HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ
Rayonumuzdakı Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Mərasim iştirakçıları öncə Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin büstü önünə bahar gülləri düzüb, Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən eksponatlarla tanış olublar. Sonra Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş sərgiyə baxılıb.
Mərkəzin direktoru Səlimə Yusibova heç zaman unudulmayan tariximizin şanlı səhifələrinə həsr olunmuş məruzə söyləyib.
Şəhər 1 saylı tam orta məktəbin müəllimi Elçin Məhərrəmov, Hacıqərvənd kənd tam orta məktəbin müəllimi Bəxtiyar Səmədov, Mamırlı kənd tam orta məktəbin müəllimi Səbuhi Kərimov və şəhər 6 saylı tam orta məktəbin müəllimi Xalidə Quliyeva cəmi 23 ay yaşayan Azərbaycan Demokratik Respublikasının fəaliyyətindən danışıblar.
Sonda Sarıcalı kənd tam orta məktəbi şagirdlərinin ifasında kompozisiya nümayiş etdirilib.
“Yeni Tərtər”