Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Tərtər Rayon Şöbəsinin və Hərbi Əks Kəşfiyyat Baş İdarəsinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin Mərkəzi Meydanda ucalan abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər.
Sonra tədbir YAP rayon təşkilatının akt zalında davam etdirilib.
Əvvəlcə Ulu Öndərin, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın, xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına həlak olan təhlükəsizlik orqanları əməkdaşlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 103-cü ildönümü münasibəti ilə DTX-nin Tərtər Rayon Şöbəsinin şəxsi heyətini təbrik edib, ölkəmizin milli maraqlarının, mənafelərinin etibarlı təmin olunması və qorunması istiqamətindəki dəyərli fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, təhlükəsizlik orqanlarının fəaliyyətinin böyük bir dövrü Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin ən böyük xidmətlərindən biri də siyasi tariximizdə ilk dəfə təhlükəsizlik orqanlarının milliləşdirilməsi-nə nail olmasıdır.
Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin müdrik rəhbərliyi nəticəsində bu gün Azərbaycan regionun lider dövlətinə çevrilib. Prezident İlham Əliyev Azərbaycan dövlətinin və xalqının maraqlarını uğurla müdafiə edir, ölkəmizin ərazi bütövlüyünün bərpası və təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm və taleyüklü addımlar atır.
Qeyd olunub ki, Azərbaycanın təhlükəsizlik orqanları artıq bu gün peşə bayramlarını unudulmaz hisslərlə–Qələbə əhval-ruhiyyəsi ilə qeyd edirlər. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vurulmasında və şanlı Qələbənin qazanılmasında, eləcə də işğaldan azad edilən ərazilərimizdə təhlükəsizliyin etibarlı şəkildə təmin olunmasında Azərbaycanın xü-susi xidmət orqanlarının özünəməxsus payı var.
Sonra DTX-nin Tərtər Rayon Şöbəsinin rəisi Anar Əliyev Azərbaycanın təhlükəsizlik orqanlarının keçdiyi uzun və şərəfli yol barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbirdə rayon Polis Şöbəsinin rəisi Elçin Qasımov, rayon prokuroru Əli Qurbanov, Tərtər hərbi prokuroru Hümmət Məmmədov, rayon məhkəməsinin sədri Elşad Bayramov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti-nin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, YAP rayon təşkilatının sədri Eldar Əsədov çıxış edərək öz ürək sözlərini çatdırıblar.
Sonda təhlükəsizlik orqanlarının yaradılmasının 103-cü ildönümü münasibətilə DTX-nin Tərtər Rayon Şöbəsinin və Hərbi Əks Kəşfiyyat Baş İda-rəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına rayon icra hakimiyyəti tərəfindən fəxri fərmanlar təqdim olunub.