Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19May
    Sosial RAYONUMUZDA SOSİAL SAHƏDƏ VƏZİYYƏT NECƏDİR? üçün şərhlər bağlıdır

    Изображение 061Ölkəmizdə bütün prioritet sahələr, həmçinin sosial məsələlərin həlli daim diqqət mərkəzindədir. Sosial-iqtisadi islahatların düzgün istiqamətdə aparılması üçün bütün imkanlardan lazımınca istifadə olunur. Belə ki, inflyasiya azalmış, əhalinin gəlirləri artmış, aztəminatlı əhalinin problemləri daim həll olunmaqdadır. Makroiqtisadi sabitlik qorunub saxlanılır, regionların inkişafı sürətləndirilir. Xalqımızın həyat şəraiti gündən-günə yaxşılaşır.
    Rayonumuzda da sosial-iqtisadi sahədə uğurlu işlər aparılır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına uyğun olaraq tikinti-quraşdırma işləri layiqincə davam etdirilir. Əhalinin içməli su, elektrik enerjisi, təbii qaz təminatı yaxşılaşdırılıb, müasir tələblər səviyyəsində fasiləsiz təminatı təşkil olunub, sosial müdafiə sahəsində və işsizlərin məşğulluğunun təmin edilməsində məqsədyönlü işlər görülüb. Daha ətraflı »

    Teqlər:

  • 19May
    Digər ŞUŞANIN İŞĞALINDAN 25 İL ÖTÜR üçün şərhlər bağlıdır

    shusha-qala(1)1992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə Şuşa şəhərinə hücuma keçdilər. Uzun sürən artilleriya atəşindən və qeyri-bərabər qanlı döyüşlərdən sonra şəhər işğal olundu.
    Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.
    Şuşa şəhərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, “Cümə” məscidini, Aşağı Gövhər Ağa məscidi, Xurşud Banu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmişlər.

    Teqlər:

  • 19May
    Digər ALINMAZ QALA ŞUŞA XƏYANƏTİN QURBANI OLDU üçün şərhlər bağlıdır

    Изображение 041xocali2Ələkbər Kərimov 1959-cu ildə Ağdərə rayonunun Umudlu kəndində anadan olub. 1977-ci ildə Şuşa Kənd Təsərrüfatı Texnikumuna daxil olub. Məktəbi bitirdikdən sonra texnikumda qalıb işləyib. Elə o zamandan da Şuşanın gözəlli-yinə vurulan Ələkbər buranı özünə əbədi məskən seçib. 1991-ci ildə qiyabi yolla ali təhsil alıb.
    Ələkbər müəllimlə redaksiyada söhbət edirik. Hiss edirəm ki, çox kövrək adamdı. Deyir ki, Şuşada şəhərin mərkəzində 5 mərtəbəli binanın 5-ci mərtəbəsində iki otaqlı evimiz vardı, içində də hər cür şəraiti.
    1992-ci il mayın 8-ində Şuşa şəhəri və ətraf kəndlər işğal olunanda həyat yoldaşım Təranəni iki oğlumuz Anar və Eltun ilə hərbi vertolyotla yola saldım. Özüm isə çox çətinliklə də olsa, “Laçın–Akara” yolu ilə Beyləqana gəldim.
    Sonra yoldaşım və uşaqlarla Goranboy rayonunun Xanqərvənd kəndində bir yerə yığışdıq. Orada bir il yaşadıqdan sonra Tərtərə gəldik. Elə o zamandan da burada məskunlaşmışıq. Daha ətraflı »

    Teqlər:

  • 19May
    Mədəniyyət SİRLİ DÜNYASI OLAN İNSAN üçün şərhlər bağlıdır

    Изображение 356Yaddaşlarda qalan insanlar var ki, onlar öz peşələri, sənətləri ilə xatırlanır, gördükləri hər bir işdə məsuliyyətləri və bacarıqları, sadəlikləri və təvazökarlıqları ilə iz buraxırlar. Yaxşı yadımdadır. Gəncliyimin, necə deyərlər, “allı-güllü” vaxtları– 1970-1980-ci illər idi. Ölkəmizdə pambıq yığımının gəlhagəl dövrləri idi. Mövsüm ərzində, demək olar ki, hər gün camaatı tarlalara səsləyən, gündəlik pambıq yığımının nəticələrini rayon əhalisinə çatdıran, təşviqat maşınında şəhəri dörd dolanan o zaman rayon mədəniyyət evində metodist işləyən Mirzə Məmmədov idi. Beynəlxalq Mədəniyyət Günü münasibətilə onunla görüşüb söhbət etdim. Yaddaşımda qalan bu insanı daha yaxından tanımağa çalışdım. Heç deməyəsən Mirzə müəllimin bir sirli dünyası varıymış. Bunu söhbət zamanı hiss etdim.
    Bütün müsahibələrim kimi onun da həyatı ilə maraqlandım.
    –Mirzə müəllim, öncə özünüz haqqında bir az məlumat verin. Kimsiniz? Harda doğulub, yaşamısınız? Təhsiliniz nədir? Daha ətraflı »

    Teqlər:

  • 19May
    Digər Şəhidlərimiz üçün şərhlər bağlıdır

    BƏXTİYAR

    Bextiyar02212Bu kövrək yazını oğlu haqqında şəhid anası özü yazdığı üçün bir sözünə toxunmadan dərc edirik.
    Bəxtiyar–yəni Bəxtiyar olmaq. Bəlkə də sən şəhidlikdə gördün bəxtiyarlığı Bəxtiyar!…
    1972-ci il 30 iyul. Bu gün dünyaya bir uşaq gəldi. Gözəl, sarışın, yaraşıqlı bir uşaq. İllər keçdi, ata-ana sevinə-sevinə böyütdü bu uşağı. Cüt qardaş Teyyub ilə Bəxtiyar oynaşa-oynaşa, güləşə-güləşə böyüdülər.
    Əsgərlik vaxtı çatdı Bəxtiyarın. Orduya çağırdılar. Polşaya göndərdilər. Sevindi ana, sevindi ata: Oğlumuz böyüyüb, Vətənə lazım olub.
    Qarabağın üstünü qara buludlar aldı. Geriyə çağrıldı Bəxtiyar Polşadan. Vətəni qorumaq üçün. Ya-man böyümüşdü, yaman kişiləşmişdi bu ilyarımda Bəxtiyar.
    Ana qəlbi yaman hər şeydən ürkəyən olur. “Oğluma göz dəyər” deyə fikirləşdi ana. Hətta üzərlik yandırdı xəlvətcə. Güldü Bəxtiyar:
    –Ay ana, elə mən əvvəlki Bəxtiyaram da.
    1992-ci il noyabr ayının 2-də getdi Bəxtiyar Qarabağda qara qüvvələrlə döyüşməyə. Elə ananın da rahat günləri bununla başa çatdı. Narahat, həyəcanlı günlər, yuxusuz gecələr başladı. Daha ətraflı »

    Teqlər:

  • 10May
    İdman İSLAM DÜNYASININ MÖTƏBƏR İDMAN YARIŞI üçün şərhlər bağlıdır

    3da3e0491b38Mayın 12-dən 22-dək ölkəmizdə İslam dünyasının ən mötəbər idman yarışı – IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu yarışlarda 57 ölkədən 3 mindən çox atlet iştirak edəcək.
    IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi İslam dünyasının Azərbaycana böyük etimadının göstəricisidir. Bu oyunlara suyun rəmz kimi qəbul edilməsində böyük bir hikmət var. Çünki İslamda həyat çeşməsi olan suya böyük önəm verilir. Su diriliyin, saflığın, təmizliyin, barışın, dostluğun, qardaşlığın simvoludur.
    “Bakı–2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dövlətimizin müsəlman aləminin ayrılmaz hissəsi olduğunu qeyd edərək həmin ölkələrlə əlaqələrimizin dostluq, qardaşlıq, qarşılıqlı hörmət əsasında qurulduğunu və bu sahədə böyük uğurlara nail olunduğunu diqqətə çatdıraraq deyib: “Əfsuslar olsun ki, bir sıra müsəlman ölkələrində müharibə gedir, yeni münaqişələr, təhlükələr yaranır, İslam dinini terrorla əlaqələndirən güclərin sayı artır. Heç bir dinin, o cümlədən İslam dininin terrorla heç bir əlaqəsi ola bilməz. Daha ətraflı »

    Teqlər:

  • 10May
    Xəbərlər ZƏRİFƏ XANIM ƏLİYEVANIN XATİRƏSİ YAD EDİLDİ üçün şərhlər bağlıdır

    news-gallery-1851DSC_9929 (Копировать)Tərtər Rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı Mərkəzi rayon xəstəxanasının kollektivi ilə birlikdə görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirmişdir.
    Tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov açıb. Sonra yığıncaq iştirakçıları Qarabağ uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin və görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Mərkəzi rayon xəstəxanasının baş həkimi Yaşar Hüseynov görkəmli alim, ictimai xadim Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti haqqında geniş məruzə edib.
    Bəyimsarov kənd xəstəxanasının baş həkimi Mehriban Hüseynova, uşaq xəstəxanasının həkimpediatrı Arzu Əhmədova, tibb bacısı Samirə Hacıyeva tədbirdə çıxış ediblər.

    “Yeni Tərtər”

    Teqlər:

  • 10May
    Xəbərlər VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİ DİNLƏNİLİB üçün şərhlər bağlıdır

    DSC_1474(1)Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov rayonumuzda növbəti regional vətəndaş qəbulu keçirib. Qəbulda Tərtər ilə yanaşı Naftalan, Goranboy, Kəlbəcər rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb.
    Komitə sədri vətəndaşları dinləyərək bəzi müraciətlərin dər-hal həlli üçün məsul qurum rəhbərlərinə tapşırıqlarını verib.
    Qəbul zamanı komitə sədri Kərəm Həsənov müvafiq sahə rəhbərlərinə xidmət keyfiyyətinin yüksəldilməsi, hər bir vətəndaş müraciətinə fərdi və həssaslıqla yanaşılması barədə tapşırıqlar verib.

    “Yeni Tərtər”

    Teqlər:

  • 10May
    Xəbərlər “DƏYİRMİ MASA” üçün şərhlər bağlıdır

    Изображение 027Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və İslam Həmrəyliyi” adlı “dəyirmi masa” təşkil edildi. Tədbirdə təhsil, mədəniyyət işçiləri, YAP rayon təşkilatının və rayon qəzetinin təmsilçiləri iştirak edirdilər.
    “Dəyirmi masa”nı Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova açdı və məruzə ilə çıxış etdi. Daha sonra söz gənclərə verildi.
    Rayon təhsil şöbəsinin nümayəndəsi Nigar Məstəlizadə, metodkabinənin rəhbəri İntiqam Nuriyev, Sarıcalı kənd tam orta məktəbinin direktor müavini Vəsilə Mehdiyeva, uşaq yaradıcılıq mərkəzinin müəllimi Sənubər İsmayılova, 5 saylı tam orta məktəbin tarix müəllimi Nigar Vəliyeva Ulu Öndər Heydər Əlievin müdrik siyasətindən danışdılar.
    Tədbirin sonunda iştirakçılar Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən ekspozisiya zalını ziyarət etdilər.

    “Yeni Tərtər”

    Teqlər:

  • 10May
    Xəbərlər ŞƏHİDLƏRİN ANIM MƏRASİMİ KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Изображение 202Qaradağlı kəndində şəhidlərin anım mərasimi keçirilib. Tədbirdə keçmiş döyüşçülər, kəndin ictimaiyyəti, gənclər iştirak ediblər. Əvvəlcə onlar I Qarabağ müharibəsində şəhid olmuş kənd sakinlərinin şərəfinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri qoyublar.
    Anım mərasimi kənd məktəbinin iclas zalında davam etdirilib. Dövlət himni səsləndirilib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
    Sonra məktəbin direktoru Eldəniz Ələsgərov kəndin 11 igid oğlu, o cümlədən aprelin 21-də doğum günü olan Maarif Abbasov haqqında məlumat verib. Bildirib ki, bu gün onlar sıralarımızda olmasalar da, daim anılırlar.
    Azərbaycan Bayrağı ordenli Nizami Heydərov, Qarabağ Müharibəsi Veteranları, Şəhid Ailələri və Əlilləri İctimai Bir-liyi Tərtər Rayon Şöbəsinin sədri Suliddin Yusibov, veteranlardan Eldəniz İbadov, Nəriman Sadıqov, tarix müəllimi Həqiqət Əliyeva, aprel döyüşlərinin iştirakçısı Ruslan Abbaszadə qəhrəmanların döyüş yolundan danışıb, bu yolun gənclər üçün örnək olduğunu bildiriblər.
    Şagirdlərin ifasında şəhidlərə həsr olunmuş şeirlər səslənib.
    Həmin gün veteranlar həmçinin Kəngərli kəndində də şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

    Kənan Hüseynzadə

    Teqlər: