Vətən müharibəsi Azərbaycan tarixi üçün bir oyanış oldu. Bu oyanış tariximizin şanlı səhifələrindən birinə çevrildi. Bir il bundan əvvəl Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətlə apardığı mübarizə Qarabağda yenidən həyatın başlanmasının əsasını qoydu.
Prizedentimiz İlham Əliyevin 2021-ci il 17 oktyabr tarixində Füzuli rayonuna səfəri bu regionun strateji əhmiyyətə malik olduğuna əyani sübutdur. Burada onun Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü və regionun ziyalıları ilə apardığı söhbət, verdiyi tövsiyələr Qarabağın gələcək perespektivlərinin daha böyük olacağından xəbər verirdi. Onun məhz 2021-ci il 17 oktyabrda yəni, Füzulinin bir il bundan əvvəl işğaldan azad olunduğu gündə səfər etməsi də böyük siyasi əhəmiyyət daşıyırdı. Füzuli rayonunda aparılacaq yenidənqurma işləri barədə edilən təqdimatlar Prezidentin bu şəhərə gələcəkdə də xüsusi diqqət ayıracağından xəbər verirdi.
Niyə məhz Füzuli?! Çünki bu şəhər təkcə Daha ətraflı »


Azərbaycan tarixinin ən şərəfli, ən sevincli günlərini yaşayır. Artıq “Qarabağ münaqişəsi” deyilən bir termin tarixə qovuşub və işğaldan azad olunan ərazilərimizin ildönümləri qeyd olunur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyümüz təmin olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 7-də İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibə həmişə olduğu kimi böyük marağa səbəb olub. Prezident qəzet əməkdaşının Ermənistanla münaqişə, işğaldan azad edilmiş ərazilərə sərmayə qoyuluşu, İtaliyanın quruculuq işlərinə cəlb edilməsi, enerji məsələləri və digər məsələlərlə bağlı suallarına ətraflı cavab verib. Həmişə olduğu kimi Prezident bu dəfə də öz tutarlı cavabları ilə diqqət çəkib.
Prezident İlham Əliyev 2021-ci il 15 oktyabr tarixində videokonfrans formatında keçirilmiş Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında çıxış etmişdir.
44 günlük Vətən müharibəsində qəhrəmanlıqla vuruşaraq işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda şəhid olmuş Tərtərlilərin xatirəsi həmişə böyük ehtiramla yad edilir, onların ad günlərində, şəhid olduqları günlərdə və il mərasimlərində ruhları hörmətlə anılır. Həmçinin ermənilərin atdıqları mərmilər və raketlər nəticəsində həlak olmuş mülki şəhidlərimiz də diqqətdən kənarda qalmır. Bu günlərdə Vətən müharibəsi şəhidləri Məmmədov Taleh Arif oğlunun, Şahbazov Ruslan Mahir oğlunun, Hacıyev Rüstəm Firqani oğlunun, Aslanlı Orxan Şahmar oğlunun, Bağırlı Mİrsədi Mircəfər oğlunun, Babazadə Mirşəmsi Elşad oğlunun, Həsənli Zəlimxan Rafiq oğlunun, Hüseynov Aslan Malik oğlunun, Məmmədov Elman Bəhmən oğlunun, Rəhimli Bəxtiyar Nəsimi oğlunun, Hacızadə Ceyhun İfrayıl oğlunun, Şirinli Nurlan Qədir oğlunun, Verdiyev İsax Ədalət oğlunun, Abbaslı Elnur Yaşar oğlunun, Ağayev İntiqam Hüseyn oğlunun, mülki şəhidlər Mehdiyeva Ayna Məhəmmədəli qızının, İbrahimov Şahin Mahmud oğlunun, Əliyev Müzəffər Əli oğlunun, Həsənov Zabil
Tərtər Rayon Dövlət Rəmzləri Muzeyində Tərtər Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini Tərtər rayon şöbəsinin birgə təşkilatçılığı ilə ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş tərtərli igidlərin ailələrinə və Vətən müharibəsi iştirakçılarına orden və medalların təqdimetmə mərasimi keçirilib.
Müəllim qarşısında səcdədə olmaq şərəfdir, şandır. Müəllim adını daşımaq isə fəxrdir, qürurdur. Müəllimsiz həyat yoxdur. Ömrümüzü nurlandıran, rəng verən müəllim zəhmətidir. Sadə insan, bildiyini təmənnasız paylaşan yalnız müəllimdir. Bununla da yüzlərlə, minlərlə insan müəllim ziyasından bəhrələnərək işıqlı gələcəyə doğru addımlayır. Belə müəllimlərdən biri də Məmmədov İlham Allahverdi oğludur. Onu rayonumuzda tanımayan yoxdur. Riyaziyyat fənnini tədris edən ilklərdən biridir İlham müəllim. Bu günlərdə sosial şəbəkələrdə xeyli təbriklər yer almışdı onun barəsində. Dövlət rəhbərimiz – ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Əməkdar müəllim” adına layiq görülüb. Fəxri ad münasibəti ilə İlham müəllimi 
Müəllim sönməyən günəşdir.
Hüseynov Aslan Malik oğlunun ata-anası rusiyanın Orenburq şəhərində müvəqqəti yaşadıqları üçün o 1988-ci il oktyabrın 6-da orada doğulsa da, boya-başa Tərtər rayonunun Qaradağlı kəndində çatmışdı. Burada orta təhsil almış, əsgəri xidmətə çağrılmışdı. Əsgəri xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi xidmətə yazılır. Hərbi sirləri qoruyub saxlamaqda və əsgəri qulluqda öz nümunəviliyi ilə fərqlənib.
Ofisdə hamımızın işlətdiyimiz əşyaları yığdığımız səbət var. Bir səbət var ki, 1 ildir toz basıb, bir qələm var ki, bir ildir əl vurulmur ona ofisdə. Elə bilirik ki o qələmi götürüb işlətsək, Pərviz deyəcək: “Kim götürdü yenə mənim qələmimi”.
Yeni ismarıclar