Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 28Sen

    GorunusSon dövrlərdə dünyada siyasi gərginlik getdikcə artmaqdadır. İraq və Əf-qanıstanın ardınca Suriya və Liviya kimi bir vaxtlar sabitliyin hökm sürdüyü ölkələr bəzi dövlətin müdaxiləsi nəticəsində indi qan çanağına dönüblər. Bu ölkələrdə sabitlik pozulub, iqtisadiyyat dağılıb, əhali qaçqına çevrilib, milli sərvətlər isə talan edilir.
    Qlobal böhranlı proseslər Azərbaycanın iqtisadi inkişafına da təsirsiz ötüşmür və ilk növbədə ölkəmizə val-yuta daxilolmalarının azalmasında özünü göstərir. Lakin digər dövlətlərdən fərqli olaraq dünya iqtisadiyyatına inteqrasiya edən Azərbaycanın iqtisadi böhranlardan itkisiz qurtulması üçün ölkədə mühüm tədbirlər görülür. Neftin qiymətinin son dövrlərdə kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatında yenə də artım müşahidə olunur. Bu, qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədilə görülən işlərin nəticəsidir.
    Hamıya məlumdur ki, Azərbaycan dövləti həm də tam müstəqil siyasət yürüdür. Cəmiyyətimizdə siyasi və ictimai sabitlik mövcuddur.
    Avropa ilə Asiyanın qovuşduğu yerdə, olduqca əlverişli bölgədə yerləşən Azərbaycanın uğurları bəzi dövlətlər tərəfindən qısqanclıqla qarşılanır. Avropa Parlamentinin bu yaxınlarda ölkəmizlə bağlı qərəzli qətnamənin qəbul edilməsinin səbəbi də elə budur. Azərbaycan Respublikiasının Prezidenti İlham Əliyev bu barədə deyib:” Bir neçə gün bundan əvvəl Avropa Parlamenti Azərbaycan ilə bağlı qətnamə qəbul etmişdir. Deyə bilərəm ki, bu qətnamə tamamilə əsassızdır, yalan, böhtan, qərəzli münasibət üzərində qurulmuş bir siyası təxri-batdır. Biz bilirik ki, bunun arxasında hansı qüvvələr dayanır. Bu qüvvələr bundan əvvəl dəfələrlə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürmüşlər, bizi şantaj etmişlər. Onların yeganə məqsədi ondan ibarətdir ki, inkişafda olan, müasir, müstəqil siyasət aparan, tolerant, multikulturalizmin məkanı olan Azərbaycanı ləkələsinlər, gözdən salsınlar və Avropada Azərbaycan haqqında yanlış, tamamilə həqiqətəzidd bir rəy yaratsınlar”.
    Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədəki çıxışında da cənab Prezident bu fikirləri səsləndirmişdir: “…Yaxın Şərqdə həyata keçirilən ssenarilər Azərbaycan üçün də hazırlanmışdır. 2011-ci ildə, 2012-ci ildə bəzi xarici dairələr Azərbaycanda “Ərəb baharı”nın yaranmasından söhbət açırdılar və deyirdilər ki, bu, qaçılmazdır. Burada vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq üçün min cür işlərdən çıxmışlar. Bizim hüquq mühafizə orqanları bütün bu işlərin üstünü açıb”.
    Müşavirədə Prezident İlham Əliyev iqtidarın Azərbaycanın müstəqilliyinin və suverenliyinin qorunması məqsədilə maksimum səy göstərdiyini bəyan etdi, xalqla iqtidarın birliyini diqqətə çatdırdı: “Azərbaycanda hər şey xalqın iradəsi ilə həll olunur, xarici dairələrin təhriki ilə yox. Azərbaycan xalqı bütün bu çirkin niyyətlərə yox dedi, Azərbaycan iqtidarını dəstəklədi və bu gün bu dəstək bizim üçün əsas güc mənbəyimizdir. Xalq ilə iqtidar arasındakı birlik Azərbaycanda sabitliyin qarantıdır. Bizim bütün uğurlarımıza xor baxanlar da bunu bilsinlər. Biz heç kimin qabağında gözükölgəli deyilik və öz sözümüzü deyirik, deyəcəyik. Azərbaycanın müstəqil həyatını təmin edəcəyik”.
    Müşavirədə Prezident İlham Əliyevin diqqətə çatdırdığı digər bir mühüm məsələ sosial proqramların icrası ilə bağlı olmuşdur: “Azərbaycan vətəndaşları əmin ola bilərlər ki, burada heç bir ixtisar ola bilməz. Mən onu da qeyd etməliyəm ki, sosial infrastruktur layihələri icra olunacaqdır”.
    Beləliklə, düşmənlərin bütün təxribat xarakterli cəhdlərinə baxmayaraq, Azərbaycanda iqtisadi inkişaf davam edir. Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycanın bu uğurları erməni lobbisinin maliyyəsi ilə “fəaiyyət” göstərən Avropa Parlamentinin bəzi nümayəndələrini ciddi narahat edir.
    Ancaq həyat özü sübut edir ki, Avropa Parlamentində olan müəyyən qüvvələr nə qədər çalışsalar da, Azərbaycanı gözdən sala bilməyəcəklər. Çünki Azərbaycanla dostluq etmək istəyən dövlətlər coxdur.
    Avropa Parlamentinin özündə belə Azərbaycana ədalətli münasibət bəsləyən deputatların təmsil etdikləri sağlam qüvvələr də mövcuddur.
    Bütün bunlar bir daha belə əminlik yaradır ki, xalqımız, dövlətimiz bu sınaqlardan da alnıaçıq çıxacaq.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 13:57

    Teqlər:

İsmarıclar bağlıdır.