Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10May

    3da3e0491b38Mayın 12-dən 22-dək ölkəmizdə İslam dünyasının ən mötəbər idman yarışı – IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu yarışlarda 57 ölkədən 3 mindən çox atlet iştirak edəcək.
    IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi İslam dünyasının Azərbaycana böyük etimadının göstəricisidir. Bu oyunlara suyun rəmz kimi qəbul edilməsində böyük bir hikmət var. Çünki İslamda həyat çeşməsi olan suya böyük önəm verilir. Su diriliyin, saflığın, təmizliyin, barışın, dostluğun, qardaşlığın simvoludur.
    “Bakı–2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dövlətimizin müsəlman aləminin ayrılmaz hissəsi olduğunu qeyd edərək həmin ölkələrlə əlaqələrimizin dostluq, qardaşlıq, qarşılıqlı hörmət əsasında qurulduğunu və bu sahədə böyük uğurlara nail olunduğunu diqqətə çatdıraraq deyib: “Əfsuslar olsun ki, bir sıra müsəlman ölkələrində müharibə gedir, yeni münaqişələr, təhlükələr yaranır, İslam dinini terrorla əlaqələndirən güclərin sayı artır. Heç bir dinin, o cümlədən İslam dininin terrorla heç bir əlaqəsi ola bilməz. Din özü-özlüyündə terroru rədd edən amildir və İslam dini sülh, mərhəmət dinidir. Hesab edirəm ki, bütün müsəlman aləminin bir araya gəlməsi, dostluq, qardaşlıq, sülh, əməkdaşlıq amilləri ətrafında birləşməsi həm böyük bir idman bayramına çevriləcək, həm də müsəlman aləmində, müsəlman ölkələri arasında olan əməkdaşlığın möhkəmlənməsinə öz töhfəsini verəcəkdir”.
    IV İslam Həmrəyliyi Oyunları 1000-dən çox mətbuat nümayəndəsi tərəfindən işıqlandırılacaq. 50-dən çox ölkədə yayımlanacaq yarışları ümumilikdə bir milyarddan çox tamaşaçının izləyəcəyi gözlənilir.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:24

    Teqlər:

İsmarıclar bağlıdır.