Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 02Apr

    YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov və   bir qrup partiya fəalı, 44 günlük Vətən müharibəsində  şəhidlik zirvəsinə ucalmış  Əhmədzadə Mürşüd Müdahil  oğlunun doğum günü ilə əlaqədar  dəfn edildiyi   Evoğlu  kənd qəbristanlığındakı  məzarını ziyarət edərək,  qəbri  üzərinə gül- çiçək dəstələri qoyub , xatirəsini  ehtiramla yad ediblər.

    Sonra Tərtər rayon Rafiq Məmmədov adına Evoğlu kənd tam orta məktəbinin müəllim və şagird kollektivi ilə birlikdə həmin  kənddə yerləşən Şəhidlər Abidə Kompleksini ziyarət edib , abidə üzərinə gül-çiçək dəstələri qoyublar. Tədbirdə  məktəb kollektivin hazırladığı  ədəbi-bədii kompozisiya da nümayiş etdirilib. Rayon təşkilatının  sədri Eladr Əsədov çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan və Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən danışıb, Ali Baş Komandanın  dönməz iradəsi, düşünülmüş rəhbərliyi, ordumuzun məğlubedilməzliyi, hünəri və qətiyyəti sayəsində torpaqlarımızın ərazi bütövlüyünün bərpa edildiyini  və  şəhidlərimizin qanının  yerdə qalmadığını tədbir iştirakçılarının nəzərinə çatdırıb. O bildirib ki, bu gün şəhidlərimizin ruhu şaddır. Azərbaycan gəncliyi və gələcək nəsillər belə qəhrəman oğullarımızla  daim fəxr edib, onları   qürurla anacaq.

    Rayon təşkilatının sədri Eldar Əsədov və fəallar  şəhidin valideyinləri və yaxınları  ilə görüşərək, onlara  başsağlığı veriblər.

    Şəhidin valideyinləri Ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident Cənab İlham Əliyevə və birinci xanım Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.

     

    Müəllif: Redaktor, 09:13

İsmarıclar bağlıdır.