Tarix sübut edir ki, hər bir dövlətin dünya miqyasında nüfuzunun formalaşmasında, dünyəvi psoseslərdəki iştirak səviyyəsində lider amili mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan müstəqil Azərbaycan Respublikasının inkişaf yolundakı geridə qalan 30 illik müddətdə siyasi liderin dövlətin həyatında vacib rol oynadığı görünür. Dövlət müstəqilliyimizin bərpasının ilk illərindən qarşımıza çıxan problemlərin yaranmasının obyektiv səbəblərindən biri, mən deyərdim birincisi, ölkəmizə rəhbərlik edən şəxslərin lider funksiyasını yerinə yetirə bilməməsi olmuşdur.
1993- cü ilin ortalarından başlanan yeni siyasi kurs, Azərbaycana Ulu Öndər Heydər Əliyevin rəhbərlik etməyə başlaması, onun dövlətin və xalqın taleyində lider amilini göstərən tarixi bir gerçəklik oldu.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqi davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının son 19 ildə ölkəmiz üçün gördüyü işlər, müasir Azərbaycanı qüdrətli dövlətə çevirdi . Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövləti dünyada baş verən enerji təhlükəsizliyinə böyük töhvələr verən, dünyanın aparıcı dövlətləri tərəfindən siyasi tərəfdaş kimi qəbul edilən dövlət kimi tarixə düşüb. 30 illik əsarətdə qalan müqəddəs torpaqlarımızı 44 günlük Vətən müharibəsində öz gücü hesabına layiqli Zəfər çalaraq geri qaytaran Müzəffər Ali Baş Komandanımızın uzaqgörən siyasəti Azərbaycanın regionda və dünyada söz sahibi olmasını sübut etdi.
Fəxrlə qeyd etmək istərdim ki, dövlətimizin qazandığı uğurlar İlham Əliyev cənablarının dünyanın nüfuzlu liderləri sırasında layiqli yer almasına gətirib çıxarır. Prezident öz çıxışlarında bildirir ki, Azərbaycandakı görülən işlər göz qabağındadır. Bugünkü Azərbaycan hər bir işi görməyə qadir bir dövlətdir. Təki ortada siyasi iradə, iqtisadi güc və milli birlik olsun . Bu birlik Vətən müharibəsində Şanlı Qələbəmizə gətirib çıxardı . Bu gün Azərbaycan əldə etdiyi tarixi qələbədən sonra regionda yaranmış yeni reallıqlara uyğun hərəkət etməklə bir daha dünyaya gücünü nümayiş etdirdi. Bildiyimiz kimi, dünya iqtisadiyyatında yaranmış qlobal böhranlara baxmayaraq, Azərbaycan öz gücünə işğaldan azad edilmiş torpaqlarımızda yenidənqurma, tikinti-quruculuq işləri aparır, bununla yanaşı ölkəmizin bir çox bölgələrində dövlət proqramında nəzərdə tutulmuş layihələri uğurla həyata keçirilir.
Möhtərəm Prezidentimizin apardığı daxili və xarici siyasət kursu , ölkədə aparılan genişmiqyaslı islahatlar bir daha ondan xəbər verir ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənabları alternativi olmayan əvəzolunmaz liderd
Eldar Əsədov,
YAP Tərtər rayon
təşkilatının sədri