Müsbət dəyişikliklər ürəyimizcədir
Hər bir insan günün çox hissəsini iş yerində keçirir. Buna görə çalışdığın kollektiv ikinci ailən hesab olunur.
2021-ci ildən Şıxarx kənd Dağıstan Əzizov adına 1 saylı tam orta məktəbdə texniki işçi kimi çalışıram. İşimlə bağlı gün ərzində həm müəllimlərlə, həm də şagirdlərlə təmasda oluram. Son vaxtlar buradakı müsbət yeniliklər biz sadə zəhmət adamlarını da sevindirir. Şagirdlərin təhsilinə göstərilən diqqət, nizam-intizamın gücləndirilməsi sayəsində onların uğurları xeyli artıb.
Kollektivimizdə hər kəsə hörmət və mehribançılıqla yanaşılır, axı, məqsədimiz birdir. Biz texniki işçilər çalışırıq məktəbimiz təmiz və səliqəli olsun. Məktəb rəhbərliyi, müəllim kollektivi isə uşaqların təlim və tərbiyəsi üçün çalışır, valideynlərlə əlaqə saxlayır, onların pis təsir altına düşməməsi üçün məsləhət və tövsiyələrini verirlər.
Aytəkin Alıyeva,
Şıxarx kəndi