
Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə “Əl-Cəzirə” telekanalının baş prodüsseri Şhafik Mandhai müharibənin cəbhə bölgəsində yaşayan insanlara vurduğu ziyan barədə reportaj hazırlamaq məqsədi ilə Tərtər rayonuna səfər edib.
Səfər çərçivəsində qonaq Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb. İcra başçısı qonağa rayon haqqında ətraflı məlumat verib.
Görüşdə media nümayəndəsi Şhafik Mandhainini maraqlandıran suallar cavablandırılıb. Qonaq səmimi qəbula və ətraflı məlumata görə rayon rəhbərinə öz minnətdarlığını bildirib.
“Əl-Cəzirə” telekanalının nümayəndəsi rayonun təmas xəttində yerləşən Qapanlı, Şıxarx, Həsənqaya kəndlərində sakinlərlə görüşüb, məcburi köçkünlər üçün inşa edilən yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olub, ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə Şıxarx qəsəbəsində özləri tərəfindən tikilmiş “Marağa– 150” abidəsinin qalıqlarına baxıbdır.
“Yeni Tərtər”


Bu günlərdə Elman Qarayev adına Qarağacı kənd tam orta məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş musiqili tarix viktorinası keçirildi.
Rayonda məcburi köçkünlər üçün inşa edilən yeni yaşayış kompleksində Tərtər Rayon İcra Hakimiyyəti rayon polis şöbəsi və təhsil şöbəsi ilə birlikdə narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirib.
Həmyerlimiz, texnika elmləri doktoru, professor Rasim Axundovun tərtib etdiyi iki yeni kitab çapdan çıxıb – “Müdrik kəlamlar, hikmətli sözlər, nəsihət və aforizmlər” və “Bilirsinizmi? Nələr olmur bu dünyada…” Hər iki kitabın redaktorlarından biri qəzetimizin baş redaktoru Tofiq Yusifdir. “Bilirsinizmi? Nələr olmur bu dünyada…” kitabına ön sözü də Tofiq Yusif yazıb.
…Biz istəyirik ki, dünyada müsbət meyillər üstünlük təşkil etsin. Biz istəyirik ki, dinlərarası əlaqələr normal, sağlam məcrada olsun. Əks-təqdirdə, dünyada parçalanma meyilləri daha da güclənəcək. Biz onu görürük. Hazırda dini, milli zəmində məzhəb əsasında qarşıdurmalar, qanlı toqquşmalar dünyanı fəlakətə aparır. Əlbəttə ki, ölkəmizin dünya xəritəsindəki coğrafi yeri o qədər də böyük deyil. Amma gördüyümüz işlər çox böyükdür. Biz bundan sonra da bu istiqamətdə səylərimizi göstərəcəyik.
15 may Birləşmiş Millətlər Təşkilatının qərarı ilə bütün dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub. Ulu öndər Heydər Əliyev Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayırdı. Bu münasibət indi də dövlət başçımız İlham Əliyev tərəfindən həssaslıqla davam etdirilir.
Hər il mayın 18-ni dünya mədəni ictimaiyyəti Beynəlxalq Muzeylər Günü kimi qeyd edir. Bu gün 1977-ci ildə Beynəlxalq Müzeylər Şurasının 11-ci konfransında Sovet nümayəndə heyətinin təklifi ilə təsis olunmuşdur. 1978-ci ildən etibarən bu bayram hər il 150-dən çox ölkədə qeyd edilir. Həmin gün Rusiyanın bütün müzeylərində “açıq qapı” elan olunur. Bütün arzu edənlər pulsuz olaraq sərgi və ekspozisiyalarla tanış olurlar.
3 may Beynəlxalq Söz və Mətbuat Azadlığı günüdür. 1991-ci il mayın 3-də Namibiyanın paytaxtı Vindhukda regional seminara toplaşan jurnalistlər azad və müstəqil informasiya vasitələrinə yardımçı olmaq məqsədilə dünya hökumətlərinə mətbuat azadlığının və demokratiyanın təmin edilməsinə yardımçı olmağa çağıran “Vindhuk Bəyannaməsi”ni qəbul ediblər. Bununla bağlı BMT Baş Məclisi 1993-cü ildə mayın 3-nü Beynəlxalq Söz və Mətbuat Azadlığı günü kimi qeyd etməyi qərara alıb. Azərbaycanda söz və mətbuat azadlığının təminatı ilə bağlı müvafiq qanunvericilik aktları qəbul edilib. 1998-ci il avqustun 6-da ulu öndər Heydər Əliyevin Fərmanı ilə mətbuat üzərində senzura ləğv olunub. Senzuranın ləğvi və bu qəbildən digər tədbirlər müstəqil KİV-lərin inkişafını, vətəndaşların beynəlxalq hüquq normaları və Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş söz, məlumat və fikir azadlığını təmin edib. Söz azadlığı istiqamətində həyata keçirilən siyasətin davamı olaraq, prezident İlham Əliyev də KİV-in inkişafı və müstəqilliyinin möhkəmləndirilməsi yönündə bir sıra mühüm addımlar atıb. Hazırda Azərbaycanda dünya standartlarına uyğun media, elektron və yazılı KİV-lər formalaşıb, söz azadlığı tam təmin olunub. Müstəqil KİV-lərin sayına görə Azərbaycan MDB və Şərqi Avropa ölkələri arasında qabaqcıl mövqelərdən birini tutur.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
Yeni ismarıclar