Tərtər Rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı Mərkəzi rayon xəstəxanasının kollektivi ilə birlikdə görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirmişdir.
Tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov açıb. Sonra yığıncaq iştirakçıları Qarabağ uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin və görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Mərkəzi rayon xəstəxanasının baş həkimi Yaşar Hüseynov görkəmli alim, ictimai xadim Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti haqqında geniş məruzə edib.
Bəyimsarov kənd xəstəxanasının baş həkimi Mehriban Hüseynova, uşaq xəstəxanasının həkimpediatrı Arzu Əhmədova, tibb bacısı Samirə Hacıyeva tədbirdə çıxış ediblər.
“Yeni Tərtər”