Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl islahatlar nəticəsində hazırda ölkəmizi sabit, təhlükəsiz ölkə kimi tanıdmaqdadır. Müstəqil Azərbaycan dövlətini xarakterizə edən nailiyyətlər, son 19 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yüksəlişi, əldə olunan möhtəşəm iqtisadi uğurlar, ölkənin beynəlxalq imicinin artması, regionun lider dövlətinə çevrilməsi hər birimizi fəxarət hissi ilə dərindən qürurlandırır. Bütün bunlar ondan xəbər verir ki, müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ölkəmizin inkişafına və modernləşdirilməsinə hədəflənmiş siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə layiqincə davam etdirilir.
2003-cü ildə dövlətimizin başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən İlham Əliyev ötən 19 ildə ölkədə böyük rəğbət və etimad göstərdiyi liderə çevrildi. Yola saldığımız hər bir ilin yekunları təsdiq edir ki, Möhtərən Prezidentimiz İlham Əliyev cənabları Ulu Öndərin ən layiqli davamçısı olaraq onun başladığı taleyüklü işləri ardıcıl surətdə və qətiyyətlə irəli aparır, ölkəmizin şərəfli tarixini yazır.
2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki olmuşdur. Seçki marafonunda 8 namizəd iştirak etmişdir. Yeni Azərbaycan Partiyasının bu seçkilərdə namizədi, partiyanın Sədri cənab İlham Əliyev olmuşdur. Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 74.3 % iştirak etmişdir. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
2018-ci ildə ölkəmizdə keçirilmiş seçkilər bir daha göstərdi ki, radikalların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Xaricdə olan havadarlarının hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı anti-milli , şər- böhtan xarakterli çıxışlar edən, milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi.
2018-ci ildə Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu.
Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri olmuşdur.
Bu gün Prezident İlham Əliyev dünyanın ən təcrübəli dövlət başçılarındandır, xalqın sevimli rəhbəridir, Qarabağı işğaldan azad etmiş sərkərdədir, 30 illik münaqişəyə son qoymuş sülhpərvər siyasətçi və diplomatdır. Onun haqqında ən obyektiv proqnoz ulu öndər Heydər Əliyevə məxsusdur: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoyaraq düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində Ermənistan ordusunu darmadağın etdi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Azərbaycan Prezidentinin “Biz birlikdə güclüyük” şüarı xalqı öz ətrafında sıx birləşdirdi. Düşmən əsarətində olan Azərbaycan torpaqlarını özümüzə qaytaran Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənabları bu gün viranə qalmış torpaqlarımızın bərpası ilə məşğuldur. Bu yolda hər birimiz tutduğumuz mövqedən asılı olmayaraq Möhtərəm Prezidentimizə yardımçı olmalıyıq.
Eldar Əsədov,
YAP Tərtər rayon təşkilatının sədri