Tərtərli fermerlər rayonumuzun əhalisini kifayət qədər ət məhsulları ilə təmin etməklə yanaşı, həm də respublikamızın paytaxtına, digər regionlara keyfiyyətli ərzaq malları göndərmək məqsədilə əzmlə çalışırlar.
İlk növbədə yaz-yay aylarından başlayaraq qışın ehtiyatını görür, ot, saman tədarük edirik. Profilaktiki tədbirlərin aparılması da böyük diqqət tələb edən məsələdir. Çünki bəzən yoluxucu xəstəliklərin qarşısı vaxtında alınmadıqda, ciddi ziyan görürük.
Təsərrüfatımızda əsasən ətlik istiqamətli heyvanlar yetişdirilir. Bu məqsədlə süni mayalanma ilə yanaşı hibridləşmə üsulundan istifadə edirik. Nəticələr ürəkaçandır.
Prezident İlham Əliyevin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” sərəncamı qarşımızda yeni perspektivlər açır. Dövlətin qayğısına əməli işimizlə cavab verəcəyik.
Məhərrəm ƏLİYEV,
cins eksperimental kəndli-fermer təsərrüfatının başçısı, Hüsənli kəndi