Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29May

    Rayonda məcburi köçkünlər üçün inşa edilən yeni yaşayış kompleksində Tərtər Rayon İcra Hakimiyyəti rayon polis şöbəsi və təhsil şöbəsi ilə birlikdə narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirib.
    Tədbirdə hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, ümumtəhsil məktəblərinin direktor və müəllimləri, yuxarı sinif şagirdləri və mətbuat işçiləri iştirak ediblər.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbirin əhəmiyyəti haqqında danışıb və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini qeyd edib. O bildirib ki, bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər. Gənclərin milli və müasir ruhda tərbiyəsi qarşıda duran ən başlıca məsələlərdəndir.
    Rayon polis şöbəsinin rəisi, polis polkovniki Rauf Məcidov, rayon prokuroru Şıxəli Alməmmədov, Tərtər “Cümə” məscidinin axundu Sadiq Cəfərov, təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, mərkəzi xəstəxananın psixoloq həkimi Rima Axundova çıxış edərək rayonda narkomaniya ilə bağlı keçirilən tədbirlər, görülən profilaktiki işlər barədə məlumat veriblər. Narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə ziyan vurduğunu bildirərək, belə maarifləndirmə tədbirlərinin zəruriliyini və əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:25

    Teqlər:

İsmarıclar bağlıdır.