Tərtər Tarix-Diyarşünaslıq muzeyində Xalq Cümhuriyyətinin yubileyinə həsr olunmuş tədbir keçirildi. Mərasimi açan muzeyin direktor əvəzi Aybəniz Məmmədova bildirdi ki, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunması xalqımızın keçmişinə olan böyük ehtiramın nümunəsidir.
Muzeyin elmi işçisi Xuraman Məmmədova öz məruzəsində tariximizin şanlı səhifələrini bir daha vərəqlədi.
Rayon Ağsaqqallar Şurası idarə heyətinin üzvü Rauf Həsənzadə, şəhər 6 saylı tam orta məktəbin müəllimi Xalidə Quliyeva, Mamırlı kənd tam orta məktəbin müəllimi Səbuhi Kərimov, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova öz maraqlı çıxışları ilə Vətən fədailərinin əziz xatirələrini bir daha yad etdilər. Səbuhi Kərimov özünün hazırladığı “Azərbaycan Xalq Cümhuriyyəti–100” albomunu muzeyə bağışladı.
Sonda şəhər 5 saylı tam orta məktəbin şagirdləri vətənpərvərlik mövzusunda kompozisiya ilə çıxış etdilər.
“Yeni Tərtər”