18Dek
“Hər kəs yüz il yaşamasa,
Günah onun özündədir.”
Osman Sarıvəlli
Yüz il yox ey, əllicə il, ay qağa,
Yaşamağa qoyurlar ki, adamı?!
Göz görməyə, dil dinməyə qadağa,
Yaşamağa qoyurlar ki, adamı?! |
Tanrı göydə qarğışları eşidir,
Tamahlar var, aslan, qaplan dişidir.
Vallah, ölmək indi kişi işidir,
Yaşamağa qoyurlar ki, adamı?! |
Varlığında min ağrının əli var,
Çox “yox”ları əvəzləyən “bəli” var.
Dəli edib, deyirlər ki, dəli var,
Yaşamağa qoyurlar ki, adamı?! |
“Çoxmərtəbə bazarlar”da haqq itdi,
Loxmasını yeyən varsa, igiddi.
Öldürürlər, deyirlər ki, tez getdi,
Yaşamağa qoyurlar ki, adamı? |
Yurd-yuvamız para-para olandan,
Ciyər vərəm, ürək yara olandan;
Bu Vətəndə “qatıq qara olandan”
Yaşamağa qoyurlar ki, adamı?! |
Yazılanlar elə qalır kağızda,
Kasıblıqdan dad itibdir ağızda.
Çıxan səsi batırırlar boğazda.
Yaşamağa qoyurlar ki, adamı?! |
Bilmək olmur qanun düzdür, ya hənək?
Başımızın üstündədir dəyənək.
Bu dünyada adam oğlu adam tək
Yaşamağa qoyurlar ki, adamı?! |
Tofiq Yusif bu cahandan bezibdir,
Dərd-ələmdən, ah-amandan bezibdir.
Təngə gəlib, daha candan bezibdir,
Yaşamağa qoyurlar ki, adamı?!
Yaşamağa qoyurlar ki, adamı?! |
Dərd öldürüb torpâğı da, daşı da,
Yaxşı var ki, ömrünüzü yaşada?!
Cavanlaşır ölümlərin yaşı da…
Yaşamağa qoyurlar ki, adamı?! |
|
16Dek
Qələbə Paradı Ali Baş Komandanın çıxışı ilə başladı və möhtəşəmliyi ilə hər bir azərbaycanlının yaddaşında qaldı. “Dəmir yumruq” əməliyyatında – Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər Paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.
Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Daha ətraflı »
10Dek
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Tərtərdə Ermənistanın müharibə cinayətləri ilə tanış olublar.
Diplomatlar düşmənin Tərtərə atdığı kasetli raketlərin qalıqlarına baxıblar. Bildirilib ki, düşmən Tərtərə 21 kasetli raket atıb. Onun 14-nün qalıqları Tarix-Diyarşünaslıq Muzeyinin yanında sərgilənir.
Prezidentin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məlumat verib ki, Ermənistan silahlı qüvvələri mütəmadi olaraq Tərtər rayonunun mərkəzini, Daha ətraflı »
10Dek
Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Tərtər rayonunda sanitar-dezinfeksiya tədbirləri davam etdirilir.
İnfeksiyanın yayılmasının qarşısının alınması məqsədilə tibbi-profilaktik, dezinfeksiyaedici və qabaqlayıcı tədbirlər müəyyən edilmiş cədvələ əsasən həyata keçirilir. Tədbirlər planına uyğun olaraq növbəti dezinfeksiya işləri rayon ərazisində yerləşən çoxmənzilli yaşayış binalarında, binaların girişlərində və pilləkənlərində, insanların kütləvi toplaşdığı digər yerlərdə aparılıb.
10Dek
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANA-MA) operativ qərargahının rəisi İdris İsmayılov jurnalistlərə müsahibəsində bildirib ki, təmizləmə işləri 3 istiqamətdə – əllə, mexaniki maşınlarla və minaaxtaran itlər vasitəsilə aparılıb. 118 piyada, 99 tank əleyhinə mina, 4 tank əleyhinə minanın partladıcısı və 7 partlama-mış hərbi sursat zərərsizləşdirilib.
Qeyd edək ki, ərazilərin minalardan təmizlənməsi üzrə Milli Agentliyə Agcabədi, Agdam, Füzuli, Cəbrayıl, Xocavənd, Goranboy və Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə daxil olan 34 çagırış əsasında 55 operativ əməliyyat çıxışı həyata keçirilib. 303 partlamamış sursat, 17 bombacıq, 79 tank, 12 piyada əleyhinə mina, 29 tank əleyhinə minanın partladıcısı, 3274 müxtəlif çaplı patronlar, 5400 qram barıt və 112 partlamış mərmi qalıqları aşkarlanıb. 55 mina və partlamamış hərbi sursat zərərsizləşdirilib.
Beləliklə Tərtərdən Suqovuşana qədər olan 10 kilometrlik yol mina və partlamamış hərbi sursatlardan tamamilə təmizləndi
10Dek
Hazırda valideynlərin tez-tez: “bizim dövrümüzdə yeniyetmələr belə deyildi. Biz belə hərəkətlər etməzdik. Biz bu cür danışmazdıq” kimi fikirlərlə övladlarını tənqid etdiklərinin şahidi oluruq.Çox qəribədir ki, hər dövrün orta yaşlı ata və anası düşünür ki, onlar öz dövrlərində fərqli olublar. Məsələ burasındadır ki, hər bir dövrün yeniyetməsi və gənci özünə daha çox bənzəyir, nəinki keçmişə. Keçmişin onları qəbul edə bilməməsinin səbəbi isə valideynlərin məsələyə subyektiv yanaşmasıdır. Əslində illərdir ki, valideynlərin yeniyetmələrlə bağlı şikayətlərinin səbəbi də məhz bunlardır.
Bildiyimiz kimi, yeniyetməlik dövrü 11-12 yaşdan başlayaraq 14-15 yaşadək orta məktəbin beşinci-səkkizinci sinif şagirdlərini əhatə edir .11-13 yaşlı oğlan və qızları adətən kiçik yeniyetmə ,13-15 yaşlıları isə böyük yeniyetmə adlandırırlar, lakin yeniyetməlik dövrünün başlanmasına və qurtarmasına dəqiq sərhəd qoymaq olmaz. Daha ətraflı »
Yeni ismarıclar