YARADILAN ŞƏRAİTDƏN RAZILIQ
Cəmiyyətimizin ən çox qayğıya ehtiyacı olan təbəqələrindən biri əlillərdir. Ölkəmizdə onların sosial müdafiəsi üçün çoxlu məqsədyönlü proqramlar həyata keçirilir. Dövlətimizin rəhbəri Prezident İlham Əliyev bu təbəqənin sosial müdafiəsinin gücləndirilməsini belə tövsiyə edir. “Hər bir vətəndaş bizim üçün qiymətlidir, dəyərlidir. Fiziki cəhətdən qüsurlu insanlar isə xüsusi qayğıya layiqdirlər və biz çalışırıq ki bunu edək.”
Bu gün Azərbaycanda minlərlə Qarabağ əlili, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş yüzlərlə şəhid ailələri yaşayır. Təkcə bizim Tərtər rayonunda 300-dən çox şəhid ailəsi, 160 nəfərdən çox Qarabağ müharibəsi əlili vardır. Onlara göstərilən qayğı ilə əlaqədar Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Tərtər Rayon Şöbəsinin sədr müavini İlham Paşayevlə söhbət etdik. O dedi:
–Ailədən 3 şəhid vermiş bir insan kimi deyə bilərəm ki, təkcə bizim rayonumuzda deyil, bütövlükdə ölkəmizdə Qa-rabağ əlillərinə və şəhid ailələrinə qayğı yüksək səviyyədə təşkil olunub. Belə ki, bu insanların sağlamlığı, cəmiyyətə adaptasiyası, maddi və mənəvi təminatları hökumətimiz və rayon rəhbərliyi tərəfindən daim diqqətdə saxlanılır. Məlumdur ki, əlil və şəhid ailələrinin mənzillə təmin olunması üçün respublikanın regionlarında tikilmiş fərdi evlərin, çoxmərtəbəli yaşayış binalarının sayı gündən-günə artır. İndiyədək cənab İlham Əliyevin bu insanlara göstərdiyi qayğının nümunəsi olaraq rayonumuzda da əlillərin və şəhid ailələrinin maddi-məişət vəziyyətini yaxşılaşdırmaq məqsədilə 2 ədəd ikimərtəbəli 16 mənzilli, 1 ədəd ikimərtəbəli 24 mənzilli binaların, 21 fərdi yaşayış evinin tiki-lib istifadəyə verilməsini göstərmək olar. Ötən il isə 6 mərtəbəli 54 mənzilli binada, 10-a yaxın fərdi evdə 70-dən çox əlil və şəhid ailəsi hər cür şəraitlə təchiz edilmiş mənzillərlə təmin olundular. Ehtiyacı olanlara müxtəlif markalı minik avtomobilləri verilib. Sağlamlıqlarının müəyyən qədər bərpa olunması üçün əlillər müalicə pansionatlarına göndərilirlər. Bütün bu sadaladıqlarım əlil və şəhid ailələrinə dövlətimizin göstərdiyi diqqət və qayğıdır.
Əlillər cəmiyyətinin rayon şöbəsində isə ayrılmış 20 hektar torpaq sahəsində əkilib-becərilmiş taxıldan hər biri-nə 300 kq taxıl və ya əvəzində pul verilir. Əlillər günü münasibətilə hər bir Qarabağ əlilinə 30-50 manat məbləğində yardım olunur. Ümumilikdə bizim ölkəmizdə və eləcə də rayonumuzda vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə və Qarabağ əlillərinə qayğı çox yaxşıdır. Buna görə Prezidentimiz İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlığımızı bildiririk.
Elfuzə Vəliyeva