Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,644
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29May

    SAĞLAM HƏYATIN TƏMİNATI

    Ölkəmiz müstəqillik əldə etdikdən sonra məhz ulu öndər Heydər Əliyevin ekologiya və ətraf mühitin mühafizəsi sahəsinə qayğıkeş münasibəti nəticəsində onun imzaladığı 2001-ci il 23 may tarixli sərəncamla Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır.
    Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən ölkəmizdə hər il 23 may günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.
    Son illərdə ekoloji vəziyyətin sağlamlaşdırılması, ətraf mühitin mühafizəsi sahəsində ölkə Prezidentinin rəhbərliyi altında ardıcıl, məqsədyönlü işlər görülmüş, ekoloji problemlər təhlil edilərək, onların kompleks həllinə yönəlmiş Dövlət Proqramı təsdiq edilmiş, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində hüquqi baza təkmilləşdirilmişdir.
    Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqın rifahının yaxşılaşdırılması naminə istifadəsi məsələsi hazırda aparılan sosial-iqtisadi islahatlarda mühüm yer tutmaqla yanaşı, son zamanlar bilavasitə ekoloji problemlərin həlli sahəsində həyata keçirilən tədbirlər bu sahənin ölkəmizdə prioritet məsələlər sırasına qaldırılmasının parlaq nümunəsidir.

    Müəllif: Redaktor, 10:23

    Teqlər:

İsmarıclar bağlıdır.