Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 26Avq

    20140503_7LKuYJP7g5xsbrMən süni mayalanma texniki işləyirəm. Vəzifəmlə əlaqədar hər gün heyvandarlar arasında oluram, təsərrüfatlarda müşahidələr aparıram. Açığını deyim ki, bəzən yerlərdə elə cırlaşmış mallara rast gəlirəm ki, bunların saxlanılması onun sahibindən ötrü cərimədən başqa heç nə gətirmir.
    Lakin bu mal sahibləri artıq adət etdikləri qaydada yaşamağa və işləməyə öyrəniblər. Onlar bilmirlər ki, müasirləşmə, yeniliklər güzəranlarını kökündən dəyiş-dirər. Bu baxımdan Prezidentimizin heyvandarlığın inkişafı ilə bağlı son sərəncamları stimullaşdırıcı amil kimi yerlərdə təsərrüfatların inkişafına böyük kömək olacaq. Bu sərəncamlar kəndliləri yeniliyə istiqamətləndirəcək, doğru yol göstərəcək və sözsüz ki, yaxın gələcəkdə ərzaq bolluğu yaradılmasında müsbət nəticələr əldə ediləcək.
    Bu sahədə süni mayalama texniklərinin də üzərinə böyük məsuliyyət düşür. Möhtərəm Prezidentimiz müvafiq sərəncamı imzalamaqla bizim işimizin əhəmiy-yətini, vacibliyini göstərib. Həm də süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahib-lərinə 100(yüz) manat subsidiya müəyyən edildiyindən, maldarlarda bu sahəyə maraq artıb. Ona görə də biz ikiqat-üçqat məsuliyyətlə işləməliyik.

    Malik ALLAHVERDİYEV,
    rayon baytarlıq idarəsinin işçisi

    Müəllif: Redaktor, 10:58

    Teqlər:

İsmarıclar bağlıdır.