdir. 6, 091 nəfər yaşa görə, 2.667 nəfər əlilliyə görə, 661 nəfər isə ailə başçısını itirdiyinə görə pensiya alır.
    2017-ci ilin birinci rübü ərzində pensiyaların sığorta hissəsi Azərbaycan Dövlət Statistika Komtəsinin 2016-cı il üçün müəyyən etdiyi inflyasiya faizinə (12,4%) uyğun olaraq artırılıb. Artım rayon üzrə 9920 nəfərə şamil ounub.
    2017-ci ilin 9 ayı ərzində pensiya və müavinətlərin ödənilməsi üçün 17 milyon 647,16 min manat vəsait xərclənib ki, bunun 16 milyon 877,58 min manatı pensiyanın, 198,47 min manatı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin, 299,64 min manatı hamiləliyə və doğuma görə müavinətin, 271, 47 min manatı isə digər müavinətlərin ödənilməsinə sərf edilib.
    9 may–Qələbə Günü münasibətilə 6 nəfər Böyük Vətən Müharibəsi iştirakçısının hər birinə 1000 manat olmaqla 6 min manat, Böyük Vətən Müharibəsi iştirakçılarının 94 nəfər dul arvadının hər birinə 500 manat olmaqla, cəmi 47 min manat və II dünya müharibəsi zamanı arxa cəbhədə çalışdığı üçün orden və medallarla təltif edilən 15 nəfərin hər biri-nə 500 manat olmaqla cəmi 7500 manat vəsait ödənilib.
    Rayon üzrə 3647 nəfər sosial müavinət, 765 nəfər isə Prezident təqaüdü alır.
    DSMF-nin Tərtər rayon şöbəsi tərəfindən 49 nəfər tənha və kimsəsiz vətəndaşa xidmət göstərilir, bunlardan 1 nəfəri I qrup, 1 nəfəri isə II qrup əlildir.
    Bu günə kimi rayon üzrə 120 nəfər Qarabağ əlilinə minik avtomobili, 100 nəfər Qarabağ əlili və şəhid ailəsinə çoxmərtəbəli yaşayış evlərində mənzil verilib, 30 nəfər Qarabağ əlili və şəhid ailəsinə fərdi evlər tikilərək onların istifadəsinə verilib. 5 fərdi evin tikintisi isə davam etdirilir.
    Son dövrdə rayon ərazisində 5 bankomat quraşdırılıb istifadəyə verilib, bunlardan 4-ü şəhərdə, 1-i Ələsgərli kəndindədir.
    Aztəminatlı insanların daha çox hissəsinə isə ünvanlı sosial yardım verilir. Azərbaycanda dövlət aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə ünvanlı sosial yardım verməklə bərabər aztəminatlı ailələrin gəlirini artırmaq üçün müxtəlif tədbirlər də həyata keçirir. Bunlardan biri də “Özünü-məşğulluq–öz məşğulluğunu qur və ailə biznesinə yiyələn” layihəsidir. Bu layihə Tərtər rayonunda da uğurla həyata keçirilir. Hazırda rayonda 18 nəfər az-təminatlı vətəndaşa hazırladıqları biznes-plan əsasında birdəfəlik pul yardımı verilib. Onlardan 14-ü heyvandarlıq, 1 nəfəri quşçuluq, 3-ü xidmət sahəsində iş qurub. Aktivlər cari ilin fevral ayında verilmişdir. Həmin vaxtdan keçən müddət ərzində əldə olunan nəticələr göstərir ki, kənd yerlərində ünvanlı sosial yardımın bu cür təşkili səmərə verir və ölkədə yoxsulluğun aradan qaldırılmasına kömək edir.
    Xüsusi qayğıya ehtiyacı olan insanlar sırasında qaçqın və məcburi köçkünlər xüsusi yer tutur. Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz dədə-baba torpaqlarından zorla çıxarılmış bu insanların bir hissəsi uzun illərdir ki, Tərtərdə məskunlaşıb. İndiyədək onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən bir sıra işlər görülsə də, hələ də bu təbəqədən olan soydaşlarımızın böyük əksəriyyəti yol kənarlarında, uşaq bağçalarında, mədəniyyət obyektlərində pis şəraitdə yaşayırdı. Hazırda Tərtərdə dövlət başçısının tapşırığına uyğun olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən bu günədək ölkəmizdə tikilən 96 qəsəbə sırasında ən böyüyü olan yeni yaşayış məhəlləsi tikilir. Qəsəbədə tikilən 34 ədəd 4 mərtəbəli binada 120 birotaqlı, 504 ikiotaqlı, 427 üçotaqlı və 80 dördotaqlı mənzil var. Bu isə neçə-neçə ailənin rahat yaşaması, istirahəti deməkdir. Həmçinin qəsəbədə sakinlər üçün lazımi bütün infrastruktur yaradılıb.
    Görülən işlər, göstərilən qayğı tərtərlilər tərəfindən razılıqla qarşılanır.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 11:34

    Teqlər:

İsmarıclar bağlıdır.