Rayon üzrə 2016-cı ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 27 min 105,6 hektar olmuşdur. Əkin sahəsinin 12 min 565 hektarını və yaxud 46,3 faizini dənli və dənli paxlalı bitkilər, 3140,1 hektarını və yaxud 11,6 faizini texniki bitkilər, 1457,5 hektarını və yaxud 5,4 faizini kartof, bostan və tərəvəz bitkiləri, 9943 hektarını və yaxud 36,7 faizini yem bitkiləri təşkil etmişdir.
2016-cı ildə dənli və dənli paxlalı bitkilərin əkini əvvəlki ilə nisbətən 1336,3 hektar və yaxud 11,9 faiz, o cümlədən buğda əkini 2322,3 hektar və yaxud 41,4 faiz artmış, qarğıdalı əkini 25 hektar və yaxud 14 faiz, digər dənli və dənli paxlalılar əkini 961 hektar və yaxud 17,7 faiz azalmışdır. Nəticədə 2016-cı ildə qarğıdalı nəzərə alınmaqla ilkin çəkidə 42 min 945,4 ton taxıl məhsulu toplanmışdır. Bu isə əvvəlki ilin müvafiq göstəricisindən 2187 ton və ya 5,4 faiz çoxdur.
Dənli və dənli paxlalıların tərkibində payızlıq buğda əsas yer tutur. Belə ki, istehsal olunmuş taxıl məhsulunun 68,9 faizini və ya 29 min 586 tonunu buğda təşkil etmişdir. Taxılın 27,1 faizi və ya 11 min 647 tonu arpa, 1,7 faizi və ya 742 tonu qarğıdalının, 2,3 faizi və ya 970,4 tonu digər taxıl məhsullarının payına düşür. Taxıl istehsalının artımına əsasən əkin sahələrinin artması və onlara düzgün aqrotexniki qulluğun olunması, məhsuldar toxum sortlarına üstünlük verilməsi olmuşdur. Belə ki, 2016-cı ildə taxıl sahələrinin hər hektarından orta hesabla məhsuldarlığı 34,2 sentner, o cümlədən buğdanın məhsuldarlığı 37,3 sentner, arpanın məhsuldarlığı 27,2 sentner, qarğıdalının məhsuldarlığı 48,5 sentner olmuşdur. 2015-ci ilə nisbətən buğdanın məhsuldarlığı 0,2 sentner, qarğıdalının məhsuldarlığı 0,1 sentner artmışdır. 2016-cı ildə təkrar əkindən 290,8 ton taxıl istehsal olunmuşdur ki, onun 242,5 tonu dən üçün qarğıdalı, 47,9 tonu darı, 0,4 tonu sorqo olmuşdur.
Kartof kənd təsərrüfatı məhsullarının istehsalında mühüm yer tutur. Daha ətraflı »
Yeni ismarıclar