08May
QƏZETİMİZİN 8-ci REDAKTORU İLƏ YENİDƏN GÖRÜŞ
1934-cü ildən çap olunan Tərtər rayon qəzetinin indiyədək 11 redaktoru olub. Zöhrab Məmmədov 8-ci redaktor idi. O, 1972-ci ildən 1974-cü ilədək o zaman “Qızıl bayraq” adlanan qəzetimizə redaktorluq edib.
Rayon qəzetinin 84 illiyi ərəfəsində Zöhrab Məmmədov redaksiyamızın qonağı olub, kollektivlə görüşüb, keçmiş təəssüratlarını danışıb və gənclərə öz tövsiyələrini verib.
Zöhrab müəllim həmçinin qəzetin baş redaktorunun müavini Svetlana Bağırovanı əmək fəaliyyətinin 50 illiyi və “Ömrün mətbuatda keçən 50 ili” kitabının çapdan çıxması münasibətilə təbrik edib. Redaksiyada keçən səmimi görüşdə Zöhrab Məmmədovla birlikdə qəzetimizin keçmiş əməkdaşı, hazırda rayon icra hakimiyyəti aparatının məsul işçisi Svetlana Əzizova iştirak edib.
Maraqlı görüşə görə qəzetimizin indiki baş redaktoru Tofiq Yusif 8-ci redaktor Zöhrab Məmmədova öz adından, Svetlana Bağırovanın və kollektivin adından dərin təşəkkür edib.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
08May
Qəzetimizin yaxın dostları arasında məsul vəzifələrdə işləmiş, həmçinin rayonumuzdakı elektromexanika zavodunun uzun müddət direktoru olmuş, hörmətli ziyalı, rayon Ağsaqqallar Şurası idarə heyətinin üzvü Rauf Həsənzadə də vardır.
Bu günlərdə Rauf müəllim redaksiyamızın qonağı olub.
O, qəzetin kollektivini rayon qəzetinin ilk sayının çapdan çıxmasının 84-cü ildönümü, baş redaktorun müavini Svetlana Bağırovanı isə əmək fəaliyyətinin 50 illiyi münasibəti ilə təbrik edib və maraqlı xatirələrini danışıb, Svetlana xanımın yaradıcılığından bəhs edib, onun “Payız yarpağı” adlı etüdünün insanlarda necə dərin təəssürat yaratdığını söyləyib.
İşıqlı ziyalı, zəngin biliyə və həyat təcrübəsinə malik Rauf Həsənzadə onun şəxsi arxivində saxlanılan qəzetimizin keçmiş nüsxələrini, müxtəlif fotoşəkilləri və digər hədiyyələri təqdim edib. Svetlana xanıma isə ayrıca təbriknamə və maraqlı bir təbiət tablosu bağışlayıb.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
08May
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilib.
Monitorinqdən əvvəl ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru, Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) nümayəndəsi polkovnik-leytenant Aleksandr Nepokrıtıx Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər.
Monitorinq insidentsiz başa çatıb.
Teqlər: Xəbərlər
08May
HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ
Rayonumuzdakı Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Mərasim iştirakçıları öncə Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin büstü önünə bahar gülləri düzüb, Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən eksponatlarla tanış olublar. Sonra Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş sərgiyə baxılıb.
Mərkəzin direktoru Səlimə Yusibova heç zaman unudulmayan tariximizin şanlı səhifələrinə həsr olunmuş məruzə söyləyib.
Şəhər 1 saylı tam orta məktəbin müəllimi Elçin Məhərrəmov, Hacıqərvənd kənd tam orta məktəbin müəllimi Bəxtiyar Səmədov, Mamırlı kənd tam orta məktəbin müəllimi Səbuhi Kərimov və şəhər 6 saylı tam orta məktəbin müəllimi Xalidə Quliyeva cəmi 23 ay yaşayan Azərbaycan Demokratik Respublikasının fəaliyyətindən danışıblar.
Sonda Sarıcalı kənd tam orta məktəbi şagirdlərinin ifasında kompozisiya nümayiş etdirilib.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
08May

Tərtər Tarix-Diyarşünaslıq muzeyində Xalq Cümhuriyyətinin yubileyinə həsr olunmuş tədbir keçirildi. Mərasimi açan muzeyin direktor əvəzi Aybəniz Məmmədova bildirdi ki, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunması xalqımızın keçmişinə olan böyük ehtiramın nümunəsidir.
Muzeyin elmi işçisi Xuraman Məmmədova öz məruzəsində tariximizin şanlı səhifələrini bir daha vərəqlədi.
Rayon Ağsaqqallar Şurası idarə heyətinin üzvü Rauf Həsənzadə, şəhər 6 saylı tam orta məktəbin müəllimi Xalidə Quliyeva, Mamırlı kənd tam orta məktəbin müəllimi Səbuhi Kərimov, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova öz maraqlı çıxışları ilə Vətən fədailərinin əziz xatirələrini bir daha yad etdilər. Səbuhi Kərimov özünün hazırladığı “Azərbaycan Xalq Cümhuriyyəti–100” albomunu muzeyə bağışladı.
Sonda şəhər 5 saylı tam orta məktəbin şagirdləri vətənpərvərlik mövzusunda kompozisiya ilə çıxış etdilər.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
08May
XX əsrdə İkinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olub. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü, hətta bütün bəşəriyyəti təhlükə altına aldı.
İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı oğlan və qız cəbhəyə yollanıb. Onlardan 300 mini bu müharibədə həlak olub, Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz yol keçib.
130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri Şərəf ordeni ilə təltif olunub. 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. Daha ətraflı »
Teqlər: Digər
08May

Tərtər Rayon Gənclər Mərkəzində “Yeni Tərtər” qəzetinin baş redaktorunun müavini, “Qızıl Qələm” mükafatı laureatı Svetlana Bağırovanın əmək fəaliyyətinin 50 illiyinə həsr olunmuş “Ömrün mətbuatda keçən 50 ili” adlı tədbir keçirilib.
Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri ilə birgə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin Qarabağ Bürosunun sədri Ziyəddin Sultanov, “Yeni Tərtər” qəzetinin kollektivi, jurnalistin keçmiş iş yoldaşları və ailə üzvləri iştirak ediblər. Daha ətraflı »
Teqlər: Digər, Ədəbiyyat
08May
ERMƏNİLƏRİN AZƏRBAYCANLILARA QARŞI MƏKRLİ SİYASƏTİ DAVAM EDİR
“Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən, nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir”.
Heydər Əliyev
Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları tarixi torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir. Daha ətraflı »
Teqlər: Digər
08May
Xankəndi
İşğal olunmuşdur: 26 dekabr 1991-ci il
Ərazisi: 0,008 min kv. km.
Əhalisi: 53 min nəfər
• Sənaye və tikinti obyekti—29
•Mədəni-məişət obyekti—80
Xocalı
İşğal olunmuşdur: 26 fevral 1992-ci il
Ərazisi: 0,97 min kv. km.
Əhalisi: 24,2 min nəfər
Şəhid olmuşdur 613 nəfər. Əlil olmuşdur 657
Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:
•Sənaye və tikinti obyekti — 29
•Mədəni-məişət obyekti — 80
Şuşa
İşğal olunmuşdur: 8 may 1992-ci il
Ərazisi: 0,29 min kv. km.
Əhalisi: 25,1 min nəfər Daha ətraflı »
Teqlər: Digər
27Apr

Rayon Gənclər Mərkəzində 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, 2018-ci ilin birinci rübü də sosial-iqtisadi inkişaf baxımından rayonumuz üçün uğurlu olmuşdur. Cənab Prezidentin daimi diqqət və qayğısı ilə tərtərlilər əvvəlki illərdə olduğu kimi, cari ilin birinci rübündə də bütün imkanlardan səmərəli istifadə etmişlər. Rayonumuzda quruculuq-abadlıq işlərinin aparılması davam etdirilmiş, infrastrukturun yaxşılaşdırılması, adamları narahat edən çətinliklərin, problemlərin aradan qaldırılması diqqət mərkəzində saxlanılmışdır. Daha ətraflı »
Teqlər: Tərtər RİH-də
Yeni ismarıclar