KOLLEKTİVİMİZİN ƏN KİÇİYİ
İki il əvvəl redaksiyamızda kompüterçi işləmək üçün 3 nəfər müraciət etmişdi. Adəti üzrə hər üçünə sınaq müddəti verildi ki, qəzet proqramını öyrənsinlər. Təcrübəli kompüterçilər öz peşələrini həvəslə onlara öyrətməyə başladılar. Müraciət edənlərdən bir nəfəri–Aysel hər bir incəlikləri tez mənimsəməyə çalışdı. O, orta məktəb partası arxasından yenicə ayrılmışdı. Şəhər 5 saylı tam orta məktəbini bitirmişdi. Bu gün dövrümüz kompüter əsri olduğu üçün Aysel seçimində yanılmamışdı. Çox az bir zamanda lazım olan proqramları mənimsəyərək, kompüterçi işinə qəbul edildi. Onunla birlikdə gələnlərdən fərqləndi, tez bir zamanda qəzet səhifələrini lazım olan səviyyədə qurmağı bacardı.
Ayselin kollektivimizə daxil olduğu iki il ərzində, o, öz işi, səmimiyyəti ilə hamının sevimlisi olub. Redaksiyadakı digər işlərin görülməsində də yaxından köməklik göstərir. Daha ətraflı »


Şəlalə Əli qızı Əhmədova oğlu Zöhrabı, nəvələri İlkini, Turanı və Nuranı ad günləri münasibəti ilə təbrik edir, onlara cansağlığı, uzun ömür, bəxtəvərlik və səadət arzulayır.
…Bu gün Tərtər rayonu uğurla inkişaf edir. Sosial-iqtisadi inkişaf göz qabağındadır. Düşmənlə üz-üzə dayanan tərtərlilər həmişə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində xüsusi rol oynamışlar.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kurs möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirildiyindən, tarixə çevrilmiş 2017-ci il Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrində köklü dəyişikliklər və dinamik inkişafla, zəngin tarixi hadisələrlə yadda qalmış, tariximizə sürətli və uğurlu inkişaf ili kimi düşmüşdür.

Rayonda 1170 məcburi köçkün ailəsi üçün yeni qəsəbənin tikintisi başa çatdırılmışdır. Bundan başqa Şıxarx qəsəbəsində, Həsənqaya və Çaylı kəndlərində məskunlaşmış 78 məcburi köçkün ailəsinə yaşadıqları həyətlərdə fərdi yaşayış evləri tikilib istifadəyə verilmişdir. Şıxarx kəndi ərazisində “Marağa-150” tarixi abidə – kompleksinin ətrafında abadlıq işləri başa çatdırılmışdır.
Sevindirici haldır ki, rayon üzrə 2017-ci ildə pambıqçılıqdan 5,5 milyon manat, şəkər çuğundurundan 4,5 milyon manat, günəbaxandan 3 milyon manat gəlir əldə olunmuşdur. Bu da əhalinin rifah halının yüksəlməsinə təkan vermişdir.
Tərtər şəhər Kommunal Təsərrüfatı İdarəsi tərəfindən 23 min 106 kubmetr məişət tullantıları vaxtında təmizlənib daşınmış, əhaliyə 441 min 396 manat məbləğində kommunal xidmət göstərilmişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən bütün ölkə vətəndaşlarının icbari tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığına rayonumuzda yüksək səviyyədə əməl olunmuşdur. 2017-ci ilin fevral ayının 15-dən may ayının 15-dək rayon əhalisinin 57 min 845 nəfəri tibbi müayinədən keçirilmiş, onlardan 3658 nəfəri ambulator, 47 nəfər stasionar müalicəyə cəlb olunmuşdur.
İl ərzində “Yeni Tərtər” qəzetinin elektron saytı da fəaliyyət göstərmişdir. Saytın məlumatına görə, hazırda qəzet 20 xarici ölkədə oxunur və izlənir. Xarici ölkələrdə onun minlərlə oxucusu vardır. İl ərzində “Yeni Tərtər” qəzeti öz fəaliyyətini zamanın tələbi səviyyəsində qurmağa çalışmış və əksərən buna nail olmuşdur. Qəzetin baş redaktoru Tofiq Yusif və foto müxbiri Kənan Hüseynzadənin xidmətləri nəzərə alınaraq “Vətən naminə” medalı ilə təltif olunmuşlar. Baş redaktorun müavini Svetlana Bağırova Azərbaycan Mətbunat Şurasının Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi müsabiqədə, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun respublika üzrə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqələrində qalib olmuş, təşəkkürnamə və pul mükafatları almışdır.
Yeni ismarıclar