BEŞYAŞLILARIN MARAĞI

Artıq ölkəmizin hər yerində balaca fidanlar – beş yaşlılar məktəbə hazırlıq siniflərinə qədəm qoyublar. Müxtəlif oyuncaqlardan ayrılmayan körpələr sanki sehirli bir aləmlə qarşılaşıblar. Şəhər 1 saylı tam orta məktəbin foyesində bir əlində çanta, bir əlində gül-çiçək tutmuş körpələr cərgə ilə sinif otaqlarına doğru addımlayırlar. Sinif otaqları isə əvvəlcədən müxtəlif rəngli şarlarla, şəkillərlə bəzədilmiş, partaların üstünə Azərbaycan bayrağının rəmzi olaraq üç rəngli lentlərlə bağlanmış “məktəbə hazırlıq”hədiyyə bağlaması düzülmüşdür. 5 yaşlılar sinifə daxil olurlar. Hər bir körpənin gözündə heyrət görünür. Ata-analarından ayrılmayan körpələrin qarşısında yeni və maraqlı bir dünya açılır.
Müəllim Ülviyyə Məmmədova beş yaşlıların heyrətli baxışlarını öz üzərinə səmtləndirir. Hələ sual-cavablara öyrəşməyən uşaqlar müəllimin köməkliyi ilə üçrəngli bayrağımız haqqında məlumat öyrənir, sinifdə oturuş qaydalarına əməl etməyə çalışırlar. Rüstəm Quluzadə, Hilal Vəliyev, Leyla Mustafazadə, Rahilə Səfərzadə, Nicat Oruczadə, Daha ətraflı »



Yaşadığımız cəmiyyətdə hər kəsin öz yeri, öz məşğuliyyəti, öz mövqeyi var və bu cəmiyyət hamı üçündür. Yaşlı insanlarımızın həyat təcrübəsindən, onların bilik və bacarıqlarından bəhrələnmək hər birimizin borcudur. Adsanı ilə tanınan, ləyaqətlə yaşayan, həyat təcrübəsi ilə yeni nəsillərə nümunə olan ahıllar həmişə hörmətə layiqdirlər. Hələ keçmişlərdən ağsaqqal, ahıl insanlarımız müdrik və hörmətli adamlar hesab olunublar. Yaşlı insanlarımızın həyat təcrübəsi gənc nəslin sərvəti sayılır. Onların məsləhətlərinə qulaq asmaq, dediklərinə əməl etməklə həmin sərvətə nail olmaq mümkündür. Yaşlı insanların təcrübəsi əvəzolunmazdır. Bu gün fəxrlə deyə bilərik ki,
Tərtər ədəbi ictimaiyyətinə ağır itki üz verib. Tanınmış yazıçı-publisist, şair, folklorçu, “Aşıq Pəri” məclisinin və “Tərtərin səsi” ədəbi birliyinin üzvü olmuş, təcrübəli pedoqoq Nubar Əsəd qızı Mədətova vəfat edib.
Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə verdiyi müsahibə zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla istənilən zaman danışıqlara hazır olduğunu bildirmişdir.
Çoxəsrlik dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının tarixində misilsiz xidmətləri olan şəxsiyyətlər, görkəmli dövlət xadimləri zaman-zaman böyük işləri və əməlləri ilə milli yaddaşımızda silinməz iz buraxmışlar. Belə tarixi şəxsiyyətlərin içərisində müstəqil Azərbaycanın qurucusu və memarı, xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyevin şəxsiyyəti, onun uzaqgörən və titanik idarəçilik fəaliyyəti müstəsna yer tutur.
2016-cı il Aprel Döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi. Vətən müharibəsi zamanı Azərbaycan Ordusu 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi. Bununlada Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı.
Prezident İlham Əliyev 2021-ci il 28 sentyabr tarixində “France-24” televiziya kanalına müsahibə vermişdir. Müsahibə əsasən Ermənistan-Azərbaycan münaqişəsinin həllini tapması və gələcəkdə regionda sülhün bərqərar olması kimi müddəalarla yadda qaldı. Fransa jurnalistinin qərəzli suallarına cənab Prezident adekvat cavablar verərək bir daha informasiya cəbhəsində haqq səsimizi beynəlxalq aləmə çatdırdı.

Yeni ismarıclar