Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,746
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 22May
    Kənd təsərrüfatı Barama istehsalı artacaq üçün şərhlər bağlıdır

    Ötən il Tərtər rayonunda 9,3 ton barama istehsal edilib.
    Bu il isə 11,2 tona yaxın yaş barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə Qax Damazlıq İpəkçilik Stansiyasından 280 qutu baramaqurdu gətirilərək kümçülərə təhvil verilib. Rayonun yaşayış məntəqələrində fəaliyyət göstərən kümçülərə kümxanaların hazırlanmasında qabaqcadan mütəxəssislər tərəfindən müvafiq təlimatlar verilib, ipəkqurdunun aqrotexniki qaydada bəslənməsi üçün maarifləndirici bukletlər paylanıb.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səhləbad kəndində baramaqurdlarının bəslənilməsi vəziyyəti ilə maraqlanıb. Mövcud vəziyyətlə yerində tanış olan rayon rəhbəri kümçülərə müvafiq tapşırıq və tövsiyələr verib.

     

  • 22May
    Xəbərlər Rəcəbli kənd sakinlərinin müraciətləri həll olunub üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemlər həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
    Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti qəbulunda Rəcəbli kənd sakinləri müraciət edərək Rəcəbli və Kovdadıq kəndlərini birləşdirən yolda suötürücü borunun yararsız vəziyyətə düşməsi səbəbindən su arxının daşaraq avtomobillərin hərəkətinə maneə törətdiyi üçün həmin borunun yenisilə əvəz olunmasını xahiş ediblər.
    Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları tərəfindən yararsız vəziyyətdə olan boru çıxarılaraq yenisilə əvəz olunub.
    Kənd sakinləri müraciətlərinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

  • 22May
    Digər “Qəhrəmanlarımızı tanıyaq” adı altında Vətən müharibəsi iştirakçıları ilə gənclərin görüşü keçirilib üçün şərhlər bağlıdır

    Tədbir Tərtər Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Gənclər və İdman İdarəsinin və Tərtər Peşə Məktəbinin birgə təşkilatçılığı ilə keçirilib.
    Görüşdə Vətən müharibəsi iştirakçıları Elvin Məhərli və Şamxal Rəfizadə müharibə ilə bağlı təəssüratlarını bölüşüb, keçdikləri döyüş yolu barədə gənclərə məlumat veriblər.
    Qeyd olunub ki, Azərbaycan Ordusu bu gün dünyada ən güclü ordulardan biridir. Bunun nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə biz cəmi 44 gün ərzində düşməni məğlub etdik, diz çökdürdük. Təsadüfi deyil ki, Ordumuzun keçdiyi döyüş yolu, müharibə taktikası hazırda dünyanın bir çox inkişaf etmiş ölkələrində öyrənilir.
    Elvin Məhərli və Şamxal Rəfizadə bildiriblər ki, Vətəni sevmək üçün mütləq bunu döyüş meydanında nümayiş etdirmək lazım deyil. Hər kəs təhsilində, işində, davranışında, ailəsinə münasibətində vətənpərvər olmalı, milli-mənəvi dəyərlərimizi qorumalıdır.
    Sonda qonaqlar gənclərin suallarını cavablandırıblar.
    Görüşün keçirilməsində məqsəd gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, müsbət mənəvi keyfiyyətlərin aşılanmasıdı.

    “YENİ TƏRTƏR”

  • 22May
    Kənd təsərrüfatı 5 il əvvəl Qapanlı Tərtərin cəbhə kəndi idi üçün şərhlər bağlıdır

    İndi isə həmin günlərdən kənd camaatına yalnız
    acı xatirələr qalıb, hamı təsərrüfat işləri ilə məşğuldur

    Teyyub kişi pambıq sahəsinə çatanda, səhər saat 6 olardı.Uzun illərdi ki, o, belə adət etmişdi. Əslində səhər saatlarında başlanılması elə bir iş də yox idi. Hər şey qaydasındaydı. Bitiş yaxşı alınmışdı. Körpə bitkilər sıra ilə düzülərək ürəkaçan qəribə bir mənzərə yaratmışdı. Teyyub kişi başını qaldırıb göyün üzünə baxdı. Qara buludlar yağış yağacağından xəbər verirdi.
    “Təki belə buludlar olsun, bolluq-bərəkət rəmzi olan buludlar”, – deyə Teyyub kişi düşündü. “Yaxşı ki, üstümüzdən o biri qara buludlar götürüldü”, – deyə fikrindən keçirdi. Beş il əvvəl kənd sakinləri beləcə sahəyə gəlib, əkin-biçin işlərilə məşğul olmağı heç xəyallarına gətirə bilməzdilər. Dərhal düşmən gülləsinə tuş gəlmək ehtimalı vardı. 30 ildən çox bir müddətdə insanlar hər cür əziyyətə, təhlükəyə tab gətirdilər. Ya-ralandılar, şəhid oldular, ancaq doğma ocaqlarını tərk etmədilər.
    Baxmayaraq ki, Qapanlı kəndi düşmənlə təmas xəttinə güllə məsafəsi qədər yaxın idi.
    Tərtərin Qapanlı kəndinin sakini Teyyub Cəfərov deyir:
    –Uşaqlıqdan təsərrüfatla məşğul olmuşam. İxtisasca da aqronomam. Kolxoz dövründə pambıqçılıq briqadiri işləyirdim. Ancaq pay torpaqlarımızı alandan sonra onu ürəkli əkib becərə bilmədik. Qonşuluğumuzda yaşayan ermənilər buna heç cür imkan vermirdilər.
    Ordumuz torpaqlarımızı onlardan təmizləyəndən sonra, Qapanlı kəndinin camaatı da rahatlıq tapdı. İndi hər kəs öz torpağını əkib-becərir və zəhmətinin bəhrəsini görür, evinə, ailəsinə qazanc gətirir.
    Teyyub kişi cari il 4 hektarda pambıq əkib. Yaxşı bitiş alınıb. Hazırda əllə ketmənləmə işləri başa çatıb. Bundan sonra isə sahələrə kultivasiya çəkilir. O, ilin uğurlu olacağına əmindir: Daha ətraflı »

  • 22May
    Ədəbiyyat Yeni kitablar üçün şərhlər bağlıdır

    “Ruhumun səsi”

    Mayıl Həsənoğlu Məmmədli (Mayıl Asiman) 1961-ci ildə Tərtər rayonunun İrəvanlı kəndində anadan olub. 1967-1977- ci illərdə R.Nəbiyev adına Soyulan kənd orta məktəbini bitirib. 1986-1994-cü illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda teatr rejissorluğu ixtisası üzrə ali təhsil alıb. Uzun illər Mədəniyyət və İncəsənət sahələri üzrə ssenarist, rejissor, metodist, bədii rəhbər və direktor olaraq çalışıb. Eyni zamanda nağara ifaçısı olaraq müxtəlif ansamblların üzvü kimi televiziyada, konsert proqramlarında çıxış edib. Kiçik yaşlarından şeirlər yazıb. Şeirləri, xatirələri və publisist yazıları bir çox qəzet və jurnallarda, antologiya və almanaxlarda dərc olunub. 2014-cü ildə “Eşqim məcnun söyüddü” adlı ilk şeirlər kitabı “Adiloğlu” nəşriyyatında çap olunub. “S. Rəhimov adına Qubadlı rayon ədəbi birliyi”nin və “Ziyalı ocağı” İctimai birliyinin üzvüdür. İki övladı, dörd nəvəsi var.
    Bu yaxınlarda Mayıl Məmmədli Tərtərdə olarkən, “Ruhumun səsi” adlı yeni kitabını kollektivimizə bağışladı. Kitabı böyük maraqla oxuduq. Burada müxtəlif mövzularda şeirlər toplanıb. İstər vətənpərvərlik, istərsə də fəlsəfi, yaxud məhəbbət mövzusunda yazılmış şeirlərin hamısını bir ümumi cəhət birləşdirir – bunlar, özü demiş, Mayıl Məmmədlinin ruhunun səsidir. “Adına Vətən deyirəm” şeirində o, yazır: Daha ətraflı »

  • 22May
    Xəbərlər Bizə yazırlar üçün şərhlər bağlıdır

    Müsbət dəyişikliklər ürəyimizcədir

    Hər bir insan günün çox hissəsini iş yerində keçirir. Buna görə çalışdığın kollektiv ikinci ailən hesab olunur.
    2021-ci ildən Şıxarx kənd Dağıstan Əzizov adına 1 saylı tam orta məktəbdə texniki işçi kimi çalışıram. İşimlə bağlı gün ərzində həm müəllimlərlə, həm də şagirdlərlə təmasda oluram. Son vaxtlar buradakı müsbət yeniliklər biz sadə zəhmət adamlarını da sevindirir. Şagirdlərin təhsilinə göstərilən diqqət, nizam-intizamın gücləndirilməsi sayəsində onların uğurları xeyli artıb.
    Kollektivimizdə hər kəsə hörmət və mehribançılıqla yanaşılır, axı, məqsədimiz birdir. Biz texniki işçilər çalışırıq məktəbimiz təmiz və səliqəli olsun. Məktəb rəhbərliyi, müəllim kollektivi isə uşaqların təlim və tərbiyəsi üçün çalışır, valideynlərlə əlaqə saxlayır, onların pis təsir altına düşməməsi üçün məsləhət və tövsiyələrini verirlər.

    Aytəkin Alıyeva,
    Şıxarx kəndi

  • 22May
    Kənd təsərrüfatı 2025-ci il yanvarın 1-i vəziyyətinə Tərtər rayonunda heyvanların, quşların və arı ailələrinin tam uçota alınmasının yekunları haqqında üçün şərhlər bağlıdır

    2025-ci il yanvarın 1-i vəziyyətinə rayon ərazisində heyvanların, quşların və arı ailələrinin tam uçotu aparılmışdır. Uçotla rayonun bütün kənd təsərrüfatı müəssisə və təşkilatları, eləcə də kənd yerlərində yaşayan fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarının hamısı, şəhər və qəsəbələrdə isə yalnız mal-qarası olan ev təsərrüfatları əhatə edilmişdir. Beləliklə, rayon üzrə müxtəlif təşkilati-hüquqi formalı 16848 uçot vahidi sorğuya cəlb olunmuşdur.
    Ayrı-ayrı mal-qara növləri üzrə heyvanların baş sayının əvvəlki illə müqayisədə dəyişilməsi aşağıdakı kimi olmuşdur.
    İribuynuzlu mal-qara. 2025-ci il yanvarın 1-i vəziyyətinə rayonda 34086 baş iribuynuzlu mal-qara, o cümlədən 13684 baş inək və camış olmuş və onların sayı il ərzində müvafiq olararq 0,4 və 1,7 faiz azalmışdır. Iribuynuzlu mal-qaranın sayı 2021-ci il yanvarın 1-nə nisbətən 4686 baş və ya 15,9 faiz artmışdır.
    Sürü dövriyyəsinin təhlili göstərir ki, süd istehsalını artırmaq məqsədilə təsərrüfatlar ana malın sayının artırılmasına daha çox meyillidirlər. Belə ki, son 5 il ərzində inək və camışların sayı 12439 başdan 13684 başa çatmaqla 10,0 faiz artmışdır. Mövcud iribuynuzlu mal-qaranın 13684 başı və ya 40,2 faizini inək və camışlar, 1604 başı və ya 4,7 faizini düyələr təşkil etmişdir.
    Mövcud iribuynuzlu mal-qaranın 33913 baş və ya 99,5 faizini inək naxırı, 173 baş və ya 0,5 faizini camış naxırı təşkil edir.
    Rayonda mövcud olan iribuynuzlu mal-qaranın 98,4 faizi və ya 33530 başı ailə kəndli və ev təsərrüfatlarına, ümumilikdə isə kənd təsərrüfatı müəssisələri də daxil olmaqla 99,8 faizi və ya 34024 başı qeyri-dövlət bölməsinə məxsus olmuşdur.
    Hazırda dövlət kənd təsərrüfatı müəssisələrində cəmi 62 baş iribuynuzlu mal-qara saxlanılır.
    Qoyun və keçilər. Qoyunçuluq heyvandarlığın mühüm ənənəvi sahələrindəndir. 2025-ci il yanvar 1-i vəziyyətinə rayonda bütün təsərrüfat kateqoriyaları üzrə 42563 baş qoyun və keçi (o cümlədən 41816 baş qoyun, 747 baş keçi) mövcud olmuşdur. İl ərzində qoyun və keçilərin sayı 3668 baş və ya 7,9 faiz azalmışdır. Daha ətraflı »

  • 22May
    Xəbərlər, Kənd təsərrüfatı 2025-сi ilin yanvar-mart aylarında Tərtər rayonunda əhaliyə göstərilən ödənişli xidmətlər üçün şərhlər bağlıdır

    2025-ci ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz artaraq 7637,7 min manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 2825,3 min manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 37,0 faizini təşkil etmişdir.
    Hesabat dövründə əhaliyə göstərilən ödənişli xidmələrin 877,0 min manatı və ya 11,5 faizi məişət xidmətləri olmuşdur.

  • 22May
    Kənd təsərrüfatı Rayonda 6176,3 hektar yazlıq bitkilər səpilmişdir üçün şərhlər bağlıdır

    Rayonda havaların əlverişsiz keçməsinə baxmayaraq, yaz-tarla işləri aparılır və 2025-ci ilin may ayının 1-nə kimi 6176,3 hektar sahədə yazlıq bitkilər səpilmişdir. Bu dövrdə 8,0 hektar sahədə yazlıq arpa, 2,0 hektar sahədə aş lobyası, 12,0 hektar sahədə dən üçün sorqo, 216,0 hektar sahədə dən üçün qarğıdalı, 2461,5 hektar sahədə pambıq, 38,3 hektar sahədə şəkər çuğunduru, 1333,0 hektar sahədə günəbaxan, 349,5 hektar sahədə kartof, 739,0 hektar sahədə müxtəlif növ tərəvəz bitkiləri və 1017,0 hektar sahədə çoxillik otlar əkilmişdir.
    Yazlıq bitkilərin əkini davam edir.
    Tərtər Rayon Statistika İdarəsi

    TƏRTƏR RAYON STATİSTİKA İDARƏSİ

  • 19May
    Digər “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının kollektivi bir qrup şəhid ailələri, qazilər və veteranlar ilə birlikdə Şuşa, Xocalı və Xankəndiyə səfər təşkil ediblər üçün şərhlər bağlıdır

    Səfər iştirakçıları Əsgəran qalası, Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Cıdır düzü, İsa bulağı, Şuşa şəhərinin qala divarları ətrafında və Şuşa şəhərində çay süfrəsində olmuşlar. Sonra isə Xankəndi şəhərinin Mərkəzi meydanını gəzmiş və yemək süfrəsində olmuşdular.

    Səfər iştirakçıları göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.