Sənaye. 2015-ci ilin yanvar-sentyabr aylarında rayonda sənaye sahəsinin təsərrüfat subyektləri tərəfindən istehsal olunmuş mal və xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artaraq 4 milyon 326,3 min manat təşkil etmişdir. Özəl bölmədə istehsalın həcmi sənaye məhsullarının ümumi həcminin 18,7 faizini təşkil etmişdir. Sənaye sahəsində ümumi istehsalın 28,2 faizi sənaye mallarının (əmtəələrin), 71,8 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranmışdır.
Sənaye məhsulunun 28,3 faizi emal bölməsində, 48,4 faizi elektrik enerjisi, qaz, buxar və kondensiyalaşdırılmış hava ilə təchizat bölməsində, 23,3 faizi isə su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunmuşdur.
Tikinti. 2015-ci ilin yanvar-sentyabr aylarında rayonda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 16 milyon 75,6 min manat və ya əvvəlki ilin müvafiq dövründəkindən 75,4 faiz çox vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 1 milyon 5439 min manatı və ya 96 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir. Əsas kapitala yönəldilmiş investisiyanın 15 milyon 126,6 min manatı və ya 94,0 faizi dövlət mülkiyyətinə məxsus müəssisələr, 949 min manatı və ya 6 faizi qeyri-dövlət müəssisə və təşkilatları tərəfindən yönəldilmişdir.
2015-ci ilin yanvar-sentyabr aylarında rayonda 2 milyon 452,7 min manatlıq əsas fondlar istifadəyə verilmişdir.
Rayonda vətəndaşların şəxsi vəsaiti hesabına ümumi sahəsi 3957 kv.metr olan 87 yeni fərdi ev tikilmişdir.
2015-ci ilin yanvar-sentyabr aylarında rayonda tikinti müəssisələrinin yerinə yetirdikləri tikinti işlərinin həcmi 2 milyon 533,7 min manat təşkil etmişdir ki, bunun da 1 milyon 36,6 min manatı dövlət müəssisələri tərəfindən, 1 milyon 497,1 min manatı isə qeyri dövlət müəssisələri tərəfindən yerinə yetirilmişdir. Görülmüş tikinti işlərinin 438,2 min manatı (17,3%) əsaslı təmir, 1 milyon 940,6 min manatı (76,6%) cari təmir, 154,9 min manatı (6,1%) sair işlər təşkil edir.
Nəqliyyat. 2015-ci ilin yanvar-sentyabr aylarında nəqliyyat müəssisələri və nəqliyyat sektorunda fəaliyyət göstərən fiziki şəxslər tərəfindən göstərilmiş xidmətlərin faktiki qiymətlərlə ümumi həcmi 2 milyon 150,7 min manat olmuşdur. 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə nəqliyyat xidmətinin həcmi 1 milyon 721,7 min manat və ya 55,5 faiz azalmışdır.
Nəqliyyat sektorunda göstərilmiş xidmətlərin 1 milyon 539,8 min manatı və ya 71 faizi fiziki şəxslər tərəfindən yük və sərnişin daşınmasında göstərilmiş xidmətlərdir.
2015-ci ilin yanvar-sentyabr aylarında fəaliyyət göstərən nəqliyyat müəssisələri və nəqliyyat sektorunda fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 374 min ton yük, 6 milyon 398 min nəfər sərnişin daşınmışdır. Yük dövriyyəsi 56 milyon 586 min ton-km, sərnişin dövriyyəsi 24 milyon 312 min sərnişin-km olmuşdur. 2014-cü ilin müvafiq dövrünə nisbətən yük daşınması 5,4 faiz, sərnişin daşınması 6,1 faiz, yük dövriyyəsi 5,4 faiz, sərnişin dövriyyəsi 6,2 faiz artmışdır.
İnformasiya və rabitə. 2015-ci ilin yanvar-sentyabr aylarında rayo-nun informasiya və rabitə müəssisələri tərəfindən göstərilmiş xidmətlərin faktiki qiymətlərlə ümumi həcmi 408,2 min manat, keçən ilin müvafiq dövrü ilə müqayisədə 47,6 min manat və ya 13,2 faiz çox olmuşdur. Rabitə xidmətlərinin 360,4 min manatı və ya 86,8 faizi bilavasitə əhaliyə göstərilmişdir.
-
05Noy
Müəllif: Redaktor, 12:33
Teqlər: İqtisadiyyat