Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemlər həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti qəbulunda Rəcəbli kənd sakinləri müraciət edərək Rəcəbli və Kovdadıq kəndlərini birləşdirən yolda suötürücü borunun yararsız vəziyyətə düşməsi səbəbindən su arxının daşaraq avtomobillərin hərəkətinə maneə törətdiyi üçün həmin borunun yenisilə əvəz olunmasını xahiş ediblər.
Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları tərəfindən yararsız vəziyyətdə olan boru çıxarılaraq yenisilə əvəz olunub.
Kənd sakinləri müraciətlərinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.