Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və İslam Həmrəyliyi” adlı “dəyirmi masa” təşkil edildi. Tədbirdə təhsil, mədəniyyət işçiləri, YAP rayon təşkilatının və rayon qəzetinin təmsilçiləri iştirak edirdilər.
“Dəyirmi masa”nı Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova açdı və məruzə ilə çıxış etdi. Daha sonra söz gənclərə verildi.
Rayon təhsil şöbəsinin nümayəndəsi Nigar Məstəlizadə, metodkabinənin rəhbəri İntiqam Nuriyev, Sarıcalı kənd tam orta məktəbinin direktor müavini Vəsilə Mehdiyeva, uşaq yaradıcılıq mərkəzinin müəllimi Sənubər İsmayılova, 5 saylı tam orta məktəbin tarix müəllimi Nigar Vəliyeva Ulu Öndər Heydər Əlievin müdrik siyasətindən danışdılar.
Tədbirin sonunda iştirakçılar Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən ekspozisiya zalını ziyarət etdilər.
“Yeni Tərtər”