Sənaye. 2015-ci ilin yanvar-sentyabr aylarında rayonda sənaye sahəsinin təsərrüfat subyektləri tərəfindən istehsal olunmuş mal və xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artaraq 4 milyon 326,3 min manat təşkil etmişdir. Özəl bölmədə istehsalın həcmi sənaye məhsullarının ümumi həcminin 18,7 faizini təşkil etmişdir. Sənaye sahəsində ümumi istehsalın 28,2 faizi sənaye mallarının (əmtəələrin), 71,8 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranmışdır. Daha ətraflı »
-
05Noyİqtisadiyyat, Sosial 2015-Cİ İLİN 9 AYI ƏRZİNDƏ TƏRTƏR RAYONUNUN SOSİAL- İQTİSADİ İNKİŞAFI HAQQINDA üçün şərhlər bağlıdır
Teqlər: İqtisadiyyat
-
07Oktİqtisadiyyat DAHA TƏKMİL STATİSTİKA–DAHA YAXŞI HƏYAT üçün şərhlər bağlıdır
Bizim Dövlət Statistika Komitəsi var, çox düzgün statistika aparır.
Heydər ƏLİYEV
STATİSTİKA ELMİNİN TARİXİNDƏN
Statistika ictimai elmlər qrupuna daxildir. Həyati zərurətdən yaranan bu elmin dili “rəqəm dili”dir. Buna baxmayaraq, rəqəmlərlə “danışan” dəqiq elmlərdən fərqli olaraq, statistika sosial iqtisadi hadisələrin kəmiyyət tərəfini konkret məkan və zaman şəraitində öyrənir. Yəni buradakı rəqəmlər dəyişir, təkmilləşir və statistikanın məqsədi də budur ki, bunları toplayıb, ümumiləşdirib, təhlil etməklə, insanların həyatını daha yaxşı səmtə yönəltsin. Daha ətraflı »
Teqlər: İqtisadiyyat
-
28Senİqtisadiyyat AZƏRBAYCANIN UĞURLU İNKİŞAFI DAVAM EDİR üçün şərhlər bağlıdır
Son dövrlərdə dünyada siyasi gərginlik getdikcə artmaqdadır. İraq və Əf-qanıstanın ardınca Suriya və Liviya kimi bir vaxtlar sabitliyin hökm sürdüyü ölkələr bəzi dövlətin müdaxiləsi nəticəsində indi qan çanağına dönüblər. Bu ölkələrdə sabitlik pozulub, iqtisadiyyat dağılıb, əhali qaçqına çevrilib, milli sərvətlər isə talan edilir. Daha ətraflı »
Teqlər: İqtisadiyyat
-
21SenKənd təsərrüfatı Ətlik istiqamətli heyvanlar yetişdirilir üçün şərhlər bağlıdır
Tərtərli fermerlər rayonumuzun əhalisini kifayət qədər ət məhsulları ilə təmin etməklə yanaşı, həm də respublikamızın paytaxtına, digər regionlara keyfiyyətli ərzaq malları göndərmək məqsədilə əzmlə çalışırlar. Daha ətraflı »
Teqlər: İqtisadiyyat
-
21Senİqtisadiyyat Şərait yaradılır, dəstək verilir üçün şərhlər bağlıdır
Bu gün kənddə yaşayıb, təsərrüfat işləri ilə məşğul olmamaq mümkün deyil. Çünki dövlətimiz kəndlilərə həm şərait yaradır, yəni torpaq verir, lizinq yolu ilə müxtəlif texnikanın alınmasına kömək edir, həm də subsidiyalarla, güzəştlərlə fermerləri dəstəkləyir. Həmcinin son vaxtlar bütün sahələrdə, xüsusən də heyvandarlıqda daha yüksək göstəricilər qazanmaq üçün kənd-lilərə yol göstərilir, istiqamət verilir. Daha ətraflı »
Teqlər: İqtisadiyyat
-
21SenKənd təsərrüfatı Pambıq yığımına başlanıb üçün şərhlər bağlıdır
Azadqaraqoyunlu kənd İnzi-bazti Ərazi Dairəsində 63 hektar sahədə pambıq becərilib. Onun 25 hektarını ailə-fermer təsərrüfatının başçısı Natiq Əliyev, 5 hektarı fermer Vahid Paşayev, 6 hektarını Habil Əliyev, 2 hektarını Rasim Quliyev becərib. Qalanı da ayrı-ayrı fermerlərin öhdəsindədir. Daha ətraflı »
Teqlər: İqtisadiyyat
-
05SenKənd təsərrüfatı Məhsuldarlıq ilbəil artır üçün şərhlər bağlıdır
Rayonumuzda inkişaf edib, fermerlər üçün gəlir gətirən sahələrdən biri də günəbaxandır. Son 2-3 il ərzində yerlərdə günəbaxan əkini sahələri xeyli genişləndirilib. Əgər rayonun təsərrüfatlarında 2012-ci ildə 654 hektar, 2013-cü ildə 765, 2014-cü ildə 910 hektar sahədə dən üçün günəbaxan becərmişdilərsə, cari “Kənd təsərrüfatı ili”ndə bu sahələr 928 hektara çatdırılıb.
Teqlər: İqtisadiyyat
-
26AvqKənd təsərrüfatı Rifah halımız yaxşılaşır üçün şərhlər bağlıdır
Biz ta ata-babadan maldarlıqla məşğul oluruq. Bu peşəni indi də həvəslə davam etdiririk. Maldarlığı ona görə seçirik ki, ailəmizin bütün dolanışıq xərcləri bu sahənin hesabına formalaşır. Indi mənim qapımda 30 baş mal-qara var. Bunların 20 başdan çoxu sağılandır. Atam Bayram kişinin də 5 baş sağılan inəyi və 30 baş qoyunu var. Daha ətraflı »
Teqlər: İqtisadiyyat
-
26AvqKənd təsərrüfatı Təsərrüfatımızı genişləndirəcəyik üçün şərhlər bağlıdır
Bir necə ildir ki, təsərrüfatımda cins iribuynuz- lu heyvanların sax- lanması ilə məşğul oluram. Artıq bunların sayı 200 başa yaxın-dır. Cins malların saxlanması həm heyvan mənşəli məhsulların istehsalının artırılması baxımından, həm də fermerə verdiyi mənfəətə görə sərfəlidir. Satdığımız südün və ondan hazırlanan məhsulların kefiyyətinə də söz ola bilməz. Daha ətraflı »
Teqlər: İqtisadiyyat
-
26Avqİqtisadiyyat, Sosial Maddi stimul olacaq üçün şərhlər bağlıdır
Mən süni mayalanma texniki işləyirəm. Vəzifəmlə əlaqədar hər gün heyvandarlar arasında oluram, təsərrüfatlarda müşahidələr aparıram. Açığını deyim ki, bəzən yerlərdə elə cırlaşmış mallara rast gəlirəm ki, bunların saxlanılması onun sahibindən ötrü cərimədən başqa heç nə gətirmir. Daha ətraflı »
Teqlər: İqtisadiyyat
Yeni ismarıclar